|
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
Məşhur iş adamının adı keçən 14 milyonluq dələduzluq işi - Məhkəmə təxirə salındı
Tarix 10.12.24, 16:35 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses təxirə salınıb.
Musavat.com xəbər verir ki, cinayət işini araşdıran tərkibdə hakim Siyavuş Hacıyev də vardı.
O, futbol oynayarkən qəfil vəfat etdiyindən tərkibə yeni hakim daxil edilib. İşlə tanışlıq üçün yeni hakimə vaxt verildiyindən prosesin davam etdirilməsi qeyri-müəyyən vaxta qədər ertələnib.
Tahir Qədəşov ötən iki prosesdə də şahid qismində dindirilib. Hakim qarşısına onun kürəkəni Nofəl Hacıyev çıxarılıb.
Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları Tahir Qədəşova “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir. Tahir Qədəşov məhkəmədə ifadə verərkən deyib ki, “Atlant” mənfəət gətirməyib, ziyanla işləyib. Lakin çıxışının davamında məlum olub ki, “Atlant”da illik 10 milyona yaxın gəlir əldə olunur. Tahir Qədəşov həmin gəlirlərin banklardan alınmış kreditlərə yönəldiyini bildirib.
Nofəl Hacıyevin vəkili “Atlant”da müvəkkilinin 40 faiz payı ilə bağlı Tahir Qədəşova sual verib. Qədəşov suala ümumi cavab verib, bildirib ki, Nofəl Hacıyev ildə iki dəfə “Atlant”a gəlib-gedib. Deyib ki, Nofəl Hacıyev şərik olsaydı, “Atlant”a ildə iki dəfə deyil, daha çox gələrdi.
Hakim Nofəl Hacıyevdən Tahir Qədəşovun sualına cavab veriməsini istəyib.
Nofəl Hacıyev bildirib ki, “Atlant”ın təməli qoyulandan o və komandası orada olub:
- Telekanallardan birinə müsahibəsində deyir ki, mən onunla qohum olana qədər imkansız olmuşam. Övladlarıma da demişəm, mən 88-ci ildə geyindiyim kostyumları, dublyonkanı, plaşı...
Hakim müdaxilə edərək bu məsələnin işə aidiyyəti olmadığını bildirib:
- Sizin nə geyindiyinizin bu işə nə dəxli var?
Müttəhim:
- Mən gecə-gündüz orada işləmişəm.
- 1 dəqiqə dayanın. Siz Bakıya 1 pencəklə gəlib milyoner olmusunuz.
Bunun məsələyə nə dəxli var? Konkret araşdırılan cinayət işi üzrə danışın! Sizə konkret ittiham irəli sürülüb ki, 2018-2022-ci illərdə aldığınız pulları dələduzluq yolu ilə ələ keçirmisiniz. 171 nəfərdən 115 nəfərindən pul almısınız.
- Həmin pulları hara yönləndirmisiniz?
- Mən “Atlant”da şərik olmuşam. Həm Bakıdakı, həm Sumqayıtdakı tikintidən aldığım pulları da ora yönləndirmişəm.
- Sumqayıtda hansı tikintidir?
- “Halal” MTK-da mənim 33 faiz payım var. Təsisçisi və 33 faiz payın sahibi Tahir müəllimdir, 33 faizi də Ağaşirinov Şamxalındır.
- Ötən prosesdə dediniz ki, bəzi şəxslərin pulunu qaytarmısınız. Kimlərdir həmin şəxslər?
- Qoy bunu Tahir müəllim desin. Əgər şəriklik yoxdursa, “Təbriz” MTK-dan ev alan vətəndaşlardan bir qisminin pulları qaytarılıb. Pulların bir qismini Tahir müəllim qaytarıb. Əgər şərik deyildiksə, niyə o pulları qaytarırdı? Tahir müəllim, əgər mən şərik olmamışamsa, “Atlant”da o kotlavanları kim qazdırıb? 3 manata kvadratı beton tökdürmüşəm. Orada 150 nəfər işçi işləyib. 2 nəfər dünyasını dəyişib o adamlardan. Qalanları sağdır axı.
- Hacıyev, dayandır. Konkret suala cavab ver - sizinlə bərabər 115 nəfərin aldadılmasında kimlər iştirak edib?
- Tahir müəllimlə ikimiz “Təbriz” MTK-da olmuşuq.
- Dayan, sualı başa düşdünüz? 115 nəfərin aldadılmasında sizinlə bərabər kimlər iştirak edib? Pulu kiminlə bölmüsünüz?
- Qədəşov Tahir. Başqa kim ola bilər? Bu kişi kooperativin sədri olub. Orada 3-cü şəxs iştirak etməyib.
Bundan sonra Tahir Qədəşova bir neçə zərərçəkənlər sual verib.
Zərərçəkənlərdən Məmmədəli İsmayılov Tahir Qədəşova sual verib.
Bildirib ki, iş üzrə ona 98 min manat zərər dəyib:
- Mən 2002-ci ildən dəyirmanın yanındakı 6 mərtəbəli binada oluram. Mən 10 dəfə Nofəl Hacıyevin yanına adam aparmışam. Rusiyadan gəlib mağaza, ev almaq istəyənlər olub. Orada sizi görməmişəm. Alıb-satan, bütün işləri görən kimi Nofəl Hacıyevi tanımışam. Siz orada yaxşı pullar qazanmısız. Oradakı binadan xoşunuza gələn xanımlara ev bağışlamısınız. Ailəsi olanları var, adlarını çəkmirəm.
Necə oldu ki, qazananda siz MTK sahibi olursuz, ziyana düşəndə Nofəl Hacıyevi qabağa verirsiz?
Tahir Qədəşov:
- Siz məni tanıyırsınız? Bir dəfə salam vermisiz?
Hakim:
- Konkret sualı olan zərərçəkən varmı?
Zaldan zərərçəkənlərdən biri deyir ki, Tahir Qədəşov suallara konkret cavab verməkdən yayınır.
Hakim konkret sualı olan zərərçəkənlərdən tribunaya yaxınlaşmasını istəyib.
Nofəl Hacıyev deyib ki, Tahir Qədəşov “Atlant”da qazanc olmadığını deyir, bir tərəfdən də orada tikinti aparılmasını inkar etmir. Belədirsə, qazanc yoxdursa, “Atlant”a 40 milyon manat hansı hesabdan qoyulub? Haradan ödənilib? Mənə özü şəxsən deyib ki, bankdan kredit götürürəm ki, kənardan baxanlar elə düşünsünlər ki, “Atlant”ı kreditlə tikirik. Mən 10 il susmuşam, danışmamışam, daha susmayacağam.
Bir neçə müqavilə araşdırılıb və zərərçəkənlərin fikirləri dinlənilib.
Müttəhim Nofəl Hacıyev də fikirlərini açıqlayıb:
- Ötən dəfə Tahir müəllimə 3 sual verdim. Birincisi alınan kreditlərlə əlaqəli idi. Kreditlər götürüləndə “Atlant”da vəziyyət başqa cür idi. Materiallara borclar vardı, özünün şəxsi borcları vardı. Tahir müəllim, siz həyətdə oturduğunuz ofisi, 2200 qeyri-yaşayış sahəsini 2 milyon 300 min manata satdınız.
Niyə “Accessbank”ın borcunu ödəmirdiz? Söhbət “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardan gedir. Qardaşı Mamed müəllim də orada MTK-da sədr olub. Onun 1 sənəddə imzası varsa, sorğu verin alın, mən də əlimi geri çəkirəm. Elşad baş mühasib olub orada. Ötən dəfə də tələb etdim. Qara mühasibatlığı gətirin bura. Bütün binalarda bloklar ayrı-ayrılıqda yazılıb, hər il dekabrın 31-də “otçot” eləmişik. Elşadı işdən çıxardız. 18-ci ildən 21-ci ilə qədər olan bütün “otçot”lar kameraya düşüb. Maşın-maşın sənədləri daşıyıb apardız. Niyə sənədləri itirmisiz? Burada yalandan deyir ki, guya mən “Atlant”da ildə iki dəfə olmuşam. Orada 5 sürücü olub. Onlar da şahiddirlər. Oradakı işçilərdən soruşun, öyrənin ki, onlara əməkhaqqını kim paylayıb? Dəfələrlə ən müxtəlif şəxslərdən pul almışam oraya görə.
Həyətdəki 2200 kvadratlıq qeyri-yaşayış sexini satıb gedib Sabunçu xəstəxanası yanında araq sexi almadın? Ayıb deyil? Mənim ailəmlə işin olmasın! Mənim uşaqlarımı şantaj edirsən. Müraciət edirəm ki, uşaqlarımın təhlükəsizliyi təmin olunsun. Mən bu adamdan hər şey gözləyirəm. “Təbriz” MTK-da 50 min kvadrat ev, qeyri-yaşayış sahəsinin müqaviləsinə kim qol çəkib? Təhvil-təslimi mən etmişəm. “Halal” MTK-da binanın 8-ci mərtəbəsində tikinti dayanmışdı. Mən canımı vermişəm bu işlərə. Bəzi şayiələrə, şeytan olub zəhər verənlərə inanırsız.
Hakim:
- Hacıyev, sizin işinizə baxırıq, Qədəşovun işinə baxmırıq.
- “Təbriz” MTK-ya, “Halal” MTK-ya sorğu göndərilməlidir. Qoy aydınlaşsın ki, sənədlərə kim imza atıb? Möhür kimdə olub? Pullar kimdə olub? Pullar kimə verilib? Mən qara mühasibatlığı tələb edirəm! Baş mühasib bura gəlsin. 5 blok, qeyri-yayış, yaşayış, yaşayış-mansard satılıb və 15 milyon 900 min manat xalis gəlir olub. Hələ mən ən aşağı qiymətlə hesablamışam. Məndə bütün hesabatlar var. Ötən dəfə dedim, adam var 2007-ci ildə 1 milyon manatlıq armatur verib, 2012-yə qədər pulunu ödəyə bilmədim.
Ona evlər verdim, evlər də gəlib bu vəziyyətə düşdü. Mənim armatur, beton əvəzi verdiyim evləri siz götürüb satmısınız! 3-cü blokda 1500 kvadrat qeyri-yaşayış saxlamışdım bu borc-xərci ödəmək üçün. Kimə satdız onu? İndi ora “Bravo” marketdir. Ora kimin imzası ilə məndən xəbərsiz satılıb? Suallarım çoxdur.
“Bərəkətli” MMC-nin 8 hektar torpağı var. Oranı kim və neçənci ildə özəlləşdirib? “Bərəkətli” MMC-nin direktoru mən ola-ola oranı 3 milyona kimin imzası ilə satmısan? 10 dəfə adam gətirdim, yalvardım ki, sataq, borcları bağlayaq. Dedin ki, ora mənim cavanlığımdır, oranı sata bilmərəm, ora qalacaq. Özəlləşdirəndən sona oradakı parnikləri, quş damlarını yerlə-bir etdilər. Ramanada yerləşirdi. “Aynur” MMC-nin 5 hektarını satdınız. Borcdan 1 manat ödədiz?
“Təbriz” MTK-da rəsmi şərik olmuşuq. Bütün işçilər, qonşular şahiddir, mən Nofəl gecə-gündüz orada işləmişəm, tikintidə olmuşam. Mən Allah qarşısında, bu camaatın qarşısında deyirəm, mənim “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardakı payıma düşən pulu verin, mən də bu camaatın evini tikim təhvil verim. Oranı hansı yuvaya döndərdiyinizi də qəşəng bilirsiniz! İnsan alveri idarəsinə sizə görə dəfələrlə getmişəm. Niyə görə? Hər ay 1 milyon, 1 milyon 300 min rəsmi gəliri olub bu adamın. Hər dəfə də başımın altına yastıq qoyub. Özünü də, qardaşını da Kürdəxanıya yanıma çağırdım, dedim ki, düşdüyümüz vəziyyətdən çıxış yolu var.
Camaatın pulunu da verərik, evi də tikib təhvil verərik, “Atlant” da qalacaq. Siz isə qərəzçiliyə keçdiz. Mənimsə sizlə düşmənçiliyim yoxdur. Siz bu pulları oraya çıxarın. “Təbriz”in, “Halal”ın pulları “Atlant”dadır. İbtidai istintaq zamanı da xahiş etdim ki, məni Tahir müəllimlə görüşdürsünlər. Dedilər ki, Tahir müəllim gəlmir. Mən ömür boyu bu adamın qulluğunda olmuşam. Məni bu cinayət bu adam sürükləyib. Qeyd edək ki, hazırda “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir.
O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər.
Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub.
İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər.
Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib.
Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.
“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.
Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.
Xəbərin oxunma sayı : 1411
Hadisə
Xəbərlər
-
“Mən sənətdə olanda sən yox idin“ - Efirdə mübahisə
-
“Türkiyənin hakim partiyasının İcraiyyə Komitəsi yenilənəcək“ - KİV
-
“Bu qədər pulu haradan əldə ediblər?” - Elariz kürəkəninin həbsindən danışdı
-
Şabranda Erkən Tunc dövrünə aid tarixi nümunələr tapıldı: 3000 ildən çox tarixi var
-
Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB
-
“Bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib“ - VİDEO
-
Trampla Putinin danışıqlarına hazırlıq görülür - Mayk Uoltz
-
Qızıl, yoxsa daşınmaz əmlak: Hansı daha sərfəlidir?
-
“Braziliya klubuna gedir” - Qurbanov Juninyo haqda
-
AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: sağ qalan sərnişin ilk dəfə açıqladı (VİDEO)
-
Xurşudovla rektor arasında çəkişmə: “300 tələbə imtahandan kəsilib“
-
Tramp rəsmiləri sərt tənqid etdi - “Bacarıqsızlar...”
-
Bu komitələr nazirliyə birləşdirilir? - Yeni supernazirlik
-
Zurabişvilinin Rusiyaya qarşı planı üzə çıxdı: Müharibə olacaq
-
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
-
Bu şəxslərə 230 manat veriləcək - DETALLAR
-
Türkiyə ordusu iki ölkədə əməliyyat keçirdi - 9 terrorçu öldürüldü
-
Serbiya Prezidenti Azərbaycana və İlham Əliyevə təşəkkür etdi - FOTO
-
Qalmaqallı iş adamı yenidən gündəm oldu - Yarım milyonluq dələduzluq
-
“İstanbul danışıqlarını mən pozmamışam“ - Conson
-
Azərbaycanlı aparıcı narkotik asılılığından əziyyət çəkirmiş - VİDEO
-
Tibb bacısı “German Hospital“da necə ginekoloq oldu? - ŞOK FAKTLAR
-
Bəzi magistral yollarda görmə məhdudlaşacaq - Dumana görə
-
“Azərbaycan qazının Serbiyaya tədarükü tezliklə bərpa olunacaq“ - “AnewZ“
-
Yarım milyon əmlakı əhatə edəcək TƏKLİFLƏR
-
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
-
Ağdamlıların oxuması qəti qadağandır - Aqil Abbas yazır
-
Los-Ancelesdəki dəhşətli yanğının fəsadları - Fotolarda
-
Kəşfiyyat “WhatsApp“ mesajlarını izləyir - Zukerberqdən etiraf
-
“Azcake” MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlandı - RƏSMİ
-
Şəxsi məlumatlarımız təhlükədədir? - Araşdırma
-
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - Səbəbini açıqladı
-
Naxçıvanda 8 dərəcə şaxta qeydə alınıb – Faktiki hava
-
Sumqayıtda maşında yanmış kişi meyiti tapılıb - FHN
-
“Topaz“dan “Metropoliten“ə: Aslanov uda-uda gedir...
-
Los-Ancelesdə meşə yanğınları - Ölənlərin sayı artdı
-
Ərdoğan Tatlısəslə mahnı oxudu - VİDEO
-
Aysel Teymurzadə gözəlliyi ilə ağılları başdan aldı - FOTO
-
“Neftçi“nin ilk transferi “Gündoğar ölkə“dən olacaq - Klubun düşərgəsindədir
-
Bolqarıstan və Serbiyaya qaz nəqli niyə dayandırılıb? - BP açıqladı
-
Daşınmaz əmlak qeydiyyatı: qanunun işləmədiyi sahələrdə pozuntular necə yaranır?
-
Azərbaycanda iki yeni milli park yaradılacaq - RƏSMİ
-
Ukrayna Kurskda Şimali Koreya hərbçilərini əsir götürüb - FOTO
-
Rövşən Rzayev və Əli Həsənli şirkəti “ailə podratı“na çevirib - Balakhani Operating Company LTD-də nə baş verir?
-
Xaricdən kiloqramı 26 manata toxumluq arpa, 46 manata qağıdalı alırıq - QİYMƏTLƏR
-
“Terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şərait var“ - Ərdoğan
-
“Azərsun Holdinq“ şəhid atasının torpağını əlindən alıb - Açıqlama
-
Həm bədəni qızdırır, həm də müqaviməti artırır
-
Tramp Zukerberqlə görüşdü - KİV
-
Azərbaycanda göyərti bahalaşıb - SƏBƏB
-
Yeni epidemiya bu ölkəyə də çatdı - İlk ölüm qeydə alındı
-
Küçədə siqaret çəkənləri hansı cəza gözləyir? - 300 MANAT...
-
Sabirabadda avtomobil kanala AŞDI - Xəsarət alanlar var
-
Mərkəzi Bank un idxalçısını inzibati məsuliyyətə cəlb edib - Məhkəmə çəkişməsi
-
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb: “Birinci sürücünü vurdum”
-
Ukraynalı nazir müavini məşhur bakılı idmançı ilə birgə hakim qarşısında - TƏFƏRRÜAT
-
Sınaq imtahanları magistraturaya qəbul nəticələrinə necə təsir edəcək? - Açıqlama
-
“Babanın Kafesi“ndə dava: Kababçı müştərini döydü
-
Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı araşdırma başlayıb - RƏSMİ
-
Saxta pullarla alış-veriş etdi - Saxlanıldı
-
Rusiyanın hava limanları məhdudiyyət elan etdi - SƏBƏB
-
Cərrah Sənan Mehdiyevin qurbanları: Leyla, Nəzrin, Səbinə, Ülviyyə…
-
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir?
-
Bu maşınlar sığortalanmır - Sürücülər nə etməlidir?
-
Prezident Şahin Bağırovu təltif etdi - Sərəncam
-
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
-
6 dərəcə şaxta, yağış - Sabahın HAVASI
-
Bələdiyyə seçkiləri ilə əlaqədar 6 milyon 52 min 721 seçki bülleteni çap olunacaq - MSK
-
Lionel Messi yenidən Avropaya qayıda bilər - “Marca”
-
Səmyar Abdullayev oğlunu Harvardda oxudur:Gözdən əlillərin pulları hesabına...
-
“7 dairədə seçki keçirilməyəcək” - Məzahir Pənahov
-
Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi
-
Bakının bu ərazisində 5 hektarlıq park salınır - Tikinti olmayacaq
-
Hakan Fidandan Fransaya sərt mesajlar - “Belə ölkələri nəzərə almırıq...“ + VİDEO
-
Elon Muskın planı - “500 min “Optimus” robotu istehsal ediləcək”
-
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
-
Xətai rayonunda mərkəzi küçənin səkiləri zəbt olundu - VİDEO
-
Bəzi bölgələrdə 8 dərəcəyədək şaxta var - FAKTİKİ HAVA
-
ABŞ Prezidenti xalqa vida müraciəti edəcək - Yanvarın 15-də
-
“Onlar heç bir nəticə əldə edə bilməzlər və etməyəcəklər” - Ərdoğan
-
Putin haqqında film çəkilir - Rolu o canlandıracaq
-
Model Günay Musayeva çimərlik geyimində - Fotolar
-
Fransa nəhəngindən Kvaratsxeliya cəlbedici təklif - 4 dəfə çox maaş alacaq
-
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü TƏYİN EDİLDİ
-
Son günlər yayılan virusa görə məktəblərdə davamiyyət necədir? - VİDEO
-
Bəzi sığorta şirkətləri taksi avtomobillərini niyə sığortalamır? - VİDEO
-
Üzərində gerb olan qəpikləri niyə baha alırlar? - VİDEO
-
Mənzil bazarında hissəli satış prosesi canlanır - VİDEO
-
Azərbaycanda həkimlər maaş azlığından xaricə üz tuturlar - VİDEO
-
“Qrenlandiya məsələsi ABŞ-nin Rusiyanı Arktika üçün rəqib kimi görməsi ilə bağlıdır“ - “Politico“
-
Uşaqlar üçün soyuqdəymə və qızdırma dərmanları pulsuz veriləcək? - RƏSMİ CAVAB
-
Yasamalda 10 narkokuryer saxlanıldı - Əməliyyat (VİDEO)
-
“Kaspian Education Center“ cərimələnir - Qayda pozuntusuna görə
-
ABŞ Rusiyaya qarşı sanksiyanı genişləndirib - Siyahıda Vahid Ələkbərovun oğlunun da adı var
-
Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edib - Fotolar
-
“Suriyadakı terorrçular indi özlərinə yeni rəhbər axtarırlar“ - Ərdoğan
-
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət
-
DİM-dən Mahmudova bağlı olduğu deyilən şirkətə 17 minlik sifariş
-
Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı - RƏSMİ
-
Son günlərdə həbs olunan tiktokerlərin - Siyahısı
-
Prezident İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR
-
Buraxılış və magistraturaya imtahanlar... - Tarixlər bəlli oldu
-
Kamran Əliyev Salyanda vətəndaşları qəbul etdi - Fotolar
-
Film müəllifi və rejissorların qonorarları... - Yeni qaydalar təsdiqlənib
-
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - Palatadan açıqlama
-
Əməliyyat otağında ad günü edən həkimə bu cəza verildi - RƏSMİ + VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi - Prezident Fərman imzalayıb
-
“Oleq Bakinski“ zavod direktorunu butulka ilə vurub? - Məhkəmə prosesi
-
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR
-
Prezident fərman imzaladı - REİS yaradıldı
-
“Növbəti həftə bəlli olacaq” - Samir Şərifovdan ilk açıqlama
-
Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ
-
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edildi - Yanğına görə
-
Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər
-
Tramp-Putin görüşü çox yaxındır - Kremlin sözçüsü açıqladı
-
Bakıda bud əməliyyatına girən qadının burnunu kəsdilər - “TV-də reklam olunan “cərrahlar” məni şikəst ediblər“
-
Şagirdi döyən uşaq məktəbdən uzaqlaşdırıldı - Şabranda
-
Panama kanalını ABŞ-dən alan prezident aviqəzada ölüb - Təsadüf, yoxsa qəsd?
-
İki sahibkar axtarışa verildi - Milyonlar ölkəyə qaytarılmayıb
TOP 10
ARXİV