Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Nazim Bəydəmirli ilə bağlı Prezidentə müraciət edildi – “Səhhətində ciddi problemlər var...”

Tarix 19.07.24, 19:03

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın bir qrup tanınmış iqtisadçısı həbsdəki keçmiş millət vəkili, iş adamı Nazim Bəydəmirli haqqında həbs qtimkan təbdirinin dəyişdirilməsi, barəsində irəli sürülmüş ittihamların ədalətli, şəffaf şəkildə araşdırılmasına yardım etmək xahişi ilə Prezident İlham Əliyevə müraciət ediblər.

“Turan” agnetliyi tərəfindən yayılan müraciətdə qeyd olunur ki, N.Bəydəmirli həm millət vəkili olduğu dövrdə, həm də sonrakı illərdə ictimai xadim, iş adamı kimi dövlətimizin, cəmiyyətimizin maraqları ilə bağlı olduqca faydalı işlər görüb.

“O, ictimai çıxışlarında ölkəmizin uğurlarını qeyd etməklə yanaşı, mövcud iqtisadi problemlərin həlli yollarını da həmişə göstərməyə çalışmış, təkliflər vermişdi. Bu da Sizin ölkəmizdə ictimai nəzarətin vacibliyi ilə bağlı çıxışlarınızda qoyulan tələblərə tamamilə uyğundur. Nazim müəllim həmçinin biznes fəaliyyətində nümunəvi iş adamlarımızdan biridir. Öz fəaliyyətində qanunçuluğu, şəffaflığı ali dəyər hesab edərək təşviq edib, sahibkarların hüquqi maarifləndirilməsinə çalışıb, vergi intizamına dəvət edib”, - müəlliflər qeyd ediblər.

İqtisadçılar Nazim Bəydəmirlinin hazırda hazırda 61 yaşında olduğunu, ömrünün 1 ildən artığını həbsxanada keçirdiyini və səhhətində ciddi problemlər olduğunu, onun barəsində seçilmiş həbs-qətimkan tədbirlərinin bir neçə dəfə uzadıldığını, iki aydan çoxdur məhkəməsinin davam etdiyi xatırladırlar: “Sizdən xahiş edirik ki, Milli Məclisin keçmiş üzvü, ziyalı, iqtisadçı-alim kimi onun fəaliyyətini, səhhətinin hazırki durumunu nəzərə alaraq, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi, ona qarşı irəli sürülmüş ittihamların ədalətli, şəffaf şəkildə araşdırılmasına yardım edəsiniz”.

Müraciəti Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, İqtisad elmləri doktoru, İqtisad Universitetinin professor Rasim Həsənov, İqtisad elmləri doktoru, Xəzər Universitetinin professor İnqilab Əhmədov, İqtisadiyyat üzrə fəlsəfə doktoru, İqtisad Universitetinin dosenti Azər Mehtiyev, iqtisadçı ekspertlər Elçin Rəşid, Samir Əliyev, Zöhrab İsmayıl imzalayıblar.



Xəbərin oxunma sayı : 673




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap