Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kənd sakinini ölümcül döyən qrupla bağlı heç bir tədbir görülmür - ŞİKAYƏT

Tarix 25.09.21, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Avqustun 9-da Biləsuvarın Muğanlı kəndində bir qrup şəxs tərəfindən döyülən Elçin Rüstəmovun işi ilə bağlı yerli hüquq-mühafizə orqanları heç bir tədbir görmürlər. 

Bunu döyülmə nəticəsində hazırda yataq xəstəsinə çevrilən Elçin Rüstəmovun yaxınları "Arqument.az"a deyiblər. 

Onlar bildiriblər ki, 6 nəfərlik qrup Elçin Rüstəmovla yanaşı, atası Allahverdi Rüstəmova da xəsarət yetirib, ancaq bu məsələ ilə bağlı hər hansı bir istintaq tədbiri aparılmır.

Elçin Rüstəmova öncə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, daha sonra isə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ağır kəllə-beyin travması diaqnozu qoyulub. 

Diaqnozda qeyd olunur ki, döyülmə nəticəsində Elçin Rüstəmovun nitqi tutulub, yaddaşı pozulub. 

Muğanlı sakinini döyən şəxslərin isə həmin kəndin sakinləri - Abdulla Cəfərov, Xəyal Cəfərov (el arasında Xəlil deyə çağrılır), İbrahim və Əlövsət Hətəmov qardaşları, həmçinin Müdafiə Nazirliyinin "N” hərbi hissəsinin zabiti, kapitan Ayaz Cəfərov və Aqil Cəfərov olduğu deyilir.

Zərəçəkmişlər hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Xidmətinə də məlumat veriblər.
  
Hadisə baş verən ərəfədə Biləsuvar Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və cinayət işinin açıldığı bildirilib, amma zərərçəkənin yaxınları hər hansı bir tədbirin görülmədiyini deyirlər. 

Yaxınları bildiriblər ki, Elçin Rüstəmovun səhhəti normal deyil: "Dərmanlar hesabına yaşayır və tez-tez sterik tutmaları olur. Polis isə işi araşdırmaq, cinayəti törədənləri istintaqa cəlb etmək əvəzinə, tərəfləri barışdırmaq üçün çalışır". 

Onların sözlərinə görə, müstəntiq Kamran Şükürov ailəyə deyib ki, nə vaxt barışmaq istəsəniz, bizə xəbər edin. 

İstintaqı aparan müstəntiq Kamran Şükürovla əlaqə saxlamaq mümkün olmayıb. Biləsuvar Rayon Polis İdarəsindən isə bildiriblər ki, hadisə barədə hər hansı bir açıqlama vermək səlahiyyətində deyillər.  

Mənbə: Arqument.az



Xəbərin oxunma sayı : 802




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap