Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Heydər məscidinin axundu “Misli” və “Poz, qazan” qumarına görə xalqa çağırış etdi: Haramdır…

Tarix 29.09.22, 15:54

Font ölçüsü : - / +
bitmap-img6


İnsanlar bir az tənbəlləşib, rahat yolla pul qazanmaq istəyirlər...

Azərbaycan “Azərlotereya” ASC-nin qumar cənginə düşüb. Əhali ölkədə bahalaşmanın getdiyi bir zamanda qumar oyunlarına təşviq edilməkdədir. Bir var ki, lotoreya yarışları təşkil oluna, istəyən iştirak edə, bir də var ki, təşkilatçı bunu təbliğ və təşviq edər. Bax, hazırda “Misli”, “Poz, qazan” küçələrdə, hər tinbaşı oynanılır. Və şirkət bunu reklam edir, şirnikləndirir, yalan vədlər verir. Nəticədə çoxu uduzur, azından azı isə qəpik-quruş udmaqla təsəlli tapır.

Son dövrlər isə yeni təbliğat maşının işə salıblar – “Maaş günü” adı ilə reklam gedir. “Azərlotereya” ASC vətəndaşları çağırır ki. ayın sonu yox, hər gün oynayın. Bəs, buna niyə göz yumulur? Nə üçün qumarın bu səviyyədə yayılmasına şərait yaraıdlır? Hətta yeni qumar oyunları icad edərək adlar tapıblar – “Drakula qəsri”, “Vur, qazan”, “Uğurlu seyf” və s. Halbuki lotoreyanın bu dərəcədə kütləvi yayılmasına, əhalinin müflisləşdirilməsinə ehtiyac yoxdur. O zaman buna kim “dur”, deyəcək?

Məsələ ilə bağlı tia.az-a danışan Heydər məscidinin axundu, ilahiyyatçı Hacı Rüfət Qarayev bildirib ki, ibadət evlərində bu mövzuda təbliğat aparılır. Onun sözlərinə görə, əziyyət çəkmədən pul verib, əvəzində pul gözləmək, hətta az məbləğdə olsa belə qumar sayılır, oynamaq haramdır. Heydər məscidinin axundu qeyd edib ki, insanlar bir az tənbəlləşib, rahat yolla pul qazanmaq istəyirlər:

“Biri var insan zəhmətin müqabilində, yaxud ağlının, beyninin məhsulu ilə pul əldə etsin, biri də var ki, çörək alacağı pulu “bəlkə daha çox pul əldə edərəm” deyə lotereyaya versin. Hətta evdən pul götürənlər, kimdənsə borc alıb bu kimi yollara əl atanlar var. Bu isə insanları dindən-İslamdan uzaq salır”. R.Qarayev deyib ki, gücümüz çatdığı qədər biz bu mövzuda məscidlərdə təbliğat aparırıq: “Təbliğatın olmasına baxmayaraq yenə də bu kimi hallar var. Çox vaxt Allahın, Quranın hökmlərini bilməyən, faizin, qumarın haram olduğundan xəbərsiz insanlar bu kimi şeylərdən istifadə edirlər”.



Xəbərin oxunma sayı : 670




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap