Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 12 Mart 2023

    Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO

  • / Maqazin / — 04 Mart 2023

    Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO

  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub - DETALLAR

Tarix 01.02.23, 18:25

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş prokuroru Səbuhi Şahverdiyev ali məktəbi bitirdiyi il Muxtar Respublika prokurorunun müavini vəzifəsinə təyinat alıb. 

Qaynarinfo xəbər verir ki, Səbuhi Şahverdiyevlə bağlı açıq mənbələrdə yer alan məlumatlarda onun 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakultəsini bitirdiyi qeyd edilib. O, elə həmin ilin sentyabr ayında Naxçıvan MR prokurorunun müavini vəzifəsinə təyinat alıb. Həmin vaxt onun 29 yaşı olub.

"Prokurorluq haqqında” Qanuna görə bu tip vəzifələrə prokurorluq orqanlarında ən azı 5 il stajı olan şəxs təyin edilə bilər. Səbuhi Şahverdiyev isə prokuror müavini vəzifəsinə təyin edilənə qədər Muxtar Respublikanın daxili işlər orqanlarında çalışıb. 

Keçmiş prokurorluq işçiləri ilə söhbətimizdə də aydın olub ki, Səbuhi Şahverdiyevin prokuror müavini vəzifəsinə təyinatında qanunsuzluq olub. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda yalnız birinci və ikinci təsnifat vəzifələrə keçirilməyə məhdudiyyət qoyulmur. Bu qanunun 11.2-ci maddəsi ilə təsbit olunub. Qanunun 10.0.3-cü maddəsində isə Naxçıvan MR prokurorunun müavini üçüncü təsnifat vəzifə kimi qeyd edilib. Bu vəzifəyə təyinat üçün isə mütləq staj olmalıdır”, deyə adının çəkilməsini istəməyən keçmiş prokurorluq işçisi bildirib. 

Məlumat üçün deyək ki, Səbuhi Şahverdiyev 7 il müavin işlədikdən sonra - 2018-ci ilin mayında Naxçıvan MR prokuroru təyin olunub. 
Səbuhi Şahverdiyevin irəli çəkilməsi onun Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun komandasının üzvü olması ilə izah edilir. Yeri gəlmişkən, Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov Səbuhi Şahverdiyevin müavini olub. O, ötən ilin dekabrında tutduğu vəzifədən azad edilib. 



Xəbərin oxunma sayı : 508

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap