![]() |
|














Həbsdəki MTN generalının 15 min dollarlıq qızıl “Vertu” cinayəti üzə çıxdı - ŞOK DETALLAR
Tarix 21.12.21, 13:27 |
|

“Bildi ki, mənim ”Slavyanka"da payım var, bütün villalarına, iş yerinə, restoranlarına gündəlik su göndərməyimi tələb etdi"
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində 2 aya yaxındır ki, davam edir.
Bu müddət ərzində iş üzrə 5 nəfər zərərçəkən ifadə verib.
Məhkəmə açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir. Zərərçəkənlər prosesin bu şəkildə aparılmasına qəti şəkildə etiraz edirlər. Buna baxmayaraq hakim Elbəy Allahverdiyev qanunsuz qərarını dəyişməyə tələsmir. Zərərçəkənlər istintaqda, məhkəmə zalında deyə bilmədiklərini mətbuata açıqlayır, ibtidai istintaq zamanı qeydə alınmayan olduqca ciddi faktları ictimailəşdirməklə onlara qarşı baş verən cinayətlərə diqqət çəkməyə çalışırlar.
Bu müddət ərzində Mövlam Şıxəliyevin vəkilləri susub ittihamları cavablandırmaqdan yayınırdılar.
Onun vəkillərindən biri olan Ceyhun Yusifov nəhayət ki, musavat.com-a danışıb. Deyib ki, müvəkkilinə qarşı ittihamlar tam əsassızdır.
“Mövlam Şıxəliyev heç kimdən pul almayıb, heç kimə hədə-qorxu gəlməyib, vəzifəsində sui-istifadə etməyib. 32 zərərçəkəndən heç biri demir ki, Mövlam Şıxəliyevə pul vermişəm. İttihamlar tam əsassızdır” – deyə vəkil bildirib.
Vəkilin bu açıqlamasından sonra redaksiyamızla əlaqə saxlayan zərərçəkənlər – Hüseyn Səfərov, Əfsəl Həsənəliyev, Zaur Əliyev, Akif Qurbanov və Əhməd Mirzəyev Mövlam Şıxəliyevin şəxsən onları hədələdiyini, onlara qarşı cinayətlərin başında dayandığını bildiriblər.
“Vəkil nə desin? Desin ki, Mövlam Şıxəliyev MTN-də oturub quldurbaşılıq edirdi?”
Sonuncu məhkəmə prosesində ifadə vermiş zərərçəkən Əhməd Mirzəyev deyib ki, Mövlam Şıxəliyevin vəkili yalan danışır.
“Vəkil nə desin? Desin ki, Mövlam Şıxəliyev MTN-də oturub quldurbaşılıq edirdi? MTN təcridxanasından şəxsi türmə kimi istifadə edib? Mənim şəxsən heç bir günahım olmayıb. Dostum mənə hədiyyə göndərib, almışam. Mən məhkəmədə də dedim, hələ bir çox məsələlər var ki, mən onların üzərindən keçdim demədim. Məni girov götürmeklə qanunsuz həbs ediblər. 500 min dollar pul aldılar və azad etdilər. Mənə qarşı bütün bu cinayətlərə Mövlam Şıxəliyev birbaşa rəhbərlik edib. Onun müavini vardı, Təhsin Ağayev. Bu gün yalandan özünü xəstəliyə vurub üzə cıxmır. Mövlam Şıxəliyevin sözlərini mənə o çatdırırdı. Tutulandan sonra məni Mövlam Şıxəliyevin kabinetinə o aparırdı. Mövlam Şıxəliyev mənə deyirdi ki, Təhsin dediyi məbləği düzəldib çatdımalısan. Mən də məcbur olub qardaşıma icmarıc yollayıb deyirdim ki, tələb etdikləri pulu düzəldin, verin. Obyektimi “Azəriqazbank”a girov qoyub pul götürdük, əlimizdə olan pulları da qoyub verdik. Bundan sonra Mövlam Şıxəliyevin şəxsi tapşırığı ilə mənə saxta xəstəlik tarixi düzəltdilər və xəstə olduğumu əsas gətirib azad etdilər. Vəkil gedib iş materialları ilə tanış olsun, görəcək ki, yalan danışan da elə Mövlam Şıxəliyev özüdür”.
“Mən ya Mövlam Şıxəliyevin qanunsuz tələbini yerinə yetirib onun dediyini etməli…”

Rəisə kabinetində 21 min dollarlıq qızıl saat hədiyyə etdim” –
Zərərçəkən deyir ki, azad ediləndən sonra da Mövlam Şıxəliyev hər dəfə ona zəng vurub, ən müxtəlif hədiyyələr, villaları, restoranları üçün bahalı tikinti materialları aldırıb: “5 il ərzində Mövlam Şıxəliyev məni daim nəzarət altında saxlayıb. Hər an növbəti zərbə gələcəyini düşünmüşəm. Sözümüzü deməyə yer də tapmırdıq. Mövlam Şıxəliyev biləndən sonra ki, mənim su istehsalı ilə məşğul olan “Slavyanka”da payım var, yanına çağırdı. Tapşırdı ki, bütün villarına, iş yerinə, restoranlarına gündəlik “Slavyanka” suyu göndərim. Mən də məcbur qalıb onun tələbini yerinə yetirdim. 2010-cu ildən düz 2015-ci ilə kimi hər gün onun villalarına, iş yerinə, restoranlarına “Slavyanka” suyu göndərmişəm. 1 qara qəpik belə verməyiblər. Heç suyu aparan maşının, fəhlənin pulunu da vermirdilər. Mən ya Mövlam Şıxəliyevin qanunsuz tələbini yerinə yetirib onun dediyini etməli idim, ya da biznesimi qoyub ölkədən çıxmalı idim. Onun tələbini yerinə yetirdim, çoxlu borcum əmələ gəldi. Məcbur olub borcun yerinə “Slavyanka”dakı payımı verdim. İndi də deyirlər ki, Mövlam Şıxəliyev heç kimdən pul almayıb. Pulumuzu da alıb, malımızı da canımızıda. Hələ utanmayıb yalan da danışırlar”.
“Mövlam Şıxəliyev mənə zəng edib dedi ki, təzə “Vertu”lar çıxıb, qızıldan. Ondan al gətir”
Zərərçəkən deyir ki, Mövlam Şıxəliyevin vəkili müdafiə etdiyi şəxsin cinayətlərindən xəbərsizdir: “Vəkildən xahiş edirəm ki, gedib ondan soruşsun. Biləcək ki, Mövlam bizə qarşı hansı cinayətləri edib. O deməsə, mən buradan deyirəm, yazsın dəftərinə. Mövlam mənə zəng elədi. İnanmırlarsa, nömrəsindən çıxan zənglərin siyahısına baxsınlar. Dedi ki, ad günümdür, mənə kostyum al. Mən də düşündüm ki, kostyumun qiyməti maksumum 1000-1500 dollar olar. Dedim ki, alıb gətirərəm. Mövlam Şıxəliyev isə dedi ki, kostyumu özüm alaram, pulunu isə sən verərsən. Razılaşdım. Yenə də deyirəm, başqa yol qoymamışdılar. Tutan da, aylarla təcridxanada saxlayan da, məhkəmədə iş verən də bunlar idi. Zərərçəkən Hüseyn Səfərova 2 “Vertu” aldırıb. Mövlam Şıxəliyev mənə də “Vertu” aldırıb, qızıl suyuna çəkilmiş “Vertu”. Mövlam Şıxəliyev mənə zəng edib dedi ki, təzə “Vertu”lar çıxıb, qızıldan. Ondan al gətir. Başımı itirmişdim, nə edəcəyimi bilmirdim. Getdim maraqlandım, məlum oldu ki, onun istədiyi “Vertu”nun qiyməti 12 min dollardır. Əlacsız idim, kimə nə deyə bilərdim. Gedib aldım və MTN-ə getdim. Həmin “Vertu”nu Mövlam Şıxəliyevə kabinetində şəxsən özünə vermişəm. Vəkildən də xahiş edirəm, Mövlam Şıxəliyevdən həmin “Vertu”nu soruşsun. Biləcək ki, o, “Vertu” mənim puluma alınıb. Mən bunun üstündən keçəcəkdim. Necə ki, məhkəmədə demədim. Amma belə həyasızlıq olmaz. Pulumuzu da alıblar, başımıza müsibət açıblar, qanunsuz həbs ediblər, məhkum ediblər, indi də çıxıb deyir ki, belə şey olmayıb. Məhkəmədə də arsız-arsız deyir ki, baş verənlərdən harasa şikayət etmisən. Dövlətdən dövlətə şikayət edəcəkdim? Oturmuşdular elə vəzifədə ki, biz onlara şikayət etməli idik. Onlar quldurlara qarşı mübarizə aparmalı, millətin təhlükəsizliyinin keşiyində durmalı idilər. Amma tam əksinə idi. Millət üçün təhlükə, şər-böhtan mənbəyinə çevirilmişdilər. Açın İttiham Aktını, oradakı sənəd-sübutlarla diqqətlə tanış olun. Görəcəksiniz ki, bu adamlar illərlə millətin başına nə oyun açıblar”.
“Özü şəxsən zəng edib, dedi ki, restorana “İtalyanski” kafel-metlax apar”
Zərərçəkən Mövlam Şıxəliyevin tələbi ilə restoranına bahalı kafel-metlax alıb göndərdiyini də açıqlayıb: “Hələ mənə “Qaqarin” körpüsünün yanındakı restoranına da 40 min manatlıq İtalyan istehsalı olan metlax-kafel də aldırıb. Özü şəxsən zəng edib, dedi ki, restorana “İtalyanski” kafel-metlax apar. Mağazamızda İtaliya istehsalı olan kafel-metlax yox idi. Ona görə də başqa mağazaya 40 min manat ödəyib kafel-metlax aldım, aparıb verdim”.
“Ta ki, möhtərəm prezident MTN-dəki cinayət yuvasını dağıdana kimi…”
Əhməd Mirzəyev deyir ki, Mövlam Şıxəliyev onunla mütəmadi olaraq əlaqə saxlayıb, hər dəfə də nəsə tələb edib: “Məni azad edəndən sonrakı 5 il ərzində, ta ki, möhtərəm prezident MTN-dəki cinayət yuvasını dağıdana kimi Mövlam Şıxəliyevə nə lazım oldurdusa, məni yığırdı. Onun Novxanıdakı imarəti var. Mənə tapşırmışdı ki, ora bitişik bağın həyətinə beton tökdürüm, üstündən də tamet vurdurdum. Mən bu işləri də gördürmüşəm, 30 min manat pul xərcəmişəm. Bu illər ərzində Mövlam Şıxəliyevin sifarişlərinin yerinə yetirilməsinə xərclədiyim pulları vəkillərimlə birgə hesablayırıq. Bütün ziyanımı ondan tələb edəcəyəm. Mənə mənəvi baxımdan vurduğu ziyanın da qarşılığını alacağam”.
“Məndən alınan 500 min dollar bu vəzifəli şəxslərin arasında bölüşdürülüb”
Zərərçəkən deyir ki, onu Eldar Mahmudovun rəhbərliyi altında Mövlam Şıxəliyev, Şıxəliyevin müavini Təhsin Ağayev qanunsuz saxlayıb, girov götürüblər. Bu şəxslər barədə də tədbir görülməlidir:
“Mənə qarşı ağlasığmaz cinayətdə bu vəzifəli şəxslərin əli var. Heç bir qanundan kənar hərəkətim olmaya-olmaya məni 21 gün Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında – şəxsi zindanlarında qanunsuz olaraq saxlayıblar. Bu gün Mövlam Şıxəliyev düz deyir, mənə qarşı həmin qanunsuzluğa don geyindirən Zakir Qaralovla Rüstəm Usubov olub. Onlar qondarma cinayət işi üzrə bunların təqdimatını imzalayıb məhkəməyə yolladılar. Bu gün Mövlam Şıxəliyev özünü düşünüb cinayət ortaqlarının arxasında gizlənmək istəyir. Mövlam Şıxəliyev hələ də düşünür ki, Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubov bunu xilas edəcəklər. Elə biz də bunu istəyirik, Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubovu də gətirib onun yanında oturtmalıdırlar. Məndən alınan 500 min dollar bu vəzifəli şəxslərin arasında bölüşdürülüb. Bunların bir tayı da Bakı Ağır Cinayətlər Məhkəməsində hakimdir – Əfqan Hacıyev. O da məndən saxta ittihamla həbs edilməməyimiz, məni və sürücü Arifin barəsində şərti cəza çıxarılması üçün 70 manat alıb. Onu da bunlaırn yanında oturtmaq lazımdır”.
“…yenidən araşdırılsın və yeni epizodlar üzrə də Mövlam Şıxəliyevə ittihamlar verilsin”
Zərərçəkən Əhməd Mirzəyev baş prokuror Kamran Əliyev və dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyevdən xahiş edir ki, mətbuat üzərində müraciəti şikayət ərizəsi kimi əsas götürülərək yenidən araşdırılsın və yeni faktlar üzrə də Mövlam Şıxəliyevə ittihamlar verilsin. Ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilsin.


Xəbərin oxunma sayı : 1261
Kriminal
Xəbərlər
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Nəsimi rayonunda mənzil qanunsuz olaraq obyektə çevrilib - FOTOLAR
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
TOP 10
ARXİV