| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Ciddi inflyasiya dövrünə qədəm qoyuruq” - “Qiymət artımından qaçmaq qeyri-mümkündür“
Tarix 03.11.21, 22:00 |
|
Tahir Mirkişili: "İndiyədək dövlət büdcəsinə yığılan rüsumların bir hissəsi yığan orqanlarda qalırdı. İndi o, ləğv olunduğuna görə o hissə də büdcəyə köçürüləcək"
“Dövlət rüsumu haqqında†qanun layihəsinin parlament müzakirəsinə çıxarılması kifayət qədər səs-küy doğurub. Məsələ ilə bağlı mediada, həmçinin sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələr aparılmaqdadır. İctimai marağı nəzərə alaraq bu mövzuda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin musavat.com-a müsahibəsini təqdim edirik:
- Tahir bəy, 200-dən çox rüsumun dəyişdirilməsi müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb. Kifayət qədər rezonansa səbəb, ajiotaj yaradan dəyişikliklərə gedilməsi hansı zərurətdən irəli gəldi?
- Bu qanun layihəsi yalnız rüsumların dəyişdirilməsi ilə bağlı deyil. Kifayət qədər böyük bir qanun layihəsidir və dörd istiqaməti özündə əks etdirir. Birinci istiqamət üzrə bildiyiniz kimi, dövlət rüsumunun bir hissəsi, bəzi orqanlarda 18 faiz, bəzilərində 43 faiz, bəzilərində 50 faiz rüsum toplayan orqanların hesabına köçürülürdü. Bu məbləğ isə əsasən həmin orqanlarda çalışan əməkdaşların əmək haqqının artırılmasına və sosial dəstək proqramına sərf olunurdu. Bu qanun layihəsinə görə, artıq bu sistem ləğv olunur, yığılan bütün rüsumlar tam həcmdə dövlət büdcəsinə köçürüləcək. Bu məsələ barədə Milli Məclisin plenar iclaslarında deputat həmkarlarım dəfələrlə oxşar təkliflə çıxış ediblər ki, bu sistem ləğv olunsun, yəni ayrı-ayrı orqanların yığdığı dövlət rüsumu tam büdcəyə köçürülsün. Çünki əks halda, bu orqanlarda çalışan əməkdaşların əmək haqqı ilə rüsum yığmayan orqanlarda çalışan əməkdaşların əmək haqqı arasında ciddi bir disbalans yaranmışdı.
İkinci mühüm dəyişiklik, bildiyiniz kimi, bəzi rüsumlar tutaq ki, minik avtomobillərinin, mobil telefon cihazlarının dövlət qeydiyyatına alınması ilə bağlı dövlət rüsumları Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunurdu. Amma indiki halda isə - rüsumlar dəyişilmədən, olduğu kimi qalaraq - artıq qanunda öz əksini tapacaq, bu da özlüyündə rüsum sisteminin mərkəzləşdirilməsi və ona nəzarət edilməsi baxımından da ciddi məsələdir.
Üçüncü dəyişiklik: bir çox istiqamətlər üzrə yeni dövlət xidmətləri var ki, indiyədək onlar üçün dövlət rüsumu müəyyən olunmayıb. Məsələn, su obyektlərinin icazəsi ilə bağlı, yaxud heyvandarlıq məhsullarında bəzi qida təhlükəsizlik sertifikatları, şəhadətnamələri, icazələrin verilməsi ilə əlaqədar və s. Ona görə də bu qanun həm də eyni zamanda bu istiqamətlər üzrə yeni rüsumların müəyyən olunmasını özündə ehtiva edir.
Nəhayət, dördüncü dəyişiklik: bir sıra rüsumlar üzrə rüsum dərəcələrinin dəyişdirilməsi, inflyasiya nəzərə alınaraq, onların indeksasiya edilərək artırılması. Bununla bağlı maliyyə nazirinin müavini də komitədə kifayət qədər geniş açıqlama verdi. Bir çox rüsumlar var ki, onlar 15-20 il bundan əvvəl müəyyən olunub və keçən illər ərzində həm o xidmətin göstərilməsinin dəyəri qalxıb, həm də bir çox hallarda istifadə olunan materiallar dəyişib. Məsələn, indiyə qədər xarici pasportlar üçün tələb olunan rüsumlar təqribən 15 il əvvəl müəyyən olunub. O zaman verilən pasportlar materialına və eyni zamanda verilmə formasına görə indiki pasportlardan daha ucuz idi. Keçən dövr ərzində smart ciplərlə, yeni texnologiyalarla təchiz olunmuş pasportların verilməsinə keçilib, amma rüsum əvvəlki kimi saxlanmışdı. Və yaxud dövlət orqanlarında işləyən əməkdaşların keçən 15 il ərzində əmək haqları xeyli artıb, yəni xidmətin dəyəri də dolayısı yolla artıb. Bunları nəzərə alsaq rüsum dərəcələrinin dəyişdirilməsi qanunda öz əksini tapmışdır.
- Sizin komitə sədri olaraq, əsaslandırmanız birmənalı qarşılanmadı, hətta deputat həmkarlarınızın da etirazları, fərqli yanaşmaları oldu. Xüsusilə də gündəlik tələbat malları, ərzaq məhsulları, dərman preparatları ilə bağlı rüsumların artımının ölkə bazarında qiymətlərə təsiri qaçılmaz olacaq və bu da qiymət artımını tətikləyəcək. Rüsumların artması əhalinin aztəminatlı hissəsinin yükünü, qayğısını artıracaq, bunu nəzərə almısınızmı və narahatlığı bölüşürsünüzmü?
- İstənilən halda rüsumların və yaxud vergi dərəcəsinin artımı dünyanın heç bir ölkəsində birmənalı qarşılanmır. Təbii ki, indiki şəraitdə biz buna getməyi qərara alırıqsa, demək, bu addımın son nəticədə müsbət nəticələrə səbəb olacağına da inanırıq. Digər bir tərəfdən, əhalinin gəlirlərinin artırılması ilə bağlı məsələlərə də daha geniş toxunmalıyıq. Çünki paralel olaraq dövlət başçısının göstərişi ilə əhalinin gəlirlərinin artırılması istiqamətində də ciddi işlər aparılır. Qeyd edim ki, Milli Məclisə belə bir paket də daxil olub. Təkcə gələn ilin dövlət büdcəsində əmək haqlarının 20-40 faiz artırılması ilə bağlı təxminən 1 milyard manatdan çox vəsait nəzərdə tutulub ki, bu, kifayət qədər böyük bir məbləğdir. Yəni məsələnin iki tərəfi var. Digər tərəfdən, bu, komitə iclasında birinci oxunuş idi, biz bu qanun layihəsini ikinci, üçüncü oxunuşda yenidən müzakirə edəcəyik, plenar iclaslarda müzakirəyə çıxaracağıq. Çünki birinci oxunuş zamanı layihə adətən konseptual müzakirə olunur, ikinci oxunuşda daha detallı müzakirə edirik. Bəzi rüsumlarla bağlı deputat həmkarlarımın təklifləri var. Biz bu istiqamətdə işləyəcəyik.
- Ən çox ajiotaja səbəb olan minik avtomobilləri və mobil telefon cihazlarının dövlət qeydiyyatı rüsumlarının artırılacağı ilə bağlı məlumat oldu. Amma məlum oldu ki, bununla bağlı rüsum artımı nəzərdə tutulmur. Elə isə bu xəbər haradan yayıldı?
- Mən iclasda da qeyd etdim, qanun layihəsi haqqında müfəssəl və etibarlı mənbə Milli Məclisin və onun komitələri tərəfindən yayılan rəsmi məlumatlardır. Nə komitələrin, nə də Milli Məclisin bununla bağlı rəsmi məlumatı olmadığı halda, belə bir doğru olmayan məlumatın yayılması cəmiyyətdə müəyyən ajiotaj yaratdı. Halbuki nə qanun layihəsində, nə də bizim müzakirə etdiyimiz məsələlərin içərisində bu iki istiqamət üzrə rüsumların dəyişdirilməsi və artırılmasıdan heç bir söhbət getmir. Burada yalnız yeganə fərq ondan ibarətdir ki, bu iki rüsum əvvəllər Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunurdu, indiki halda isə “Dövlət rüsumu haqqında†Qanunla müəyyən olunacaq. Qanuna bu maddələr salınıb, amma heç bir halda dəyişməyib. Ona görə fürsətdən istifadə edib tələsik, bir çox hallarda isə yoxlanılmadan, etibarlı olmayan mənbəyə istinadən məlumatların yayılması bizim işimizə zərbə vurur.
- Məsələyə operativ reaksiya olsaydı, bəlkə də ajiotaj bu qədər uzun davam etməzdir. Sanki bəzi dairələr xəbərin tirajlanmasına maraqlı oldular. Bəlkə avtomobil və telefon bazarını kurasiya edənlərin marağından irəli gəlirdi, ola bilərmi?
- Şəxsən mən operativ qaydada bir neçə media orqanına müsahibə verdim, belə bir qanun layihəsinin olmaması haqqında sosial şəbəkələrdə şərh də yazmışdım. Amma biz cavab verənə qədər artıq dezinformasiya sürətlə yayılmışdı. Məntiqlə qanun layihəsinin komitələrdən ilk oxunuşa çıxmadan mətbuatda yayılması doğru deyil. Çünki bu qanun layihəsi dəyişdirilə də bilər, əlavələr ola bilər, yaxud məsələn bəzi rüsumlara yenidən baxıla bilər. Ona görə də qəbul olunmayan qanun layihəsinin mətbuatda yayılması hər kəs üçün doğru olmayan qənaətə gəlməyə imkan yarada bilər.
- Şübhəsiz ki, bu, mətbuatın yaradıcılığının nümunəsi deyildi, hansısa mənbə ötürmüşdü, elə deyilmi?
- Biz araşdırmağa çalışırıq. Amma mən bir şeyi deyə bilərəm ki, belə informasiya yayan mətbuat orqanının bu informasiyanı yayması ilə bağlı heç bir etibarlı mənbəyi yoxdur, ola da bilməz. Çünki belə bir qanun layihəsi heç mövcud da deyil. Ona görə də bunu nəzərə alaraq deyə bilərik ki, həmin mənbə qanunsuzdur, əgər elə mənbə varsa. Çünki qanunverici layihənin təşəbbüskarı Prezident Administrasiyası, müzakirə olunan məkan Milli Məclis, eyni zamanda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsidir. Bizim heç bir orqanlardan belə bir informasiya çıxa bilməz, çünki belə bir informasiya yoxdur zatən.
- Dövlət büdcəsinə 100 milyon əlavə vəsaitin daxil olacağı açıqlanıb...
- Maliyyə Nazirliyi ilkin qiymətləndirmədə dövlət büdcəsinə bu layihədən sonra əlavə 100 milyon manata qədər vəsaitin daxil olacağı ilə bağlı açıqlama verib. Qeyd edim ki, bu rəqəm tək rüsumların artırılmasından əldə olunan vəsait deyil. Çünki qanun layihəsi həm də indiyədək bir çox dövlət orqanlarında qalan 18, 43, 50 faizin də dövlət büdcəsinə köçürülməsi deməkdir. Yəni indiyədək dövlət büdcəsinə yığılan rüsumların bir hissəsi yığan orqanlarda qalırdı. İndi o, ləğv olunduğuna görə o hissə də büdcəyə köçürüləcək. Təbii ki, gələn hissə, eyni zamanda artan rüsumlarla birgə büdcəyə ümumi iqtisadi təsiri təxminən 100 milyon manat miqdarında qiymətləndirilir.
- Tahir bəy, dövlət bir sıra hallarda vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir neçə milyardlıq sosial paket təqdim edir. Prezidentin bununla bağlı fərman və sərəncamları az olmayıb. İndiki halda büdcəyə cəmi 100 milyon qazandırmaq üçün çoxsaylı insanları narahat etmək, özü də Zəfər qazanan ölkənin vətəndaşını dəyərdimi?
- Qanun layihəsinin əsas məqsədi - dövlət rüsumları sisteminin təkmilləşdirilməsi, mərkəzləşdirilməsi, daha yaxşı xidmət göstərmək üçün rüsumların səviyyəsinin inflyasiyaya indeksasiya olmasıdır. Amma digər tərəfdən, bizim əsas çalışdığımız və çalışmalı olduğumuz istiqamətlər bərpa-quruculuq-təhlükəsizlik işləri həyata keçirməklə əhalinin gəlirlərinin artırılması üçün daha çox imkan yaratmaqdır. Bu istiqamətdə dövlət başçısının tapşırığı ilə əhəmiyyətli işlər görülür, sosial paket tətbiq olunur. Baxmayaraq ki, bizim qarşımızda həm də ciddi şəkildə işğaldan azad olunmuş ərazilərdə bərpa işləri, təhlükəsizlik məsələlərinin həlli də dayanır. Digər tərəfdən, bu gün dünyanın bütün ölkələrində ciddi bahalaşma, inflyasiya gedir, ciddi inflyasiya dövrünə qədəm qoyuruq. Belə bir şəraitdə istənilən halda qiymətlərin artımından qaçmaq getdikcə çətinləşir. Məsələn, son bir il ərzində dünya ərzaq bazarında qiymət 32 faizə qədər artıb. Belə bir şəraitdə, sadəcə, demək ki, rüsum və yaxud vergi dərəcəsini aşağı salmaqla qiymət artımından qaçmaq mümkün olacaq, bu, qeyri-mümkündür. Ona görə də biz daha çox iş yerlərinin açılmasına, əhalinin daha çox gəlir əldə etməsinə, sahibkarlığın daha güclü dəstəklənməsinə fikir verəcəyik. Bu, Azərbaycanda dövlətin əsas iqtisadi siyasətidir. Əks halda, sadəcə, rüsum və vergiləri aşağı həddə saxlamaqla əhalinin gəlirlərinin artmasına nail olmaq çox çətindir.
- Əhalinin sosial vəziyyətinə təsiri barədə hesablama aparılıbmı?
- Ümumi bir rəqəm var ki, artımdan sonra Azərbaycanda adambaşına düşən orta rüsum xərci 35 manat olacaq. Bu, bizim vətəndaşlarımızın orta illik gəlirinin 0,5 faizi həcmindədir. Qonşu ölkələrin əksəriyyətində, məsələn, Türkiyədə əhali illik gəlirlərinin 8-9%-ni dövlət rüsumlarına xərcləyir.
- Azərbaycan və Türkiyə əhalisinin orta illik gəliri barədə müqayisə nə deyir?
- Təxminən iki dəfəyə yaxındır, Türkiyədə yüksəkdir. Amma Türkiyə əhalisinin rüsum xərcləri bizim rüsum xərclərimizdən təxminin 20 dəfə çoxdur. Məsələn, bizdə pasportun alınması üçün dövlət rüsumu 60 manat olacaq, Türkiyədə isə təxminən 400 dollardır. Ona görə mən bunları mütləq müqayisəyə demirəm, çünki insanlarımız maaş müqayisəsini əsas gətirirlər. Ona görə də daha çox gəlirə nisbətlə müəyyən edirik ki, insanlar aldığı pulun nə qədər hissəsini hansı istiqamətə xərcləyirlər. Təbii ki, bu, o demək deyil ki, hər şey artmalıdır, həmçinin rüsumlar. Biz belə məntiqlə çıxış etmirik. Amma sadəcə, bəzi hallarda müqayisə apardıqda reallığı görmək mümkündür. Bir şeyə əmin olmaq lazımdır ki, Azərbaycanda dövlət siyasəti sosial dövlət konsepsiyasına əsaslanır. Onsuz yığılan bütün rüsumlar büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların maaşlarının, pensiyaların artırılmasına sərf olunur.
Xəbərin oxunma sayı : 526
Müsahibə
Xəbərlər
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
-
DİN Zəfər Günü ilə bağlı videoçarx yaydı - Video
-
Prezident onlara ali hərbi rütbələr verdi - Adlar
-
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
-
Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu
-
Prezident Ağdam rayonunda açılışlarda iştirak etdi - FOTOLAR
-
Azərbaycanda maşın almaq asanlaşacaq - AÇIQLAMA
-
Mehdiyev Həbibbəyliyə də vəzifə verəcəkdi? - AMEA açıqlama yaydı
-
İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO
-
ABŞ-dan İrana qarşı şok addım -Nüvə proqramı üçün 20 milyon dollar
-
Prezident yeni binaların təməlqoyma mərasimlərində - FOTOLAR
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində – Fotolar
-
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar
-
Seçki məğlubiyyəti Ağ Evi silkələdi: Tramp kadr dəyişikliklərinə hazırlaşır
-
XİN TRIPP-lə bağlı birgə bəyanatı açıqladı – Üç ölkə razılığa gəldi
-
Görmə məsafəsi məhdudlaşacaq – Sürücülərin nəzərinə!
-
Prezident Şuşa Peşə Təhsili Mərkəzinin açılışında - Fotolar
-
Tbilisi prospektində qaçan inək sürücülərə çətin anlar yaşatdı - Video
-
ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib - Tramp
-
Prezident postunu itirdi - Ev dustaqlığına alındı
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO
-
Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu
-
Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
TOP 10
ARXİV






