“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Neft Fondundan 317 minlik qəribə tender: Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…

Tarix 04.08.25, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Neft Fondu yeni tenderin nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, söhbət Fondun təmizlik xidmətlərinin satın almasından gedir.

Müsabiqənin nəticəsinə əsasən qalib “TƏMİZLİYİN İNCİSİ” MMC olub. Bbu məqsədlə ADNF şirkətə 317 min 658 manat pul ödəyəcək.

Açıq mənbələrdə qeyd edilir ki, Fond şirkətdən ödədiyi pulun müqabilində 200 ədəd yuyucu vasitə, 1000 ədəd süngər, 1000 ədəd təmizlik bezi, 6 ay müddətinə binanın fasadının təmizlənməsi, avtomobil salonu üçün 20 ədəd polirol (plastik, rezin və vinil səthlər üçün, xoş zərif qoxuya malik, hipoalerjenik, ləkə və tozun yenidən səthə çökməsinin qarşısını alan), 500 ədəd kağız dəsmal, 200 litr dezinfeksiya məhlulu, 2 ay müddətində alkopan və daş səthlərin təmizlənməsi, 10 ədəd avtomobillərin kontaktsız yuyulması üçün 200 litr həcmində vasitə, avtomobil şinləri üçün 55 litr həcmində qaraldıcı, 6 ay müddətində dezinseksiya və deratizasiya xidmətlərinin göstərilməsi, 12 ay müddətin təmizlik xidmətlərinin göstərilməsi və 200 ədəd və ya 100 lit qab yumaq üçün vasitə alacaq.

Bildirək ki, “Təmizliyin İncisi” MMC şirkətinin nizamnamə kapitalı 10 AZN təşkil edir və qanuni təmsilçisi Əvəz Qurbanov İsmayıl oğludur.

Bu şirkət təkcə, 2025-ci ildə 9 tenderin qalibi olub. Bu tenderlərdən biri Neft Fondunun keçirdiyi olub ki, barəsində yuxarıda qeyd etmişik. Yerdə qalan 8 tenderin hamısı ASAN Xidmətə aiddir. Xidmətin binalarının təmizlənməsini əhatə edən həmin tederlərin müqabilində şirkətə 6 milyon 424 min 556 manat ödənilib.

Maraqlıdır ki, “Təmizliyin İncisi” MMC 2024-cü ildə hər hansı tenderə qatılmayıb.

Hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 613




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap