“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda bal niyə bahalaşıb? - AÇIQLAMA

Tarix 22.09.22, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda balın qiymətinin artması dünyada baş verən bahalıqla bağlıdır. 

Bunu Trend-ə “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, ümumiyyətlə son 10 ildə balın qiyməti dəyişməmişdi.

“Balın qiyməti çox bahalaşmayıb. Əgər ötən il balın 1 kiloqramını orta hesabla 25 manata almaq mümkün idisə, bu il qiymət 30 manatdır. Qiymət artımının əsas səbəbi bal istehsalı üçün lazım olan ləvazimatların bahalaşması ilə əlaqədardır. Belə ki, arıçılıqda istifadə olunan alətlər, arılara verilən dərmanların hamısı ölkəmizə Türkiyə və Rusiyadan gətirilir. Dünyada baş verən qiymət artımı fonunda arıçılıqda istifadə olunan məhsulların qiymətləri xarici ölkələrdə də artıb”,- B.Həsrətov bildirib.

O bildirib ki, bahalaşmanın digər səbəblərindən biri də Ukrayna müharibəsidir:

“Müharibədən əvvəl ölkəmizə kifayət qədər arıçılıq avadanlıqları gəlirdi. İndi bu proses dayanıb. Daşınma xərclərini də nəzərə alanda qiymət artımı qaçılmaz olur”, - deyə B.Həsrətov bildirib.



Xəbərin oxunma sayı : 694




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap