“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda orta aylıq maaş 1173 manata çatıb - Bəs vətəndaş niyə bahalıqdan şikayətlənir?

Tarix 17.11.26, 19:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1173 manata yaxınlaşıb. İlk baxışdan bu göstərici əməkhaqlarında artımın davam etdiyini göstərsə də, əhalinin gündəlik xərcləri ilə bağlı mənzərə fərqlidir. Vətəndaşlar ərzaqdan tutmuş kommunal xidmətlərə, geyimdən dərmanlara qədər bir çox sahədə qiymət artımından şikayətlənirlər. Nəticədə maaş artımı ilə insanların real alıcılıq qabiliyyəti arasında fərqin olub-olmaması məsələsi yenidən gündəmə gəlir.

Bəs orta aylıq əməkhaqqının 1173 manata çatması əhalinin maddi vəziyyətinin yaxşılaşması deməkdirmi? Niyə rəsmi statistikada maaş artımı qeydə alınsa da, vətəndaşlar bahalıqdan narazıdırlar?

Musavat.com xəbər verir ki, rəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edir. Lakin iqtisadçılar hesab edirlər ki, bu rəqəm ölkədə çalışanların böyük əksəriyyətinin faktiki gəlirlərini tam əks etdirmir.

Natiq.jpg (96 KB)


İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, orta aylıq əməkhaqqı bütün əhalinin gəlir səviyyəsini göstərən meyar deyil. Onun sözlərinə görə, bu göstərici ölkədə müxtəlif sahələrdə çalışanların əməkhaqlarının ümumiləşdirilməsi əsasında hesablanır.

“Orta aylıq əməkhaqqı əhalinin hamısına aid deyil. Bu göstərici ölkədə fəaliyyət göstərən müxtəlif istiqamətlər üzrə maaş alanların əməkhaqlarının toplanaraq bölünməsi nəticəsində yaranır. Ən maraqlı göstərici isə median əməkhaqqıdır. Azərbaycanda median maaş çox aşağıdır”, – deyə iqtisadçı bildirib.

Natiq Cəfərlinin sözlərinə görə, median əməkhaqqı ölkədə rəsmi çalışanların yarısının hansı məbləğə qədər maaş aldığını müəyyənləşdirməyə imkan verir: “Median maaş nə deməkdir? Ölkədə əməkhaqqı alanların yarısı hansı səviyyəyə qədər maaş alır. Bizdə rəsmi çalışanların yarısı 700 manata qədər maaş alır. Bax, bu daha vacib göstəricidir. Amma bu göstəriciləri rəsmi qurumlar sevmirlər”.

İqtisadçı Xalid Kərimli də orta aylıq əməkhaqqının 1173 manat olmasını yüksək göstərici hesab etmir. O bildirib ki, həm maaşların səviyyəsi, həm də qiymət artımları əhalinin narazılığına səbəb olan əsas amillərdəndir.

Xalid-Kərimli.jpg (198 KB)

“Orta aylıq əməkhaqqı 1173 manatdırsa, bu, elə də böyük məbləğ deyil. Üstəlik, Azərbaycan Gürcüstan və Ermənistanla müqayisədə də orta aylıq əməkhaqqı baxımından aşağı göstəriciyə malikdir. Qiymətlər isə sürətlə artır. Həm ərzaq inflyasiyası, həm də qeyri-ərzaq inflyasiyası var. Təbii ki, əhali də bundan şikayətlənir”, – deyə Xalid Kərimli qeyd edib.

Ekspertin fikrincə, orta aylıq əməkhaqqının əhalinin ümumi maddi vəziyyətini əks etdirmədiyini nəzərə almaq lazımdır. Belə ki, bu göstərici yalnız işləyən şəxslərin əməkhaqlarını əhatə edir.

“Ölkədə 10-10,5 milyona yaxın əhali var. Orta aylıq əməkhaqqı isə təxminən 1,8 milyon işləyən insanın maaşını ifadə edir. Ola bilər ki, həmin şəxslərin müəyyən hissəsi yaxşı qazansın, amma əhalinin digər qismi bundan faydalanmasın. Orta aylıq əməkhaqqı işləyən şəxslərin əməkhaqqıdır, bütün əhalinin gəliri deyil”, – deyə iqtisadçı bildirib.

Ekspert əlavə edib ki, əhalinin real alıcılıq qabiliyyətinin yüksəlməsini qiymətləndirərkən yalnız əməkhaqqına deyil, ümumi nominal gəlirlərin artımına və inflyasiyanın səviyyəsinə də diqqət yetirilməlidir.

“Əhalinin nominal gəlirlərinin artmasının inflyasiyanı üstələməsi real alıcılıq qabiliyyətinin artması deməkdir. Əməkhaqqı da nominal gəlirlərin bir hissəsidir. Amma insanların depozit, kirayə, dividend və faiz gəlirləri, eləcə də xaricdən aldıqları vəsaitlər də ümumi gəlirlərə daxildir”, – deyə Xalid Kərimli bildirib.



Xəbərin oxunma sayı : 376




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap