![]() |
|














Həbsdəki MTN generalı zərərçəkəni pulla ələ almaq istəyib - SENSASİON İFADƏ
Tarix 23.05.22, 21:35 |
|
.jpg)
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Zərərçəkənlər iş üzrə təqsirləndirilən şəxslərin hər birinin məhkəmə dövründə həbsini tələb edirlər. Deyirlər ki, yalnız Mövlam Şıxəliyevin həbsdə qalması ümumilikdə məhkəmə istintaqının obyektivliyinə xələl gətirir. Bildirirlər ki, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov da rəisləri olmuş Mövlam Şıxəliyev kimi ağır cinayətlərdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər günahlarını boynuna almırlar, cinayətlərini etiraf etmirlər və dəymiş maddi ziyanı ödəmirlər. Bununla belə başqa yerə getməmək haqqında iltizam verməklə canlarını həbsdən kənar tutmağı bacarıblar.
Qaçaqmalçı adı ilə tutdular, 300 min manat tələb etdilər
Prosesdə şahid qismində zərərçəkmiş Natiq Teymurovun qardaşı Sabiq Teymurov ifadə verib. Deyib ki, qardaşı Natiq Teymurov 2013-cü ilin sentyabrında MTN tərəfindən saxlanılıb.

İttihama görə “Sədərək” ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olmuş Natiq Teymurov tutulandan sonra iş üzrə istintaq İstintaq Baş İdarəsinin Metodiki Yardım və Kriminalistika şöbəsinin müstəntiqi Fuad Məmmədov Qasım oğluna həvalə edilib. Bundan sonra şöbənin rəisi Sahib Ələkbərov Natiq Teymurovun həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələyib. Natiq Teymurovdan azad edilməsi üçün əvvəlcə 300 min manat tələb edib. Eyni tələb onun qardaşı Rəfael Teymurluya qarşı da irəli sürülüb. Razılaşa bilmədikdə isə məbləğ 150 min manata endirilib. Sentyabrın 20-də Rəfael Teymurlu 150 min manat pulu MTN-in arxa qapısında Sahib Ələkbərova verib. Bundan sonra Natiq Teymurovun həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 25.09.2013-cü il tarixli 251/KEŞ saylı rəyinin alınmasına nail olunub. Həmin gün Natiq Teymurov həbsdən azad edilib. Məhkəmədə şahid qismində sərbəst ifadə verən Sabiq Teymurov deyib ki, qardaşı Natiq Teymurovun həbsdən buraxılması üçün MTN-nin əməkdaşı Sahib Ələkbərovun tələb etdiyi 150 min manat pulun 8 min manatını o verib:
“Həmin pulu uşaqlarının gələcəyi, ailəmin təminatını ödəmək üçün boğazlarından kəsərək yığmışdım. Qardaşımın azadlığa buraxılması üçün pulu qardaşım Rəfaelə verdim. Dedim ki, məndə də olan pul budur, versin, qardaşımızı buraxsınlar. Rəfael 150 min manat pulu aparıb Sahib Ələkbərova verəndən sonra qardaşım Natiq həbsdən azad edildi”.
Tutulanların azad edilməsinə rəy verən ekspert danışdı Natiq Teymurovun ekspertizadan keçirilməsi epizodu üzrə şahid qismində Cavid Cahangirli sərbəst ifadə verdi. Məhkəmə Tibb Ekspertizası komisyon ekspertizalar şöbəsinin məhkəmə tibb eksperti işləmiş Cavid Cahangirli ifadəsində göstərib ki, Natiq Teymurovun müayinəsini həyata keçirib.
Sərbəst ifadəsindən sonra zərərçəkən Zaur Əliyev ekspertə bir neçə sual verib. Ekspert olaraq həbsdə olan şəxsin azad edilməsinə müdaxilə etmək imkanının, həbs şəraitinin dəyişdirilməsi səlahiyyətinə malik olub-olmaması maraqlanıb. Cavid Cahangirli deyib ki, onun kimisə həbsdən azad etmək və ya saxlama şəraitini dəyişmək imkanı olmayıb. Ekspert vurğulayıb ki, ekspertiza qarşısına qoyulan suallara cavab olaraq müayinəyə təqdim edilən şəxsin sağlıq durumu qiymətləndirilib. MTN tərəfindən təqdim olunan suallar sırasında müayinə olunan şəxsin həbsdə saxlanılmasının məqsədəmüvafiq olub-olmamasına aydınlıq gətirilməsi də istənilib. Belə bir halda müayinə olunan şəxsin azad edilməsinin məqsədəmüvafiq olması cavabı verilib.
Ekspert komissiyasının üzvü İsrayil Məhərrəmbəyli də eyni məzmunlu ifadə verib.
MTN müstəntiqi heç kimdən pul almadığını dedi, bütün qərarları prokurorluğun qəbul etdiyini açıqladı
Bundan sonra Natiq Teymurovun istintaqını aparmış müstəntiq Fuad Məmmədov şahid qismində ifadə verib.
MTN-nin İstintaq Baş İdarəsinin Metodiki Yardım və Kriminalistika şöbəsinin müstəntiqi vəzifəsində işləmiş Fuad Məmmədov deyib ki, şöbə rəisinin müavini Sahib Ələkbərovun adından Seyran Nəcəfov, Elvar Əliyev, Natiq Teymurov, Etibar Cəfərov və qeyrilərinin barəsində CM-nin qaçaqmalçılıq maddəsi başlanılmış cinayət işini icraatına verilib və istintaq qrupu yaradılıb. Həmin cinayət işini icraatına qəbul edərək istintaqını aparıb. Fuad Məmmədov deyib ki, cinayət işi ilə bağlı heç kimdən pul almayıb, tələb etməyib.
Şahid deyib ki, müstəntiq olaraq prosessual şəxs olub və tabeçiliyi istintaqa nəzarəti həyata keçirən prokurora olub. Bildirib ki, qəti imkan tədbirinin seçilməsi, dəyişidirlməsi sırf prokurorluğun göstərişi əsasında həyata keçirilib.
Şahidin sözlərinə görə istintaq müddətində törədilən əməlin qaçaqmalçılıq olmadığı üzə çıxıb və daha yüngül maddəyə tövsif olunaraq həbsdə olunan şəxslər azad ediliblər. İş məhkəməyə göndərilərək müvafiq qərar verilib.
Bu epizod üzrə məhkəmə zalında olan zərərçəkənlər bildiriblər ki, istintaqa əvvəlcədən bəlli olub ki, onların əməlində qaçaqmalçılıq yoxdur. Məhkəmədə isə boş qutuları yandırmaqla guya onlardan götürülmüş keyfiyyətsiz malların məhvi görüntüsü yaradılıb.
“ Mən bu gün də kirayədə yaşayıram. Haramınız olsun!”
Vaxtilə Ədliyyə Nazirliyində işləmiş Mənsurə Hacıyeva da şahid qismində ifadə verib.
O, oğlu Qulam Bağırovun MTN tərəfindən şərlənərək həbsə alındığını dedi:
-Bu gün burada dəmir barmaqlıq arxasında əyləmisən. Sizə görə bizim ailəmiz çox ağır bir vəziyyətə düşdü. Oğlum Qulamı həbs elədiz, etmədiyi cinayətə görə bizim ailəyə qarşı quldurluq etdiz. Bizdən aldığınız pulları ailələrinizə, övladlarınıza verəndə nə deyirdiz? Mən bu gün də kirayədə yaşayıram. Haramınız olsun! Uzun illər Ədliyyə Nazirliyində işlədim, heç vaxt sizin kimi Allahsızlıq etmədim. Bizdən 135 min dollar pul aldınız, oğlum Qulama heç bir aidiyyəti olmayan işə qoşub Ağır Cinayətlər Məhkəməsinə göndərdiz. Orada da Qulama hakim dedi ki, məhkəməyə gəlmə. 1 il sonra da çağırıb saxta bir hökmü Qulama veriblər, deyiblər ki, sənə şərti hökm kəsdik.

Şahid deyib ki, hazırda həbsdə olan MTN rəsmilərinin tələb etdiyi pulun toplanması zamanı rəfiqəsi Adilə Əhmədovadan 5 min dollar, baldızı oğlu Vahiddən 5 min dolları, bacısı Şöhlətdən 500 dollar, ayrı-ayrı sələmçilərdən ümumilikdə 5500 dollar pul alıb.
Mövlam Şıxəliyev həbsindən az əvvəl zərərçəkəni pulla ələ almaq istəyib!
Bundan sonra iş üzrə şahid qismində Əliyusif Zeynalov sərbəst ifadə verib. Məlum olub ki, Mövlam Şıxəliyevin uzaq qohumu olan Əliyusif Zeynalov həm də iş üzrə zərərçəkən Akif Qurbanovla dost olub.
2021-ci ilin əvvəllərində Mövlam Şixəliyevlə bulvarda gəzən zaman sonuncu ona deyib ki, Akif Qurbanov adlı şəxs ondan şikayətçidir. Şikayətçi işləri ilə bağlı guya ondan pul alınmasını deyir. O da Mövlam Şıxəliyevə deyib ki, Akif Qurbanovla dostdur. Bundan sonra Mövlam Şıxəliyev Akif Qurbanovla görüşmək istədiyini deyib.
Ondan Akif Qurbanovla danışmasını və şikayət etməməsini istəyib. Həmin şəxs Mövlam Şıxəliyevin xahişi əsasında onları görüşdürüb, problemin həllinə kömək edə biləcəyini deyib. Təxminən bir həftə sonra o, Akif Qurbanovla sonuncunun yaşadığı binanın həyətində görüşüb.
Akif Qurbanova Mövlam Şıxəliyevin dediklərini çatdırdıqda, o, qardaşı Münasibin yanına gedib orada söhbət etməyi təklif edib. Birlikdə Münasibin Səməd Vurğun küçəsində ofisində oturub söhbət ediblər. O, Mövlam Şıxəliyevin onlarla görüşmək istədiyini deyib. Akif Qurbanov Mövlam Şixəliyevin MTN-də işləyən zaman rəisi olduğu istintaq baş idarəsində ondan pul alındığını və Mövlam Şıxəliyevdən öz pulunu istədiyini bildirib. Deyib ki, əlində məhkəmə qərarı var, ona qarşı edilmiş qanunsuz əməllər sübut olunub və alınan pul qaytarılmalıdır. Şahid bildirib ki, detalları müzakirə etmədən Mövlam Şıxəliyevlə görüşüb məsələni həll etməyi təklif edib. Akif Qurbanov da görüşə razılaşıb. Növbəti gün Akif və Münasiblə Azadlıq prospektində Mövlam Şixəliyevin təklifi ilə sonuncunun qudası Mübarizin adını xatırlamadığı restoranında görüşüblər. Söhbət zamanı Akif Qurbanov Mövlam Şıxəliyevə oğlunun banka kreditə girib onlara pul verdiyini bildirib və “siz mənə böyük əziyyətlər verdiz, məni ölkədən didərgin saldınız”, Mövlam isə “həmin əziyyətlərin mənə aidiyyəti yoxdur” deyib. Mövlam Şıxəliyev orada Akif Qurbanovdan şəxsən ona pul verib-vermədiyini soruşub. Akif Qurbanov isə pulu Vüsal Ələkbərova verdiyini, bu işə rəhbərliyin Mövlam Şıxəliyevin etdiyini və göstərişi məhz onun verdiyini deyib. Mövlam Şıxəliyev isə Akif Qurbanova deyib ki, Vüsal Ələkbərov bu işə görə cəzasını çəkib və azadlığa çıxıb. Onun isə məsələyə aidiyyəti yoxdur. Mövlam Şıxəliyev görüş zamanı Akif Qurbanova şikayətini geri götürəcəyi halda pulu verəcəyini deyib və razılaşıblar. Söhbət növbəti gün Akif Qurbanovun qardaşı Münasibin ofisində davam etdirilib. Həmin görüşdə Akif Qurbanov və qardaşından başqa bir vəkil də olub. Akif Qurbanov ona bir neçə səhifədən ibarət sənəd uzadaraq hirsli halda “al oxu” deyib. O, sənəd barədə soruşanda Akif Qurbanov Mövlam Şıxəliyevin ona həmin sənədlərdə Mövlam Şıxəliyev və Vüsal Ələkbərovdan şikayəti əsəbi halda əsassız yazdığını, əslində heç bir günahlarının olmadığını yazmasını tələb edib.Vəkil isə deyib ki, Akif Qurbanov belə bir ərizə yazacağı halda yalançı kimi qəbul olunacaq və özü məsuliyyətə cəlb oluna bilər. O, orada Mövlam Şixəliyevə zəng edib vəkillə danışdırmış, vəkil Mövlam Şıxəliyevə bu formatda yazılan ərizənin Akif Qurbanovun ziyanına yazılan yazı olduğunu, Mövlam Şıxəliyev isə vəkilə bu söhbəti Vüsal Ələkbərova deyəcəyini bildirib. O, Akif Qurbanovla Mövlam Şıxəliyevin razılaşmasının alınmadığını başa düşüb. Əliyusif Zeynalov deyib ki, bundan sonra oradan uzaqlaşıb.
Proses mayın 24-də davam edəcək.
Xəbərin oxunma sayı : 1519
Gündəm
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
TOP 10
ARXİV