Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Harrisin qələbəsi Ukraynada müharibəni bir neçə ay uzadacaq - Kobaxidze

Tarix 05.11.24, 23:37

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-də hansı administrasiyanın olmasından asılı olmayaraq Ukraynada müharibə bitən kimi münasibətlər keyfiyyətcə yenilənəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yerli telekanala açıqlamasında deyib.

O, müharibə bitəndən sonra Qərbin Gürcüstana təzyiqinin azalacağını deyib.

Kobaxidze müharibədən öncə Gürcüstanın Qərblə çox yaxşı münasibətlərinin olduğunu, lakin müharibədən sonra fərqli maraqların ortaya çıxdığını deyib.

Baş nazir ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın qalib gələcəyi təqdirdə Ukraynada müharibənin daha tez başa çatacağını, Kamala Harrisin qələbəsinin isə müharibəni daha bir neçə ay uzadacağını deyib.

“Mən hər bir halda müharibənin gələn il başa çatacağını düşünürəm”, - Baş nazir deyib.

Hökumət başçısı ABŞ və Aİ ilə münasibətlərin hazırkı vəziyyətindən məmnun olmadığını, Gürcüstan hökumətinin münasibətlərin yenidən başladılması üçün əlindən gələni edəcəyini vurğulayıb.




Xəbərin oxunma sayı : 1099




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap