![]() |
|














Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI
Tarix 08.06.25, 18:48 |
|

Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır.
Musavat.com xəbər verir ki, Nərgiz Soltanova külli miqdarda dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
İttihama görə Nərgiz Soltanova taksi sürücüsü vasitəsi ilə tanış olduğu Nigar adlı qadından “kəfən dönməsi” ritualı etmək adı ilə pul alıb. Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb.
Nərgiz Soltanova
İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb. Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib. Həmin məbləği hissə-hissə olmaqla öz kartına köçürülməsinə nail olub, bir hissəsini isə nağd şəkildə Bakıda alıb.
Nərgiz Soltanova ifadəsində özünü təqsirli bilməyib.
Baş verənləri belə danışıb: “Nigarla məni Fuad adlı taksi şoferi tanış etmişdi. Nigar həmin taksidə olanda sürücü ilə danışıb baxıcı və ya görücü yanına getmək istədiklərini deyib. Fuad da mənim yanıma gətirib. Mən Fuada görücülük qabiliyyətim haqda danışdığımdan Nigarı mənim yanıma gətirmişdi. Onları qəbul etmək istəmirdim. Onlar israrla evimə gəldilər. Nigarın yanında bir rəfiqəsi də var idi. Mən baxıcı olmamışam. Baxıcılar hansısa atributlardan istifadə edirdilər. Amma mən heç nədən istifadə etmirdim. Bu məndə Allah vergisi olub, hissiyatım olub. Azərbaycanda bütün baxcıların yanında olmuşam.
Mən Nigara görücülük qabiliyyətimin olduğunu demişdim. Gördüklərimi dedim, o da inandı. Nigara kəfəndən dönmə və ya başqa rituallar söhbəti etməmişəm. Sadəcə, mənə dərdlərini danışıblar. Nigara bir bacı kimi dəstək olmağa çalışmışam. Ona səbirli olmağı demişəm”.
Zərərçəkmiş Nigar isə ifadəsində bildirib ki, taksidə olan zaman rəfiqəsi ilə falçıdan söhbət düşüb. Bunu eşidən Fuad adlı sürücü Yeganə adlı falçının olduğunu deyərək onun yanına aparıb:
“Sonradan Yeganənin əsl adının Nərgiz olduğunu bildim. İlk görüşdə Nərgiz mənə ölümümə cadu edildiyini, “kəfəndən dönmə” ritualı edilməsinin vacib olduğunu söylədi. Qara toyuğun yumurtalarının lazım olduğunu dedi. 500- 600 manat da pul istədi. 7 yumurtaya görə 200 manat pul ödədim. Həmin yumurtaların gündə birini qırıb suya töküb yatanda başımın üstünə qoymalı idim. Səhər də şəklini çəkib ona göndərməli idim. Ailə üzvlərimlə bağlı hər şeyi ona danışırdım. Nərgizin əsas taktikası məni hər kəsdən uzaqlaşdırmaq idi. Bunu bacarmışdı. Onun təsiri altında idim. Nərgiz hər dəfə yeni "düyünlər" çıxdığını bildirib pul alırdı. Qurğuşun tökmə, xüsusi ip və şamlarla rituallar keçirirdi. Ceyran dərisinin içərisində ərəb hərfləri ilə yazılar verdi. Buna görə də həmin yazıların hər birinə görə 600 manat pul aldı. 800 manata da ceyran göbəyi alıb dua yazdırmışdı. Nərgiz ona şübhə edənlərin xeyir tapmayacaqlarını deyirdi. Əlini məndən götürəcəyi halda daha pis şeylərə məruz qala biləcəyini bildirdi. Mənə deyirdi ki, onun son layihəsiyəm. Bütün gücünü mənə verəcəyini, bundan sonra bu işi bağlayacağını da söyləyirdi. Mənə “yaxşı ki, sən varsan. Mən bu dünyaya sənə yaxşılıq etmək üçün gəlmişəm” deyirdi”.
Zərərçəkmiş şəxs Viktoriya da müxtəlif vədlərlə Nərgiz Soltanova tərəfindən aldadılıb.
Onun ifadəsində diqqət çəkən məqamlar bunlardır: “Nərgizi tanışım Nigar vasitəsi ilə tanımışam. Müharibə başlayanda Nigarın qardaşı bizim Ukraynadan çıxmağımıza kömək elədi. Nigarla bundan sonra daha yaxın olduq.
Müharibədə qohumlarımın bəziləri savaşa aparılır, bəziləri vəfat edirdi. Bakıda yaşamaq da mənə pis təsir edirdi. İqlim dəyişikliyinə görə qızım da tez-tez xəstələnirdi. Psixoloji olaraq da çətinlik çəkirdim. Nərgizin Nigara kömək etdiyini bilirdim. Buna görə də Nigardan xahiş etdim ki, məni Nərgizin yanına aparsın. İlk tanışlıq günü Nərgiz falıma baxıb üzərimdə qara qüvvələrin olduğunu dedi. Özümün və ailə üzvlərimin bu kimi əməllərdən təmizlənməsi üçün müəyyən rituallar edəcəyini dedi. İlk dəfə 8000 manat pul verdim. Nərgizə ailə üzvlərimin şəkillərini də verdim.
Nərgiz məni ovsunlayıb bütün dostlarımdan, hətta psixoloqumdan da ayırdı. Nərgizdən tam asılı vəziyyətə düşdüm. Nərgiz mənə ölümcül cadunun yoldaşım tərəfindən yazıldığını deyirdi.
Mənə toz şəkilli kütləni verib arada içməyimi tapşırmışdı. Həmin tozu içəndən yaddaş pozğunluğu, saç tökülməsi ilə bağlı problemlər yarandı, psixiatr müalicəsi aldım. Nərgiz bunu təmizlənmənin əlaməti olaraq izah edirdi.
Mənim müharibədən qorxduğumu bilirdi. Buna görə xüsusi ritual edəcəyini deyirdi. 4000 manat dəyərində bir güllə olduğunu, çox dərindən təmizlik etdiyini deyirdi. Həmin güllənin xaricdən sifarişlə gətirildiyini söylədi. Nərgizə saçımdan, əl və ayaq barmaqlarımın dırnaqlarından nümunələr də vermişdim. Mənə dediyi gülləni verdi və bütün pisliklərdən qoruyacağını söylədi.
5500 manat pul alaraq "ceyran göbəyi" deyilən xüsusi bir amulet düzəldib verdi. Evdəki pislikləri dağıtması üçün girişdə bir yerə asmağımı, küləkli yer olmasını istəmişdi”.
Məhkəmə araşdırması zamanı şahid ifadələri ilə də Nərgiz Soltanovanın cinayət əməli sübuta yetirilib. Lakin Soltanova ittihamı qətiyyən qəbul etməyib.
Məhkəmənin hökmü ilə Nərgiz Soltanova 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvvəz edilib. N.Soltanova məhkəmə zalında qandallanıb.
Xəbərin oxunma sayı : 742
Hadisə
Xəbərlər
-
İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
-
Azərbaycanda Milli Qurtuluş Günüdür qeyd olunur
-
Bəzi tibb müəssisələrinin avadanlıqları yenilənəcək - 7 milyon ayrıldı
-
“İranın nüvə silahı varsa, heç bir sülh ola bilməz“ - Tramp
-
Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın maraqlı ifası - Video
-
Yerli avtomobillərə maraq azalıb - Səbəb nədir?
-
“Kainat“ kafesi Yasamal rayon sakinlərini təngə gətirib - VİDEO
-
Təzə qarpız yükünün altından yüzlərlə kiloluq narkotik necə tapılıb? - VİDEO
-
“İranın nüvə obyektlərinə hücum fəlakətli ola bilər“ - Çin XİN
-
Putin Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu tədiqləyib - İyunun 22-dən sonra
-
Kərə yağı yenə bahalaşacaq: Görün neçəyə olacaq
-
Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
-
Ərdoğan İlham Əliyevə zəng edib - İsrailin İrana hücumu müzakirə olunub
-
İcra başçısının qalmaqallı nümayəndəsi həbs edilib - SƏBƏB
-
Azərbaycanlı aktrisa boşana bilmir: “Üçüncü həyat yoldaşıyam...“
-
“İran-İsrail münaqişəsinə görə Ukrayna üçün əlavə risklər yaranıb“ - Zelenski
-
Tibb məntəqələrinə görə xəstəxana rəhbəri cərimləndi - Vüqar Qurbanov problemi həll etmir?
-
Sabahdan ödənişsiz çimərliklər fəaliyyətə başlayır - FOTOLAR
-
“İsrailin hücumu dayanmadan ABŞ-la danışıqlar mənasızdır“ - İran XİN
-
Ad və soyadda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA
-
Ceyhun Bayramovla Hakan Fidan danışdı - Nələr müzakirə olunub?
-
Binə qəsəbəsində narkotacir saxlanıldı - FOTO
-
Vəhdət Partiyasının növbədənkənar qurultayı keçirilib - Adəm İsmayıl Bakuvi sədr seçildi
-
Nazir onların “Son zəng”ində iştirak etdi - FOTOLAR
-
17 yaşlı Umud 51 yaşlı qohumunu toyda niyə bıçaqlayıb? - TƏFƏRRÜAT
-
Azərbaycan və İran XİN rəhbərləri danışdı - Nələr müzakirə olunub?
-
Bank kartlarından oğurluq edildi - MƏBLƏĞ
-
“Zümrüd Residence“də bədbaxt hadisə - 8 yaşlı uşaq öldü
-
ABŞ Rusiya neftinin qiymət tavanının azaldılmasını dəstəkləmir - “Bloomberg“
-
Jurnalistlərin övladları məzun oldu - FOTOLAR
-
Sahil Babayevdən daha bir təyinat - Elnur İbrahimov da yola salındı
-
İsrail İranın 9 nüvə alimini öldürüb - ADLAR
-
Ermənistanın sabiq baş naziri ev dustaqlığına alındı - milyonlarla bağlı ittihamlar
-
Birinci sinfə neçə uşaq qəbul olunub? - Açıqlandı
-
İsrailin zərbəsindən sonra bina uçdu - 60 sakin öldü
-
Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur - Hikmət Hacıyev
-
Bu müəllimlərin maaşı artacaq - RƏSMİ
-
İsrail İranın daha 2 generalını öldürüb - Rəsmi açıqlama
-
Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ!
-
Beyləqanda bazar yandı - 13 nəfər tüstüdən zəhərləndi
-
Təl-Əvivdə böyük dağıntılar var - FOTOLAR
-
Bulvarda dənizə düşən şəxs belə xilas edildi - VİDEO
-
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
-
İran bu ölkələri vuracağını bəyan etdi - “Yeni hədəflərə çevriləcəklər...“
-
Cənub sərhədlərində radiasiya çirklənməsi aşkar edilmədi - Rəsmi
-
“ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb“ - XİN
-
Bəzi rayonlara yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA
-
Zərbələrdən sonra Təl-Əvivdə yaşayış binası çökdü - VİDEO
-
İranın uranı 60 faizə qədər zənginləşdirdiyi zavod məhv edilib - MAQATE
-
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
-
“Xoşbəxt deyiləmsə, heç kim sevinməsin” - İradə İbrahimova
-
SEPAH “Əsl vəd-3” əməliyyatına başlandığını elan etdi - VİDEOLAR
-
İki İsrail qırıcısı vuruldu - İsrailin qadın pilotu əsir götürüldü
-
Xətai sakinləri tullantı qablarının çoxluğundan şikayət edir - VİDEO
-
Smart tipli sayğaclar niyə dəyişdirilir? - Gizli plan üzə çıxdı
-
“İsrailin hücumu cavabsız qalmayacaq“ - Xamenei xalqa müraciət etdi
-
AYNA şikayət etdi - “Uber Azərbaycan” cəzalandırıldı
-
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib? - DSX-dan açıqlama
-
İcra Hakimiyyəti 22 km-lik yolun işıqlandırılması layihəsinə 131 min xərcləyəcək - TENDER
-
Məşhur İran generalının öldürüldüyü xəbəri yayıldı - Qasim Süleymaninin varisi idi
-
Türk iş adamına məxsus taksi şirkətinin vergi borcu var - Külli miqdarda
-
Dişləyərək qulağını qoparıb - Qohumların torpaq davasının TƏFƏRRÜATI
-
Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - Rəsmi
-
“İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir“ - Tramp
-
“Space TV”yə xəbərdarlıq edildi - “Maşa və ayı”ya görə
-
“Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur” - Hikmət Hacıyev
-
Agentlik bir daha xəbərdarlıq etdi - “Son zəng“lə bağlı
-
İsrail İranın bu şəhərlərini də bombalayıb - 78 nəfər həlak olub, 329 nəfər yaralanıb
-
Bu rayonda xəstəxana tikilir - Layihəsi 597 minə hazırlanacaq
-
Komitənin 18,6 minə ofis icarəyə götürdüyü Günel Abdullayeva kimdir?
-
Paytaxtın bu yolları iki gün bağlı olacaq - SİYAHI
-
“Toyda heç kimə bakal atmamışam” – Kəmalə Günəşli
-
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşdü - FOTOLAR
-
Hikmət Hacıyev Çexiya rəsmiləri ilə görüşdü - FOTO
-
Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq - Vüqar Kərimov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Netanyahu və onun qətliam şəbəkəsi...“ - Ərdoğan
-
Xəstəxanalarda qiymətlər bahalaşıb - Dövlət Statistika Komitəsi
-
Bir manata görə “parkovşik“lər dalaşdı: Birinin çənəsi sındı
-
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
-
“Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik“ - Paşinyan
-
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
-
“İran nüvə sazişi şansından istifadə etmədi“ - Tramp
-
Arayik və digərlərin məhkəməsi davam edir - İttihamlar təsdiqlənir
-
“Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!“ - Deputat
-
“Sionist rejim bu gün etdiyi əməllərdən peşman olacaq“ - Pezeşkian
-
Daxili İşlər Nazirliyindən “Son Zəng”lə bağlı MÜRACİƏT
-
Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR
-
“İsrail bütün qırmızı xətləri keçib“ - Baş Qərargah
-
“Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb“ - Sahil Babayev
-
Bank kartlarının talanmasına qarşı mübarizə ilə bağlı YENİ QANUN
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
-
İsrail yüzlərlə hərbçi yığır: Xamenei qisas əmri verdi
-
“Temho Pool” MMC-nin vergi borcu yaranıb - 115 min manat
-
Məşhur general həbsdəki bəstəkara qarşı - Sensasion MÜRACİƏT
-
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: “Tələsirdim...“
-
Xətai rayonunda daha bir qanunsuz tikinti - İcazəni icra başçısı icazə verib?
-
İranda qətlə yetirilən generallar - Adlar açıqlandı
-
Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR
-
Öldürülən general Məhəmməd Baqeri kimdir? - Azərbaycanlı komandan haqda məlumatlar
-
“ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır“ - İran XİN
-
Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...
-
İran İsrailə dron hücumuna başlayıb - 100-dən çox dron buraxıb
-
Xəzərdə üzən ilanlar sakinlər üçün təhlükəlidir? - VİDEO
-
SEPAH-ın yeni baş komandanı məlum oldu - Baş qərargah rəisi də təyin edilib
-
Tibb kurslarında resept yazmaq qaydaları öyrədilir - Həkimlər narahatdırlar
-
Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir - VİDEO
-
İsrail İranı vurdu: Baş Qərargah rəisi və SEPAH-ın komandanı öldü
-
Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı
-
Dövlətçiliyimizin, müstəqilliyimizin, milli ruhumuzun qurtuluş tarixi - 15 iyun
-
Millətimizin və dövlətçiliyimizin xilası günü
-
Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü il
-
““Balaxanıneft“-in müavini dedi ki, rəismi çox az hallarda görürəm“ - Deputat
-
Hindistandakı təyyarə qəzası - 290-dan çox insan ölüb
-
“İran uranın zənginləşdirilməsini davam etdirəcək“ - Pezeşkian
-
AQTİ bu həşərat üçün tələ qurur - 66 min manat xərcləyəcək
-
Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi
-
Prezident sərəncam imzalayıb - Şuşa ilə bağlı
TOP 10
ARXİV