“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Məşhur şirkət Azərbaycandakı səhmlərini satır - 1 milyard dollar

Tarix 22.08.23, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


Norveçin "Equinor” neft şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsində 7,27 % payının satışını araşdırır.

"Report” bu barədə "Bloomberg”ə istinadən xəbər verir.

Alıcıların bu aktivlərə marağını qiymətləndirmək üçün hazırda Norveç şirkəti "Jefferies Financial Group Inc"i. ilə iş aparır.

Bildirilib ki, maraqlı tərəflər arasında ABŞ-ın "ExxonMobil” şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın "Inpex” şirkəti var. Mövcud razılaşmanın şərtlərinə görə, "Equnior” öz payının satışı ilə bağlı ilk olaraq SOCAR-a müraciət etməlidir.

"Equinor" bu aktivlər üçün təklifləri yaxın həftələrdə təqdim olunmasını gözləyir və bu sövdələşmə təxminən 1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Qeyd edək ki, "Equinor" Xəzər dənizində digər kəşfiyyat sahələrində, eləcə də Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərində 8,71 % paya da malikdir.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), "MOL Group” (9,57 %), INPEX (9,31 %), "Equinor” (7,27 %), "ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.



Xəbərin oxunma sayı : 1078




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap