Nigar Camaldan heyranedici hərəkətlər - VİDEO Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO) “Keçmişlərini unudublar“ - Afaq Gəncəli
Axtar
 
  • / Maqazin / — 29 Noyabr 2021

    Nigar Camaldan heyranedici hərəkətlər - VİDEO

  • / Maqazin / — 25 Noyabr 2021

    Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO

  • / Maqazin / — 19 Noyabr 2021

    Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO)

  • / Maqazin / — 04 Noyabr 2021

    “Keçmişlərini unudublar“ - Afaq Gəncəli

  • / Maqazin / — 01 Noyabr 2021

    “Anasına bax, qızını al“ - Fotolar

  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

Köhnə binalarda dözülməz vəziyyət - Səsdən evdə rahat oturmaq olmur (VİDEO)

Tarix 14.10.21, 10:58

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda tikilən yeni binaların birinci və ikinci mərtəbələri qeyri-yaşayış obyektləri üçün nəzərdə tutulduğundan əvvəlcədən konstruksiya buna uyğun inşa edilir. Lakin şəhərin az qala hər yerində, xüsusilə də mərkəzi hissələrdə köhnə binaların əksəriyyətində zirzəmilər və birinci mərtəbələr alınaraq obyektlər açılıb. Bəzən bu cür obyektlərin açılması bina sakinlərinin narazılığı ilə qarşılanır, çünki fəaliyyətə başlayandan sonra isə bir sıra hallarda  həmin bina sakinləri üçün yaşayış dözülməz həddə çatır.
 
Bəs hansı hallarda binalarda qeyri-yaşayış obyektlərinin açılmasına icazə verilir?
 
Qaynarinfo "Xəzər Xəbər"ə istinadla sözügedən süjeti təqdim edir:

Elxan dayını hər gün isti yerindən didərgin salan səbəb yaşadığı evdən, daha dəqiqi yatdığı otaqdan gələn qorxunc səsdir.

Bütün bu vahimə, hər gecə 5 mərtəbəli binanın zirzəmisində fəaliyyət göstərən kafedə mühərrik işə düşəndə baş verir. 

Şiranə xanımın isə yaşadığı binanın yolunu kəsiblər. Problem eynidir, zirzəmi kiminsə xoşuna gəlib, kafe açıb, sonra isə kafenin ərazisini genişləndirərək yolu kəsib.

Alimin yaşadığı binanın zirzəmisinə isə qaz xətti çəkiblər. Qaz sızmasının baş vermə ehtimalı onların da yuxusuna haram qatıb.

Şəhərin müxtəlif ərazilərində yaşayış binalarının içində sonradan salınan çox sayda qeyri-yaşayış obyektləri və onların yaratdığı problemlər ucbatından narazı qalan sakinlərə rast gəlmək olur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, zirzəmilərin və birinci mərtəbələrin obyektə çevrilməsi məsələsinə müvafiq icra hakimiyyətləri icazə verir. Yəni qaydalara uyğun şəkildə fəaliyyət göstərmək şərti ilə bu obyektlərin açılmasında problem yoxdur. Bəs vacib qaydalar nədir və sahibkarın bina sakinlərini narahat etməmək üçün qarşısına qoyulan şərtlər nədən ibarətdir? Tikinti üzrə ekspert Ramil Osmanlı deyir ki, bu qaydalar tikinti məcəlləsində öz əksini tapır. 

Görünən isə odur ki, bu qaydaların pozulduğu binaların sayı şəhərimizdə az deyil. Hər zaman qonşusu pis olana köçüb canını qurtarmaq məsləhət görülür, qonşusu kafe-restoran olan bina sakinlərinin də öz evində yaşayıb-yaşaya bilməməsi də həmin sahibkarların insafına bağlıdır.







Xəbərin oxunma sayı : 550

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap