“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü

Tarix 12.11.26, 12:53

Font ölçüsü : - / +
bitmap-img6


2027-ci ildə Azərbaycanda mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər əlaqəli sahələrin maliyyələşdirilməsinə dövlət büdcəsindən 643 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

AzFakt.com xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, eləcə də Mədəniyyət komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, nəzərdə tutulan məbləğ 2025-ci ilin büdcə icrası ilə müqayisədə 116 milyon manat və ya 22 faiz çoxdur.

Ayrılması planlaşdırılan vəsaitin 239 milyon manatı, yaxud 37 faizi mədəniyyət və incəsənət sahəsinə yönəldiləcək. Bu vəsait kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların və musiqi kollektivlərinin saxlanılması xərclərini əhatə edəcək.

Televiziya, radio və nəşriyyat xərcləri üçün 68,4 milyon manat, bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsi üçün 49 milyon manat nəzərdə tutulub. Yaradıcı ittifaqların, cəmiyyətlərin və dini tədbirlərlə bağlı digər xərclərin qarşılanmasına isə 22,8 milyon manat ayrılması proqnozlaşdırılır.

Büdcənin ən böyük istiqamətlərindən biri olan digər müəssisə və tədbirlərin maliyyələşdirilməsinə 264 milyon manat vəsait yönəldiləcək. Bura mərkəzləşdirilmiş mədəniyyət tədbirləri, mühasibatlıq, mədəniyyət obyektlərinin təmiri və maddi-texniki təminatın gücləndirilməsi kimi xərclər daxildir.

Mədəniyyət və kino sahəsinə milyonlarla manat

Nazir müavini bildirib ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin saxlanılması üçün 13,7 milyon manat ayrılması planlaşdırılır. Bu, 2026-cı ilin göstəricisindən 20 faiz çoxdur.

Ölkədəki Heydər Əliyev mərkəzlərinin, tarix-diyarşünaslıq muzeylərinin və digər oxşar müəssisələrin saxlanılmasına 49,7 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş tədbirlərinə 26,8 milyon manat vəsait proqnozlaşdırılıb.

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə 3,4 milyon manat, Kino Agentliyi və Dövlət Film Fondunun saxlanılmasına isə 3,1 milyon manat ayrılması nəzərdə tutulur.

Bundan başqa, Azərbaycan kinosunun davamlı inkişafı üçün 9 milyon manat, milli mədəniyyətin televiziya vasitəsilə beynəlxalq auditoriyaya çatdırılması, teatr və kino sahəsində tədbirlərin təşkili üçün 13,3 milyon manat vəsait planlaşdırılıb.

İdmana 35,8 milyon, gənclərə 12,9 milyon manat

2027-ci ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat ayrılması gözlənilir. Bunun 15,2 milyon manatı beynəlxalq və ölkədaxili idman tədbirlərinin keçirilməsinə, 11,9 milyon manatı 76 idman obyektinin saxlanılmasına sərf ediləcək.

İdmançı və məşqçilərin motivasiyasının artırılması, beynəlxalq arenada əldə olunan nəticələrin stimullaşdırılması üçün 3,9 milyon manat, digər idman tədbirlərinə isə 4,8 milyon manat ayrılacaq.

Gənclər siyasəti üzrə xərclərin 12,9 milyon manat olacağı proqnozlaşdırılır. Bu məbləğin 5,3 milyon manatı 35 “Gənclər evi” sosial xidmət müəssisəsinin saxlanılmasına, 7,6 milyon manatı isə gənclərin inkişafı ilə bağlı digər tədbirlərə yönəldiləcək.

Eyni zamanda, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, milli tarixi və mədəni irsin təbliği, xarici ölkələrin diasporları ilə əlaqələrin inkişafı və lobbi quruculuğu tədbirləri üçün 7,1 milyon manat vəsait nəzərdə tutulub.



Xəbərin oxunma sayı : 202




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap