![]() |
|














Gəncədə “kriminal vəziyyət” uğrunda SİLAHLI İNSİDENT
Tarix 09.05.22, 22:55 |
|

Bu hadisə ilə bağlı heç bir rəsmi məlumat, açıqlama olmayıb. Bu səbəbdən Gəncə şəhərinin kriminal vəziyyətinə nəzarətlə bağlı baş verən bu cinayətin bütün detalları ictimaiyyətə qaranlıqdır.
AzFakt.com xəbər verir ki, Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.
İttiham aktında qeyd olunur ki, 9 yanvar 2018-ci ildə “Gəncəli Püsük”, Fariz Məmmədov və bir neçə istintaqa məlum olmayan şəxslərlə kriminal aləmdə özünü tanıdan “Gəncəli Firdovsi” kimi tanınan avtoritetin adamları ilə Göygöl rayonu Qızılca kəndi ətrafında görüşüblər.
Söhbət zamanı qarşı tərəfə öz güclərini göstərmək məqsədilə Vüsal Süleymanov və Fariz Səmədov tərəfindən silahdan havaya atəşlər açılıb. Mübahisə zamanı Vüsal Süleymanov “Gəncəli Firdovsi”nin tərəfdarı olan Ruslan Əsgərovu bıçaqlayıb.
Hadisə zamanı tərəflər hadisə yerindən uzaqlaşıb.
Hadisədən bir il keçəndən sonra “Gəncəli Püsük” polis əməkdaşları tərəfindən Bakı şəhər Xəzər rayonunun Mərdəkan qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.
Şahidlərin istintaqa verdiyi ifadələrindən məlum olur ki, mübahisəyə səbəb Gəncə şəhərinin “kriminal vəziyyəti”nə kimin baxılması ilə bağlı olub. Şahidlərin ifadəsində qeyd edilir ki. 2018-ci ildə “Lotu Quli” ləqəbli Nadir Səlifov Gəncə şəhəri üzrə “Püsük”ü təyin edib. Lakin “Lotu Quli”ni qanuni oğru kimi tanımayan “Gəncəli Firdovsi” bu “praqon”a etiraz edib. “Gəncəli Firdovsi” kriminal aləmdə çox tanımış və nüfuzlu avtoritet kimi qəbul edilir. Bu səbəbdən tərəflər arasında qarşıdurma olub.
Faktla bağlı Vüsal Süleymanov və Fariz Səmədov Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.
Məhkəmədə danışan “Gəncəli Püsük” özünü ittiham üzrə təqsirli bilməyib. O deyib ki, hadisə baş verən zaman orada olmayıb, ümumiyyətlə, orada iştirak etməyib:
“Hadisə barədə ümumi olaraq yaşadığım şəhərdə gəzən söhbətlərdən eşitmişəm. Ruslanı əvvəllər tanımışam, onunla münasibətim çox yaxşı olub. Aramızda əvvəllər dava-dalaş, mübahisə olmayıb. Qızılcada davanın nə üstündə olduğunu bilmirəm. Hadisə günü anamı xalamgildən evə gətirmişəm və bütün günü evdə olmuşam”.
Vüsal Süleymanov məhkəmənin diqqətinə çatdırıb ki, onun hər hansı kriminal qruplaşma ilə əlaqəsi olmayıb:
“Hadisə günü xəsarət alan Ruslanı mən vurmamışam. Onun vurulması ilə bağlı hər hansı əlaqəm yoxdur. İttihamlar saxtadır. Bəraət verilməsini xahiş edirəm”.
Digər təqsirləndirilən Fariz Səmədov da özünü ittiham üzrə təqsirli bilməyib. O, qeyd edib ki, Gəncədə “Ququ” ləqəbli Qurbanın məclislərin birində onu faizə pul verən şəxs kimi adlandırdığını eşidib:
“Bu söhbət mənə çatandan sonra “Ququ”ya zəng elədim, görüşmək istədiyimi bildirdim. Görüş barəsində razılaşsaq da, o görüş yerinə gəlmədi. Yenidən “Ququ”ya zəng elədim. Telefonda da ona bildirdim ki, faiz məsələsi söhbətinə görə görüşmək istəyirəm, mənim barəmdə “faizə pul verən şəxs” sözünü deyib-demədiyini aydınlaşdırmalıyıq. Lakin Qurban görüş yerinə gəlmədi. Sonra tanış uşaqlarla görüşmək üçün çayxanaya getdim. Bir müddət sonra “Qələbə” parkında yerləşən çayxanadakı uşaqların harasa durub getdiyini gördüm. Maraqlananda bildim ki, hamısı Göygöl rayonunun Qızılca kəndinə gedirlər. Avtomobilimə minərək həmin kənd istiqamətində getdim. Yol boyu irəlidə çox sayda avtomobillərin və insanların olduğunu gördüm. Bir müddət sonra oradakıların ora-bura qaçdığını müşahidə etdim. Avtomobildən düşüb nə baş verdiyi barədə maraqlandım. Dedilər ki, hadisə vaxtı silahdan istifadə olunub və havaya atəş açılıb. Avtomobilimə minib Gəncə şəhərinə qayıtdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan uşaqların onun və “Ququ” ləqəbli Qurbanın söhbətinə getdiklərini öyrənib:
“Qurban ora gəlmədiyinə görə söhbətin məcrası həbsxanada olan şəxslərin Gəncə şəhərində nüfuz dairəsinin müəyyən edilməsi istiqamətində dəyişib. Həmin vaxt isə orada bir nəfər şəxsin bıçaqlandığını eşitdim. Artıq hadisə ilə bağlı polisə çağırılmalar başlanmışdı. Bu səbəbdən Gəncədən Bakıya gəldim. Bir müddət sonra barəmdə axtarış verildiyini öyrəndim. Gəncəyə gələndə Türklər qəsəbəsində polis əməkdaşları məni tutub idarəyə gətirdilər”.
Fariz Səmədov deyib ki, hadisə zamanı Ruslan Əsgərovun kimin tərəfindən bıçaqlandığını bilmir:
“Mən hadisəni görməmişəm. Ümumiyyətlə, Ruslanı tanımıram, heç vaxt görməmişəm”.
Məhkəmədə zərərçəkmiş şəxs qismində danışan Ruslan Əsgərov deyib ki, 9 yanvar 2018-ci il tarixdə təxminən saat 19 radələrində Gəncə şəhərində “Posyolka” adlanan ərazidə yerləşən tez-tez getdiyi parka gəlib:
“Orada tanımadığım şəxslərin “Posyolka” uşaqları ilə dava-dalaş etmək istədiyini gördüm. Sonradan dava etməyə toplaşmış şəxslər dağıldılar. Həmin vaxt onların davanı davam etməyə Göygöl rayonunun Qızılca kəndinə getdiyini eşitdim. Tanımadığım bir taksiyə minərək ora getdim. Qızılca kəndinə çatdıqda orada təxminən 10-12 maşının və xeyli sayda şəxsin yığıldığını gördüm. Həmin şəxslərə yaxınlaşaraq onlara Gəncənin balaca şəhər olduğunu, hamının səhəri gün üz-üzə çıxacaqlarını bildirdim. Bu zaman da orada olan şəxslər mübahisə etdilər, əlbəyaxa olmağa başladılar. Mən onlara iradlarımı bildirdim. Həmin anda tanımadığım şəxslərdən biri bıçaqla qarın nahiyəmə vurdu və yerə yıxıldım. Xatırlamadığım uşaqlardan biri öz maşınında məni xəstəxanaya gətirdi. Məni bıçaq vuran adamı tanımıram”.
Ruslan Əsgərov bildirib ki, Qızılca qəsəbəsində Vüsalı görməyib, Farizi tanımır, orada olub- olmamasını isə xatırlamır. Hadisə yerinə getməyinin səbəbi mübahisə edən tərəfləri aralamaq olub. Onu vuran Vüsal olsaydı, onu tanıyardı. Söhbətə “Gəncəli Firdovsi”nin tərəfindən gəlməyib.
Sonra Ruslan Əsgərov məhkəmənin diqqətinə çatdırıb ki, hər iki təqsirləndirilən şəxslə barışıb, onlara qarşı hər hansı tələbi də yoxdur.
Lakin hakim Fariz Səmədovun da ifadəsini və Vüsal Süleymanovun verdiyi ifadəsində hadisə yerində olmamasını, zərərçəkmiş şəxsə xəsarət yetirməməsini məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətəuyğun hesab etməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Süleymanovun və Fariz Səmədova verilən ittihamlar dəyişdirilib.
Belə ki, onlara qarşı irəli sürülən Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.
Məhkəmənin hökmü ilə “Gəncəli Püsük” 8 il, Fariz Səmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə istintaq dövründə barəsində polis nəzarəti qətimkan tədbiri seçilən Fariz Səmədov məhkəmə zalında həbs edilib.
Xəbərin oxunma sayı : 505
Kriminal
Xəbərlər
-
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
-
Arayikgilin məhkəməsi davam etdirilir - Mühüm sənədlər elan olundu
-
“Bizə daha bir neçə “Kelloq“ lazımdır“ - Ukrayna prezidenti
-
Mehdiabadda yaşayış binasında yanğın, sakinlər təxliyə olundu - Video
-
“Araz-Naxçıvan“dan qələbə, “Qarabağ“dan heç-heçə - Premyer Liqa
-
BMT-də Fələstinlə bağlı səsvermə - Azərbaycan lehinə səs verdi
-
İlk köç karvanı Hadrut qəsəbəsinə çatdı, açarlar təqdim edildi - FOTOLAR
-
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - Tuncay Bağırov kimdir?
-
Xanım bələdiyyə sədri cərimələndi - 2 min manat
-
“Rusiyaya qarşı səbrim tükənir“ - Donald Tramp
-
Dövlət qurumlarına geyim satan şirkətdə qanunsuzluq: 20 min cərimə...
-
“Mağara“ restoranında oğurluq - Müştəri həbs edildi
-
“Putinin məqsədi bütün Ukraynanı işğal etməkdir“ - Zelenski
-
Boşandığı üçün ailəsini öldürmək istəyirmiş - Dayısı arvadı xilas ola bilməyib...
-
Nepalda iğtişaşlarda 51 nəfər həlak oldu - həbsxanadan 13 500 məhkum qaçdı
-
“Artıq şagirdlər dərs vaxtı telefondan istifadə edə bilməyəcək” - Eşqi Bağırov
-
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
-
“Onlar Putinin köməyi ilə “yerdə” axan qanı dayandırdılar“ - Rusiya XİN
-
Hidayət Abdullayevə müşavir təyin edildi - FOTO
-
“Azərbaycan Dəmir Yolları”nda vəzifəli əxslər arasında qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və...
-
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İddia
-
“Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb“ - Peskov
-
Azərbaycanda hansı mənbələrdən nə qədər elektrik enerjisi istehsal edilir? - Siyahı
-
Dollar neçəyə olacaq? - 3 günlük məzənnə açıqlandı
-
“Sözün bitdiyi an“da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla... (FOTO)
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Bakıda 35 min manatlıq dələduzluq - 3 nəfər saxlanıldı
-
Məcnun Məmmədov Qusarda vətəndaşları qəbul etdi - Fotolar
-
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır - Bu bizə nə vəd edir?
-
Birinci Qarabağ müharibəsinin dörd itkin-şəhidi dəfn olunub - Fotolar
-
Cavadxan küçəsində tikinti yekunlaşdı: Həmişə yaşıl ağac belə məhv edildi -VİDEO
-
Azərbaycan 85 ölkədən qida məhsullarının idxalına məhdudiyyət qoydu - RƏSMİ
-
“Rusiyanın Polşanın hava məkanına qəsdən müdaxiləsinə dair sübutlar var“ - Nazir
-
Metroda differensial qiymət artımı ola bilər - RƏSMİ
-
Bu şəxslər nlar pensiya ala bilməyəcək - RƏSMİ
-
Aİ və Tramp Putinə təzyiq məsələsində razılaşıb - KİV
-
“İsrail Çarli Kirkin qətlində iştirak etməyib“ - Netanyahu
-
Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
-
Azərbaycan elektrik enerjisini neçəyə satıb, neçəyə alır? - Ölkələrin siyahısı
-
201 saylı məktəb kollektivinə qarşı “səlib yürüşü“ - FOTO/VİDEO
-
“Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir“ - Komitə sədri
-
ANAMA-nın vəzifəli şəxsləri Laçında həbs olundu - İctimai asayişi pozduqlarına görə
-
Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı - Sahil Babayevin tapşırığı...
-
“Dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti aşağı olub“ - Nazir müşaviri
-
Azərbaycan Rusiydan təbii qaz idxalını dayandırıb - Ölkələrin siyahısı
-
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
-
“Qızı maşına sürüyə-sürüyə apardılar” - VİDEO
-
“Ermənistan Rusiya üçün kiçik qardaş deyil, tərəfdaşdır“ - Prezident Xaçaturyan
-
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü açıqladı
-
“Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib“ - Tramp
-
Nazirliklə AzTV arasında sövdələşmə - 28 min manat nəyə xərclənəcək?
-
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
-
DTX-nin həbs etdiyi Anass Derraz: “Mənə 2 milyon 250 min dollar çatmalı idi“
-
NATO Polşada dron hücumuna hərbi cavab hazırlayır - “Bloomberg“
-
Culfa rayonunda ağır yol qəzası - 4 polis əməkdaşı öldü
-
Böyük Qayıdış davam etdirilir - Hadrut və Badaraya ilk köç yola çıxdı
-
“Rubio məni əmin etdi ki, Tramp təslim olmayacaq“ - Siyarto
-
“Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm“ - Əhmədin şok etirafı
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Bu sənədlər məhkəmədə elan olunub
-
Dünyanın ən yaxşı şirkətləri: “Apple“ siyahıda niyə yoxdur?
-
Farhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
-
Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıq -4 nəfər həbs olunub
-
“Nə qədər çox pulunuz varsa, bir o qədər probleminiz olur“ - Mbappe
-
Əmək müqaviləsinin elektron imzalanması: Risk, yoxsa üstünlük?
-
Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB
-
Təhsil Şöbəsinin sabiq müdirinə “stop“ qoyuldu - Səbəb nədir?
-
Endirimli bilet tələsi: Vətəndaşlar dələduzların hədəfində
-
“Azərsun Holdinq” bu ekoloji böhranda harada idi? - İttiham var
-
Bu şirkətin 600 min borcu var - Rəhbərinə “stop“ qoyuldu
-
Əlyazmalar İnstitutunda narazılıq: Teymur Kərimli Nigar Babaxanlının direktor təyin edilməsini istəyir?
-
“Yalvarıram, Rusiyaya və Belarusa getməyin“ - XİN rəhbəri
-
Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
-
Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı QƏRAR
-
“Məsələ avropalılar və Zelenskinin üzərindədir“ - Lukaşenko
-
“Eurohome“da yoxlama: Azay Möhnətovdan yuxarı orqanlara niyə şikayət edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Avtomobil sahibləri ən çox bu sığorta şirkətlərindən narazılıq edir - Siyahı
-
“Rusiya-Belarus hərbi təlimləri Ukrayna və Avropaya qarşı yönəlib“ - Zelenski
-
Dələduzluğa məruz qalan vətəndaşdan Vilayət Eyvazova - MÜRACİƏT
-
“Azərbaycanda qeyri-qanuni diplom almaq fərasət sayılır“ - Emin Əmrullayev
-
Həftəsonuna qədər küləkli hava davam edəcək - XƏBƏRDARLIQ
-
Futbolçularımız heç-heçəyə görə mükafat aldı - Rəsmi açıqlama
-
“Bizim mağazalarımızda Azərbaycan malları olacaq“ - Simonyan
-
Hansı məktəblər onlayn tədrisə keçəcək? - Nazir açıqladı
-
Təyyarədə sərnişinlərin yüklərindən oğurluq edən əcnəbilər saxlanıldı - Video
-
Gəncədə asfalt çəkən texnika maşının üzərinə aşdı - FOTO
-
“Expressbank”, “Yelo Bank”, “Unibank”… - Ən çox şikayət edilən banklar
-
İcra başçısı 2 milyon manata 130 hektar bağ alıb - İDDİA
-
“Atlas Medical“da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə...
-
MİQ-də təkrar iştirak ödənişli olur - 45-60 manat
-
Prezident yol təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
-
Yağış, leysan, dolu yağacaq - Sabahın havası
-
Bir sıra QHT-lərin saxta orden və medallar verməsi ilə bağlı - Bəyanat
-
“Azad olunmuş ərazilərdə selləmə suvarma qadağan ediləcək“ - NAZİR
-
“Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur” - DEPUTAT
-
“Habertürk” və “Show TV”yə həbs qoyuldu - Türkiyədə əməliyyat
-
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
-
Altıağacın piknik ərazisini icarəyə verdilər - Giriş üçün əlavə pul yığılır
-
22 yaşlı qızın qaçırılmasına görə - Bacısı və oğlanın anası da saxlanıldı
-
Daha 4 itkin-şəhid sabah dəfn olunacaq - FOTOLAR
-
Xanımı vəfat etdi, ehsan əvəzinə yola asfalt çəkdirdi - VİDEO
-
Ağcabədidə ana doğuş zamanı öldü - Körpə xilas edildi
-
“Formula 1”ə görə 15 sentyabrdan yollar bağlanır - Siyahı
-
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
-
“Azəriqaz”ın rəhbərinin səhhətində problemlər yaranıb - Vəziyyəti ağırdır
-
Trampla Netanyahu arasındakı telefon danışığı gərgin keçib - KİV
-
Şuşakənd, Qırmızıbazar və Sosa ilk köç karvanı yola düşdü - FOTO
-
“Beynəlxalq sistem qlobal məsələləri və regional münaqişələri həll edə bilmir“ - Hakan Fidan
-
Hikmət Hacıyev Konqresdə sülh gündəliyindən danışdı - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
“Qaz sayğacı bizdən xəbərsiz dəyişdirilib“ - Vətəndaş narazıdır (VİDEO)
-
“Predu” bağçasında tərbiyəçi uşağa qarşı kobudluq edir - VİDEO
-
Ən varlı amerikalılar onlardır - Siyahı açıqlandı
-
Motosiklet sürücüləri avtobus zolaqlarından istifadə etmək istəyirlər - VİDEO
-
“Rusiya PUA-larının Polşa sərhədini pozması təsadüfi deyil“ - XİN
-
QHT-lər medalları kimlərə və nə məqsədlə paylayır? - Video
-
Pensiya yaşına 2 il qalmış vətəndaşın işdən çıxarılması qadağan edilə bilər - VİDEO
-
İsrail Yəməndə mülki obyektlərə raket atıb - 9 nəfər ölüb, 118 nəfər yaralanıb
-
“Qızı yoldaşımdan içkili olanda istəyiblər” - Nişanlanan yeniyetmənin anası
-
Avtomobilində yüksək səslə musiqiyə qulaq asdı - Həbs olundu
TOP 10
ARXİV