Xalq artistindən cazibədar paylaşım - FOTO Röya imicini dəyişdi - FOTO Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO Natavan Həbibi çəhrayıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 05 Dekabr 2022

    Xalq artistindən cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 28 Noyabr 2022

    Röya imicini dəyişdi - FOTO

  • / Maqazin / — 25 Noyabr 2022

    Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO

  • / Maqazin / — 14 Noyabr 2022

    Natavan Həbibi çəhrayıya büründü - Fotolar

  • / Maqazin / — 04 Noyabr 2022

    Aygün Kazımova qırmızıya büründü - FOTO

  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

Komitə sədri işğaldan azad edilmiş ərazilərdəki işlər barədə: Dörd mərhələ - SİYAHI

Tarix 05.10.22, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


“Dünya təcrübəsi də nəzərə alınmaqla Azərbaycan postmünaqişə ərazilərinin bərpası prosesində müəyyən ardıcıllıqla məsələləri sistemli şəkildə həll edir”.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, birinci mərhələdə idarəetmə və təhlükəsizlik məsələləri həyata keçiriləcək.

“İkinci mərhələdə baza infrastrukturun yaradılması məsələləri, magistral nəqliyyat və mühəndis kommunikasiyalarının, meliorasiya sistemlərinin baş qurğularının tikintisi təmin ediləcək”, - deyə o əlavə edib.

Komitə sədri bildirib ki, üçüncü mərhələdə sosial məsələlər, yaşayış məntəqələrinin bərpası və yenidən qurulması – yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, mədəni-məişət xidməti obyektləri və s. tikilərək istifadəyə veriləcək.

“Dördüncü mərhələdə genişmiqyaslı iqtisadi məsələlər, yəni məcburi köçkünlərin repatriasiyası prosesi ilə paralel iş yerlərinin yaradılması, iqtisadi fəaliyyət obyektlərinin istifadəyə verilməsi təmin edilir.

Anar Quliyev qeyd edib ki, hazırda 1-ci və 2-ci mərhələlərə aid məsələlərin həlli üzrə böyük işlər görülüb və bu işlər intensiv olaraq davam edir.

“Yaxın müddət ərzində bu istiqamətdə intensiv işlər aparılmaqdadır. Görülən işlərin bariz nümunələrindən biri kimi qısa müddətdə – cəmi səkkiz aya tikilib istifadəyə verilmiş və bu gün təyyarə ilə Bakıdan gəldiyiniz Füzuli Beynəlxalq Aeroportunu və onun ətrafındakı infrastrukturu misal gətirmək olar. Artıq nümayiş olunmuş qısa filmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hökumətimizin apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinin bir qismini gördünüz.

Hazırda təhlükəsizlik məsələlərinin həll edildiyi və baza infrastrukturun yaradılması mümkün olmuş ərazilərdə 3-cü və 4-cü mərhələlərə aid məsələlərin paralel olaraq həlli davam edir”, - deyə o əlavə edib.



Xəbərin oxunma sayı : 601

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap