Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Çempionlar Liqası: “Neftçi“ “Olimpiakos“a minimal hesabla uduzdu

Tarix 22.07.21, 9:04

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 7 görüşü keçirilib. 

AzFakt.com-unməlumatına görə, bununla da raundun ilk oyunlarına yekun vurulub.

Günün ilk oyunu Qazaxıstanda "Kayrat" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında baş tutub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Gecənin maraqlı görüşlərindən biri Niderlandda gerçəkləşib. PSV-nin qonağı olan Türkiyə "Qalatasaray"ı 1:5 hesabı ilə uduzub.

Bu saatda həmçinin "Olimpiakos" (Yunanıstan) - "Neftçi" və "Legiya" (Polşa) - "Flora" (Estoniya) qarşılaşmaları oynanılıb. Bakı klubu çətin Yunanıstan səfərində rəqibi ilə bacarmayıb - 0:1. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Varşava təmsilçisi isə ev oyununda 2:1 hesablı qələbəyə sevinib. Görüşə start heyətində başlayan 24 yaşlı forvard 56-cı dəqiqədə Jozue ilə əvəzlənib.

"Olimpiakos" - "Neftçi" cütü üçün iki qarşılaşma mühüm əhəmiyyət kəsb edirdi. Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək. Sözügedən qarşılaşmaların hər ikisi qolsuz bərabərliklə yekunlaşıb.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

"Kayrat" (Qazaxıstan) - "Srvena Zvezda" (Serbiya) - 2:1

Qollar: Xose Kante Martines, 24, Frenk Banyak, 79 - Dino Mikanoviç, 57 (avtoqol)

"Malmö" (İsveç) - HİK (Helsinki, Finlandiya) - 2:1

Qollar: Antonio Çolak, 45+1, Anders Kristiansen, 74 - Riku Riski, 68

Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) - 0:0

“Slovan” (Slovakiya) - “Yanq Boyz” (İsveçrə) - 0:0

 PSV (Niderland) - "Qalatasaray" (Türkiyə) - 5:1

Qollar: Eran Zahavi, 2; 35; 84, Mario Götze, 51; 88 - Emre Kılınç, 42

 “Olimpiakos” (Yunanıstan) - “Neftçi” (Azərbaycan) - 1:0

Qol: Məhəmməd Kamara, 29

Qırmızı vərəqə: Məhəmməd Kamara, 43 ("Olimpiakos")

“Legiya” (Polşa) - “Flora” (Estoniya) - 2:1

Qollar: Bartoş Kapustka, 3, Rafael Lopes, 90+1 - Rauno Sappinyen, 53

Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu iyulun 20-də keçirilib.




Xəbərin oxunma sayı : 397




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap