Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə
Axtar
 
  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

  • / Maqazin / — 11 Yanvar 2023

    İstədiyim məbləği versələr lüt soyunaram - Afaq

  • / Maqazin / — 06 Yanvar 2023

    “Mənimlə rəqabət aparanın ağlı yoxdur” - Roza

“Qarabağ münaqişəsi tarixdir və bu kontekstdə müzakirə olunacaq heç nə yoxdur” - İlham Əliyev

Tarix 31.10.22, 19:14

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşdə deyib.

Onun sözlərinə görə, bugünkü görüş regional məsələlərə həsr olunub: “Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm”.

"Qarabağ münaqişəsi artıq tarixdir" - deyə, Prezident İlham Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi 2 il əvvəl həll edilib və bu kontekstdə praktiki olaraq müzakirə olunacaq nəsə yoxdur.

Prezident İlham Əliyev 2 il əvvəl Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Vladimir Putinə bir daha təşəkkür edib.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edir.

Dövlət başçısı Azərbaycanın sülh müqaviləsi ilə bağlı Ermənistana 5 maddəlik təklif təqdim etdiyini xatırladıb: "Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”.

Preziden Əliyev bildirib ki, bugünkü iclas regional məsələlərə həsr olunub.

“İndi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmağın və hərəkət etməyin vaxtı çatıb. Təbii ki, biz bu məsələdə sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir az sonra keçiriləcək bugünkü üçtərəfli görüş birinci olmayacaq. Sizin təşəbbüsünüzlə belə görüşlər keçirilib və bu, normallaşma prosesinə çox yaxşı təkan verib”, - deyə Əliyev Putinə bildirib.



Xəbərin oxunma sayı : 1111

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap