![]() |
|




592.jpg)



.jpg)





Məhkəmə sədri və generalların adından pul yığan gənc kim olub? – ŞOK FAKTLAR
Tarix 29.06.22, 17:38 |
|

Bakının Xətai rayonunda 1989-cu il təvəllüdlü Oqtay işə düzəltmək adı ilə tanışı Cabbara qarşı dələduzluq edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Oqtay tanışı Cabbarı Daxili İşlər Nazirliyi Biləsuvar rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinə inspektor vəzifəsinə işə qəbul etdirəcəyinə vəd verib. O, Cabbarın 13150 manat pulunu ələ keçirib.
İstintaq orqanı tərəfindən Oqatayın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Fuad Axundovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Oqtay elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, dayısı Bakı İnzibati İqtisad Məhkəməsinin sədri vəzifəsində işləyib və 2021-ci ilin iyun ayında vəfat edib.
Oqtayın sözlərinə görə, zərərçəkmiş Cabbarı uşaqlıqdan tanıyır: “Cabbar Ağdam rayonundan məcburi köçkündür. 2015-ci ildə polis orqanlarında işə düzəlmək üçün imtahan versə də, keçə bilməmişdi. O, mənə imtahandan kəsildiyini dedi. Hadisə olan ərəfələrdə atam Soltan xəstəlikdən əziyyət çəkirdi və onun müalicəsi üçün təcili pul lazım idi. Cabbarın imkanlı şəxs olduğunu bildiyim üçün fikirləşdim ki, onu polis orqanlarına işə düzəltmək adı ilə pul alaram, həmin pulu da atamın müalicə xərclərinə xərcləyərəm.
Cabbarla görüşlərin birində bildirdim ki, dostlarım vasitəsi ilə onu polisə işə düzəldə bilərəm. Dedim ki, işin həll edilməsi üçün 15.000 manat pul verməlidir. Cabbar isə 15.000 manatının olmadığını dedi. Ona dayımla danışaraq qiyməti aşağı sala biləcəyimi dedim. Lakin bu məsələlərdən dayımın xəbəri yox idi”.
Təqsirləndirilən şəxs deyib ki, bir gün sonra Cabbara zəng edib, dayısı Mehmanla danışdığını və onun polis orqanlarına işə düzəlməsi üçün 13.000 manat lazım olduğunu bildirib: “Cabbar da razılaşdı. Həmin pulu hissə-hissə verəcəyini qeyd etdi. 2018-ci ilin mayında Cabbarla Biləsuvar rayonu, H.Əliyev küçəsində yerləşən parkdakı kafedə görüşdük. Kafedə o, mənə 5000 manat verdi. Cabbarı daha da inandıraraq bildirdi ki, o, iyun ayında kursa göndəriləcək. 2018-ci ilin may ayının sonlarında Cabbarla əlaqə saxlayaraq sənədlərinin artıq Daxili İşlər Nazirliyinə göndərildiyini bildirdim”.
Oqtay qeyd edib ki, mayın 30-da yenidən H.Əliyev adına parkda olan kafedə görüşüblər və Cabbar həmin kafedə ona əlavə 2500 da manat verib: “Cabbardan aldığım pulları atamın müalicəsi və şəxsi ehtiyaclarım üçün xərclədim. İyunun 1-də Cabbarla yenidən qeyd olunan kafedə görüşdük. O, mənə əlavə olaraq 2500 da manat verdi. Söhbət zamanı Cabbar bildirdi ki, başqa pulu qalmayıb və özünə məxsus avtomobili sataraq qalan pulu ödəyəcək. Dedi ki, avtomobili Bakı şəhərində satacaq.
Bildirdim ki, avtomobili satdıqdan sonra Bakı şəhərində görüşərək qalan pulu götürərəm. Ondan sənədləri düzəltmək və həmin sənədləri Bakı şəhərinə göndərmək üçün 150 manat da istədim. Cabbar razılaşaraq getdi”.
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, bir neçə gün sonra Cabbar onun istifadəsində olan mobil nömrəsinə zəng edib və pulun hazır olduğunu bildirib: “Bakı şəhərində olmadığımı, mobil nömrəsini tanışıma verdiyimi, tanışımın onunla əlaqə saxlayacağını dedim. Qalan 3150 manatı da həmin şəxsə verməsini istədim. Cabbar razılaşdı. Bakı şəhərində yaşayan adını xatırlamadığım tanışımla əlaqə saxladım. Mobil nömrəni verərək bildirdim ki, Cabbarla görüşsün və 3150 manatı ondan alsın.
Tanışım xatırlamadığım vaxtda Əhmədli qəsəbəsi, 7 saylı şəhər poliklinikasının qarşısında Cabbarla görüşdü və 3150 manatı aldı. Bir neçə gün sonra Bakı şəhərinə gəldim, 3150 manatı götürdüm. Cabbarla əlaqə saxlayaraq Bakı şəhərində olmasını və bir neçə gündən sonra polis orqanlarına işə düzəlmək üçün kursa gedəcəyini bildirdim.
Bir daha bildirdim ki, maddi sıxıntılarım olduğu üçün Cabbardan aldığım pulu öz ehtiyaclarım və atamın müalicəsi üçün xərcləmişəm”.
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Cabbarın sözlərinə görə, Ağdam rayonundan məcburi köçkündür: “Oqtayı uşaqlıqdan tanıyıram, dost münasibətilərimiz olub. 2015-ci ildə polis orqanlarında işə düzəlmək üçün imtahan komissiyasına müraciət etdim və az bal topladığım üçün imtahandan kəsildim. Oqtay da mənim polis orqanlarının imtahanından kəsildiyimi bilirdi”.
Zərərçəkmiş şəxs qeyd edib ki, 2018-ci ilin aprelin sonlarında Oqtayla görüşüb: “Oqtay məni polis orqanlarında işə düzəldə biləcəyini dedi. Oqtaydan bunun necə olacağını soruşdum. Bildirdi ki, dayısının general dostları var onların vasitəsilə məni polis orqanlarında işə düzəldə bilər. Oqtayın dayısı Mehman Nuriyev Bakı İnzibati İqtisad Məhkəməsinin sədri vəzifəsində işləyib və vəfat edib. Razılaşdım, Oqtay bildirdi ki, 15.000 manat verməliyım. Mən isə 15.000 manat verməyə imkanımın olmadığını dedim. Bir gün sonra Oqtay mənə zəng etdi və bildirdi ki, dayısı Mehmanla danışıb, 13.000 manata məni Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis Şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinə inspektor vəzifəsinə düzəldəcək. Mən də razılaşdım”.
Zərərçəkmiş şəxs qeyd edib ki, Oqtaya 13.000 manatı hissə-hissə ödəyib. Təxminən iyul ayına qədər Bakı şəhərində kursa getmək üçün gözləsə də, onu kursa heç kim çağırmayıb: “Hər dəfə Oqtayla mobil telefon vasitəsilə əlaqə saxlasam da, o, məni müxtəlif bəhanələrlə aldatdı və gözləməyimi istədi.
Təxminən iyul ayının sonlarında Biləsuvar rayonuna qayıtdım, Oqtayla görüşdüm. Oqtaydan nə baş verdiyini soruşdum. Oqtay bildirdi ki, işə düzəltmək üçün aldığı pulu dayısının tanışına verib və dayısının tanışı onu aldadıb. Lakin pulunu özü hissə-hisə qaytaracaq. Bundan sonra Oqtaydan dəfələrlə tələb etsəm də, pulu qaytarmadı”.
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyan tam ödənildiyini, ona qarşı heç bir şikayəti olmadığını deyib.
Cabbar 2 il 2 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı Biləsuvar şəhərindəki evini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Xəbərin oxunma sayı : 925
loading...
Hadisə
Xəbərlər
-
Lətifənin Bali tətili - VİDEO
-
Rayonlarda un qıtlığı yarandı - Bəs buna səbəb nədir?
-
“Azərişıq” ilə MTK-nın borc davası: cəzasını sakinlər çəkir (VİDEO)
-
Mariya Ovsyannikova ev dustaqlığına göndərildi - VİDEO
-
Bakıda həbsxanada 5 məhkum niyə ölüb? - Rəsmi açıqlama
-
Əli Əsədovdan Şuşadakı abidələrlə bağlı QƏRAR
-
Yeddi aya 1 milyard dollar – “Şahdəniz“dən rekord mənfəət əldə olunub
-
Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı – FOTO
-
İnternet niyə bahalaşdı? - Nazir müşavirindən açıqlama + FOTO
-
“Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz” - Çavuşoğlu
-
“Zaporojye AES-də təhlükəsiz demilitarizasiya perimetri yaradılmalıdır” - BMT-nin Baş katibi
-
Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür - VİDEO
-
Sürücülərin nəzərinə! - Bu tarixdən...
-
“WhatsApp“a yeni özəllik gəlir: Artıq ekran görüntüsü...
-
Kreditlərlə bağlı əhaliyə vacib xəbər - Qaydalar dəyişdi
-
“Rusiyaya qarşı ilk növbədə iqtisadi, texnoloji və sərt sanksiyalar gərəkdir“ - Zelenski
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Xankəndidə ermənilərin qəzəbinə səbəb olan bildiriş: “Azərbaycana xoş gəlmisiniz!”
-
Dördüncü doza vaksin məcburi olacaq? - AÇIQLAMA
-
Məktəbəhazırlıq qrupları ilə bağlı YENİLİK
-
Zaqatalada itən hindistanlı turist niyə tapılmır? - Üç ay tamam oldu
-
İran prezidenti Paşinyanla danışdı: “Bizim üçün qəbuledilməzdir“
-
Temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
-
“Broker Əbülfəz”in xalası oğlu axtarışa verilib? – Həbslər davam edəcək
-
Azərbaycanda avtobusların 86 faizinin yaşı 10 ildən çoxdur - Rəqəmlər
-
Yoluxma artır: qapanma olacaqmı?
-
Gədəbəyin yeni icra başçısı Orxan Mürsəlov kimdir? - FOTO
-
“Laçın dəhlizi məsələsi üçtərəfli razılaşma əsasında həllini tapmalıdır“ - Rusiya XİN
-
“12-ci imam”a görə çənə sındıran saxta qazini kim himayə edir?
-
“Krımda baş verənlər xəbərdarlıq kimi qəbul edilməlidir“ - Prezident Ofisi
-
Masazır dairəsində qızı zorla “Porsche”yə mindirmək istədi - Polis araşdırır
-
Sabiq bələdiyyə sədrinin bacısı qaziyə qarşı dələduzluq edib - Təfərrüat
-
Azərbaycanda ən çox və ən az satılan avtomobillər - SİYAHI
-
Gədəbəyə yeni icra başçısı təyin edilib - Sərəncam
-
“Lökbatan vulkanının püskürməsi 4 dəqiqə davam edib“ - Qurban Yetirmişli
-
İranın gizli planı ifşa edildi - SEPAH-a qarşı yeni ittiham
-
Türkan imkanlı şəxslərdən kömək istəyir - “Tək arzum təhsilimə davam etməkdir“ + VİDEO
-
“Ukraynadakı müharibə Rusiyanın hərbi sənayesini sarsıdıb“ - Britaniya kəşfiyyatı
-
Hansı ölkələrə səfər etmək təhlükəlidir? - SİYAHI
-
Riyad Əliyevin əmlaklarını kim ələ keçirib? - Araşrma başadı
-
Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
-
“Dnepropetrovska hücumu cavabsız qoymayacağıq” - Zelenskidən Rusiyaya xəbərdarlıq
-
Məktəb direktoru vəzifəsinə qəbul üzrə müsabiqə başlayır - Bu gündən
-
Azərbaycanlı model çılpaq fotosunu paylaşdı - FOTO
-
Zəfər Rəisoğlunun “beynəlxalq standart”ları və ya Şeyx Nəsrullahın “Misli” cadusu…
-
Günün transfer xəbərləri: Morata “Mançester Yunayted“ yolunda
-
Dünyanın ən hündür bayraq dirəyi Azərbaycana gətirildi - FOTO
-
Azərbaycanda ən çox bahalaşan məhsulların adları - Açıqlandı
-
“İcra hakimiyyəti tikintini qanunsuz hesab edir, amma tədbir görmür” - Video
-
Laçın şəhəri və Zabux kəndində qalan ermənilərin köçürülməsinə başlanılıb
-
Rusiya enerji sektorunda ABŞ şirkətini Türkiyə nəhəngi əvəzləyir - Dünyada analoqu yoxdur
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda internet tarifləri dəyişdi, qiymət bahalaşdı - Rəsmi
-
Deputat paylaşdığı şəkildən danışdı - “Fotoşop deyil...”
-
“Rusiyalıların əksəriyyəti Ukraynadakı müharibəni dəstəkləyir“ - Kuleba
-
Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib - FOTO
-
Azərbaycanda koronavirusan ölüm sayı xeyli artdı - Yoluxma sayı açıqlandı
-
Bank kartlarından pul oğurlayan daha bir dəstənin üzvləri saxlanılıb - VİDEO
-
“1xBet“ insanlara necə kələk gəlir? - Mərcin qaranlıq tərəfləri
-
Xankəndi ətrafındakı strateji yüksəkliklər nəzarətə götürülüb - “Caliber”
-
“Ukraynaya lazım olan qədər hərbi avadanlıq verəcəyik“ - Pentaqon başçısı
-
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyəyə səfəri başa çatıb
-
“Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov
-
Səfər Mehdiyevi saxlayan polislərin işdən çıxarılıb? - DİN-dən açıqlama
-
Azərbaycanda insanlar ən çox bu sahələrdə işləyirlər - SİYAHI
-
Rusiya Suriyadan gəmilərlə silah daşıyır - KİV
-
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu - FOTOLAR
-
Sabirabadda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır - FOTO
-
Dustaq-məmurların üzərinə həbs qoyulan mülklərinin sonrakı taleyi necə olur? – Şok təfərrüat…
-
Bakıda 35 dərəcə isti olacaq - Sabahın havası
-
“Ukrayna 10 aya qələbə qazanacaq“ - Mixeil Saakaşvili
-
Azərbaycan və Əlcəzair XİN başçılarının geniştərkibli görüşü keçirilib - VİDEO
-
“Qanunun sərt üzü üzə çıxmalıdır“ - Əflatun Amaşov
-
Payızda karantin qayıda bilər, əgər... - Çində peyda olan yeni virus təlaşı
-
“Bu il 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb“ - Baş Prokurorluğun idarə rəisi
-
İcra başçısı Abdin Fərzəliyev “moyka“ biznesinə girişib - FOTO+SƏNƏD
-
“Rusiya könüllü taborlardan ibarət 3-cü korpus yaradır“ - Britaniya kəşfiyyatı
-
Prezidentin əmisi oğlunun əmlaklarını kimlər ələ keçirib? – Məhkəmə
-
Hərbi qeydiyyata alınan vətəndaşlar icbari narkoloji müayinəyə göndəriləcək - QƏRAR
-
Bakıda saxta pul hazırlayan dəstə üzvləri saxlanılıb - VİDEO
-
“Bu gün medianın inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilib” - Kamran Əliyev
-
“Son sutkada Rusiyanın 9 təyyarəsi məhv edilib“ - Ukrayna Baş Qərargahı
-
Əli Əsədovdan qərar: Nazirliyin kollegiya tərkibi dəyişdirildi
-
Dünya bazarında neft qiymətləri necə dəyişib?
-
Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı yeni detallar
-
Xaricdə təhsil alacaq şəxslərin ilk siyahısı təsdiqləndi
-
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşüb - FOTO
-
Ukrayna Türkiyədən 50 zirehli transportyor alıb - VİDEO
-
Abdin Fərzəliyev tək qazanır, müavin vəzifələri niyə boşdur? – FOTOFAKT
-
Bayden senatorla salamlaşdığını unudub yenidən ona əl uzatdı – VİDEO
-
“Hesab bizi aldada bilər, asan qələbə olmadı“ - Qurban Qurbanov
-
Avropada anormal istilər: meşə yanğınları, temperatur ...
-
Bərdə xəstəxanasından şikayət: “O boyda rayon 1 rentgen aparatının ümidinə qalıb”
-
"Qarabağ" ÇL-in pley-offunda - Rəqibi də bəllidir
-
“Süpürgəçiliklə oğul böyütmüşəm...” - Əlillik ala bilməyən qazinin anası kömək istədi
-
Yevlaxdakı yanğına görə bir nəfər saxlanıldı - Rəsmi
-
İranda təqaüdçülər etiraza qalxdı: “Ölüm olsun Rəisiyə” - VİDEO
-
Ərdoğan Azərbaycan Prezidenti və digər ölkə liderləri ilə bir araya gəldi - FOTOLAR
-
Azərbaycanda bahalaşma – Bu məhsulların qiyməti artdı
-
Bağçada işləmək istəyənlərin diqqətinə - 5 min nəfər... VİDEO
-
Yoluxma sayında kəskin artım oldu - 1 nəfər ölüb + FOTO
-
“Putinin Ukraynaya hücumu münasibətlərimizə zərbə vurdu“ - Sloveniya Prezidenti
-
Məşhurların instaqram - FOTOLAR
-
Günün transfer xəbərləri: Sançes rəsmən getdi, Arnautoviç MY-də?
-
Tərtərdə kənd ilanların hücumuna məruz qalıb - FOTO
-
Krımda partlayışlar: Ölən və yaralananlar var + VİDEO
-
Xəstəliklərin şiddəti artır: Əsas səbəb üzə çıxdı
-
“Azərbaycan ordusu Xankəndi ətrafındakı strateji yüksəkliklər halqasını bağladı” - VİDEO
-
Mehriban Əliyeva Konyada Mövlanə Muzeyini ziyarət etdi - VİDEO
-
İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib - FOTOLAR
-
Un məhsullarının bahalaşması digər məhsulların da qiymətini qaldıracaq? - AÇIQLAMA
-
“Bizimlə bir yerdə olanlar qazanar“ - Türkiyə Prezidenti
-
“Ermənistan istəsə də, istəmsə də Naxçıvanla əlaqələr qurulacaq“ - Ceyhun Bayramov
-
Prezident və xanımı azərbaycanlı idmançılarla görüşdü - VİDEO
-
“Azərbaycan səfirliyinə hücuma dair təhqiqata dəstək vermək üçün polislə işləyirik“ - Britaniya XİN
-
“İtkilərimizin sayı 2,5-3 dəfə azalıb“ - Ukrayna Prezident Ofisi
-
“Zabuxda işğaldan sonra qanunsuz məskunlaşma aparılıb” - Hikmət Hacıyev
-
“Bütün rusiyalılar üçün sərhədləri bağlayın” - Zelenskidən Qərbə çağırış
-
Ülvi Quliyevin dövlətə şərik milyonları…- FOTO
-
Bakı-Quba yolu yenə asfaltlanır - 12 il əvvəl 641 milyon xərclənmişdi
TOP 10
ARXİV