Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO “Mən də xəyanətə uğramışam“ - Tünzalə Ağayeva Şou-biznesin heç vaxt ərə getməyən qadınları - SİYAHI Tünzalə sinə dekoltesi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

  • / Maqazin / — 21 Oktyabr 2022

    “Mən də xəyanətə uğramışam“ - Tünzalə Ağayeva

  • / Maqazin / — 16 Oktyabr 2022

    Şou-biznesin heç vaxt ərə getməyən qadınları - SİYAHI

  • / Maqazin / — 07 Oktyabr 2022

    Tünzalə sinə dekoltesi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 04 Oktyabr 2022

    “Deyirlər, pulu çoxdur, nə vecinə, özü üçün yaşayır“ - Röya

  • / Maqazin / — 25 Avqust 2022

    Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR

Kişi arvadını bıçaqladı, oğlu da atasını öldürdü - TƏFƏRRÜAT

Tarix 24.11.22, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Prokurorluq Gədəbəydə atasını döyərək öldürən şəxslə bağlı məlumat yayıb.

Gədəbəy rayon Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, noyabrın 23-ü saat 01 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Vaqif Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı arvadı Mehri Cəfərovaya bıçaqla daxilə nüfuz etməyən xəsarətlər yetirməsinə, həmin vaxt hadisə yerinə gəlmiş oğlu Asəf Cəfərovun onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Asəf Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Xəbərin oxunma sayı : 559

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap