Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Günün transfer xəbərləri: Mbappe Makronun təzyiqindən qorxur

Tarix 13.05.22, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“Marca” nəşri: "Real Madrid"ə keçməyi planlaşdıran Mbappe PSJ-də böyük təzyiq altındadır. Fransa prezidenti Emmanuel Makron hücumçunun Paris klubunda qalması üçün ona və ailəsinə zəng edib. Mbappeyə Qətərdən və Fransa Futbol Federasiyasından da zənglər gəlir. Kilian ailəsi, xüsusilə, PSJ akademiyasında olan kiçik qardaşı Etana görə qorxur. Bununla belə, o, "Real Madrid"ə qoşulmaq niyyətindən əl çəkməyib".

BBC: "Vest Hem" Andrey Yarmolenko ilə müqaviləni yeniləməyəcək. 32 yaşlı futbolçu klubun ən çox maaş alan oyunçularından biridir və baş məşqçi Devid Moyes mövsümün sonunda onunla yollarını ayırmaq qərarına gəlib".

Moskva MOİK-inin türkiyəli yarımmüdafiəçisi Yusuf Yazıcının agenti Adam Çebeci: “Yazıcının MOİK-ə transferi demək olar ki, başa çatıb. Onların arasında xüsusi sevgi var. Yazıcı gələn il başqa komandaya keçmək istəsə, ruslar onun satışında pul qazanacaq. Moskva klubunun idarəçiləri bizimlə çox gözəl ünsiyyət qurur. MOİK ailəsi xüsusi hörmətə layiqdir. Biz mütləq buna qarşılıq verəcəyik".

"Borussiya Dortmund"un baş məşqçisi Marko Rouz: “Aksel Vitsel əla oyunçudur. O, bizim üçün çox vacib matçlarda oynayıb. Bununla belə, müqaviləni yeniləməmək qərarına gəlmişik”.

"Spartak"ın müdafiəçisi Maksimiliano Kofri: "Barselona" oynamaq? Ha-ha. Nə "Barselona"? “Spartak”da oynamaq istəyirəm!".

"The Telegraph" nəşri: "Sauthempton" "Fiorentina"nın polşalı qapıçısı Bartlomey Dronqovskini transfer etməyi planlaşdırır. “Müqəddəslər” yay transfer pəncərəsində 24 yaşlı qapıçı üçün 10 milyon funt-sterlinq ödəməyə hazırdır". 

"Marca" nəşri: "Marselo daha bir mövsüm "Real Madrid"də qalmaq istəyir. Braziliyalı futbolçunun Madrid klubu ilə indiki müqaviləsinin müddəti 30 iyun 2022-ci ilə qədərdir. "Real Madrid" 34 yaşlı futbolçu ilə müqaviləni uzatmaq istəyi barədə məlumat verməyib".(fanat.az)



Xəbərin oxunma sayı : 517




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap