| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Evə basqın edib məmurun ailəsini öldürdülər: Polis rəisinin oğlunun dəhşətli cinayəti - FOTO
Tarix 25.02.23, 9:53 |
|
2004-cü il aprelin 26-ı gecə saat 3-də vətəndaş Əli Cəlilov Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gələrək, anası və bacısı qızından gün ərzində xəbərləri olmadığını, yaşadıqları Cəfər Cabbarlı küçəsi ev 38, mənzil 3-də işıqların yanmadığını bildirib.
Həmin ünvana yollanıb, pilləkənlə mənzilin pəncərəsinə çıxan əməliyatçı şüşənin sındırıldığını deyib. İçəri daxil olanda, qonaq və mətbəx otaqlarında qana bulaşmış 2 meyit aşkar ediblər. Polis əməkdaşları qapını sındırıb içəri daxil olublar və hadisə barədə prokurorluğa məlumat veriblər.
Qonaq otağında 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın meyiti, divanın üzərində Quran kitabçası, qadın çantası, içərisində mobil telefon aşkar edilib. Mətbəx otağında 1989-cu il təvəllüdlü Aygün Əzizovanın meyiti, onun ayağının altında, həçinin mətbəxdəki masanın və xalçanın üzərində tiyəsi sınmış vəziyyətdə bıçaqlar tapılıb.
Hadisənin baş verdiyi bina
Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəhilə Cəlilovanın meyitində 42, Aygün Əzizovanın meyitində 49 ədəd bıçaq yarası aşkar edilib.
Qətlə yetirilən 15 yaşlı Aygün Əzizovanın atası Asif Əzizovun Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləməsi məlum olub.
Ağır cinayətin açılması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, təəsüf ki təqsirləndirilən şəxsləri müəyyən edib, məsuliyyətə cəlb etmək mümkün olmayıb. Beləliklə də hadisədən 18 il keçib...
Rəhilə Cəlilovanın meyiti
2022-ci il mayın 11-də Baş Prokurorluq məlumat yayıb ki, 2004-cü ildə paytaxtın Yasamal rayonunda Rəhilə Cəlilova və nəvəsi Aygün Əzizovanın qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işinin üstü açılıb. Qətlin Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Anar Ağalarov, Göyçay rayon sakinləri 1976-cı il təvəllüdlü Teymur Məmmədov və 1984-cü il təvəllüdlü Fərid Məmmədli tərəfindən törədilməsi müəyyən edilib. Anar Ağalarovun və Fərid Məmmədlinin barəsində məhkəmənin qərarı ilə həbsqəti imkan tədbiri seçilib. Cinayətdə iştirak edən 3-cü şəxsin ölməsi məlum olub.
Lent.az dəhşətli cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Anar Ağalarov nənəsi Rəfiqə Aslanovanın rəfiqəsi Rəhilə Cəlilovanın sələmə pul verdiyini öyrənib. Onun yaşadığı mənzildə hər zaman pul və qiymətli əşya olmasını ehtimal edib. Aprelin 24-də nənəsi ilə birlikdə yaşadığı Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 203 mənzil 24-də Teymur Məmmədov və qardaşı Fərid Məmmədli ilə görüşərkən, onlara axşam planlaşdırdığı ünvana basqın edəcəklərini bildirib. Mətbəx bıçaqları ilə silahlanaraq, saat 18 radələrində taksi ilə Yasamal rayonu, C.Cabbarlı küçəsindəki, 38 nömrəli evin yanına gəliblər. Teymur Məmmədov ondan irəlidə hərəkət edib 1-ci bloka girib, 2-ci mərtəbəyə qalxıb. Sol tərəfdə yerləşən 3 nömrəli mənzilə yaxınlaşaraq, qapını döyüb, özünü təqdim edib. Rəhilə Cəlilova Teymur Məmmədovu tanıdığı üçün qapını açıb. Plana uyğun dərhal hər üçü qadını itələyib, qanunsuz yaşayış sahəsinə daxil olublar. Teymur Məmmədov cibindən bıçağı çıxarıb, üzbəüz dayanmış Rəhilə Cəlilovadan mənzildə saxladığı pulu tələb edib və döş qəfəsinə ardıcıl bıçaq zərbələri endirib. Fərid Məmmədli də üzərindəki bıçaqla qadına xəsarətlər yetirməyə başlayıb. Anar Ağalarov mənzilin giriş qapısını içəridən bağlayıb. Teymur Məmmədov və Fərid Məmmədli qonaq otağında Rəhilə Cəlilovaya zərbələr vurmaqda davam edərkən, dəhlizdə dayanan, qadının azyaşlı nəvəsi Aygün Əzizova qışqırıb, ağlamağa başlayıb. Qorxusundan, özündən dəfələrlə güclü olan şəxslərə hər hansı aktiv müqavimət göstərmək iqtidarında olmayan qızı cinayətin şahidi kimi qalmamasından ötrü öldürmək qərarına gəliblər. Aygün Əzizovanın aman diləməsinə baxmayaraq müstəsna dərəcədə qəddarlıqla, hər üçü bıçaqlarla qızın bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetiriblər. Üzü üstə döşəməyə yıxılan azyaşlının xırıldadığını görən Anar Ağalarov, boğaz nahiyəsinə daha 2 zərbə vurub. Zərbənin təsirindən bıçağının tiyəsi sınıb. Beləliklə də, ümümilikdə 91 ədəd bıçaq yarası yetirməklə, xüsusi amansızlıqla Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürüblər. Mənzildə axtarış aparan Anar Ağalarov qonaq otağında, kitabçanın arasından 600 dollar pul tapıb. Mənzilin giriş qapısını açarla çöl tərəfdən bağlayaraq, hadisə yerindən qaçıblar.
Aygün Əzizovanın meyiti
İş üzrə dindirilmiş Anar Ağalarov bildirib ki, 2003-cü ildən atası, qardaşı və nənəsi birlikdə Şamil Əzizbəyov küçəsi, 203 ünvanında yaşayıb. Nənəsi Rəfiqə Aslanovanın rəfiqəsi Rəhilə Cəlilova qonaqlıqda və ya bayramda evlərinə gəlib-gedib:
“Rəhilə orta boylu, sarı saçlı qadın olub, birotaqlı mənzildə tək yaşayıb, sələmə pul verib. Nənəm ara-bir az məbləğlərdə ondan borc pul almışdı. Teymur Məmmədov Rəhilə Cəlilovanın yaşadığı evi tanıyırdı, çünki vaxt aşırı gedib qadından pul alıb və gətirərək, Rəfiqə Aslanovaya verib. 2004-cü ilin aprel ayında evimizə gələn Teymur mənə dedi ki, az əvvəl Rəhilənin mənzilində olanda, 10-15.000 dollar civarında pul görüb. Xalam oğlu evə girib, həmin pulu götüməyi təklif etdi. Həmin ərəfədə Fərid Məmmədli də bizə gəldi. Birlikdə evdən çıxıb, taksi ilə “Nizami” metrostansiyasından üzü “Bakıxanov” dairəsinə doğru getdik. “Caspian Plaza” biznes mərkəzinin yanında düşüb bir az arxada yerləşən yaşayış binasının 1-ci blokuna daxil olduq. Teymur irəlidə, mənimlə Fərid isə arxasınca hərəkət etdik. 2-ci mərtəbəya qalxdıq. Teymur qapını döydü, Rəhilə qapının gözlüyündən baxıb “Kimdi?” deyə səsləndi. Qadına “Mənəm Teymur, bir dənə açardınız, sözüm var idi” söyləydi. Qapı açılan kimi, hər üçümüz içəri girdik. Qapını örtüb cəftəsini bağladım, Teymur cibindən bıçağı çıxarıb elə dəhlizdə Rəhiləyə zərbələr endirməyə başladı. Xəsarətlər alan qadın arxaya gedərək, qonaq otağının girişində yerə yıxıldı. Dəhlizin sol tərəfində dayanan orta boylu, qara saçlı, arıq bir qız “nənə” deyərək, qışqırmağa başladı.
Hadisədə istifadə olunan bıçaqlar
Buna baxmayaraq, Teymur döşəmədə uzanmış vəziyyətdə qalan Rəhiləyə xəsarətlər yetirməkdə davam etdi. Qadının mənzildə tək olduğunu zənn etdik, qızın “nənə” deməsindən Rəhilənin nəvəsi olduğunu başa düşüb, üzərinə qaçdım. Azyaşlı müqavimət göstərib əl-qol atarkən onun qollarını tutdum. Bu zaman Teymur Rəhiləni buraxıb, yanıma gəldi və qızın qollarından tutduğum vəziyyətdə, uşağa xəsarətlər yetirməyə başladı. Fərid Rəhilənin olduğu otaqda idi. Xeyli zərbədən sonra qız mətbəxin girişində, döşəməyə yıxıldı. Xırıldayıb, can verdiyi vaxtda mən mətbəxdə masanın üzərində olan qara dəstəkli bıçağı götürdüm və ölümünü tezləşdirmək məqsədi ilə boğazına 2 dəfə zərbə endirdim. Bıçağın dəstəyi tiyəsinə birləşdiyi hissədən sındı. Kəsici aləti yerə atıb, dəhlizə keçdik. Giriş qapısının bağlı olub-olmadığını bir daha yoxladım, mənzili axtarmağa başladıq. Servantda olan qabların yanında qara rəngli kitabça gördüm. Vərəqlədikdə arasından 600 dollar məbləğində pul tapdım və bu barədə Teymurla Fəridə bildirdim. Hamama keçib, əllərimizi yuduq. Mənzili tərk edərkən Teymur qapını bağladı və açarı cibinə qoydu. Qadını və nəvəsini öldürüb, mənzili tərk etməyimiz 15-20 dəqiqə çəkdi. Blokda və həyətdə heç kimlə rastlaşmadıq. “VAZ” markalı taksi ilə dolayı yollarla yaşadığım binanın qarşısına gəldik. Avtomobildən düşəndə 400 dolları Teymura verdim. Beləliklə, törətdiyimiz cinayət nəticəsində hərəmizə 200 dollar qaldı. Payına düşən məbləği öz ehtiyaclarım üçün xərclədim. Sonrakı günlər ərzində Teymurla və Fəridlə görüşmədim. Hadisədən 3-4 gün sonra polis bölməsindən ev telefonumuza zəng edən əməkdaş nənəmə Rəhilə Cəlilovanın öldürüldüyü bildirdi və onu Yasamal rayon prokurorluğuna dəvət etdi. Səhərisi gün Rəfiqə Aslanova prokurorluğa getdi. Nənəmin prokurorluğa çağırılmasından və axşam saatlarınadək orda saxlanılmasından narahat oldum. Qorxumdan qardaşım Azərə Rəhiləni və nəvəsini öldürdüyümü danışdım. Sabiq polis əməkdaşı olan atam Ramiz şəxsi əlaqələri vasitəsilə öyrəndi ki, nənəmlə mərhum qadın arasında telefon danışığı olub. Bu səbəbdən də o, istintaq orqanına çağırılaraq, dindirilib. Bundan sonra nənəm bacısı ilə birlikdə Cəlilabad şəhərinə gedərək, Rəhilə və nəvəsinin yas mərasimində iştirak etdi”.
Qətl olan ev
2008-ci ildən Teymur Məmmədovla birlikdə narkotik vasitələrdən istifadə etməyə başlayıb. Həmin il evin yaxınlığında yerləşən rus kilsəsindən dini portretlər oğurladığına görə Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub:
“Həbs olunduqdan 3-4 gün sonra atam Ramiz bölməyə gəldi. Görüş zamanı atamdan, bölmədən buraxılmağıma köməklik etməsini tələb etdim, əks təqdirdə qəsdən adam öldürmə cinayətinin də açılacağını dedim. Atama Teymurla birlikdə Rəhilə Cəlilovanı və nəvəsini öldürdüyümüzü danışdım. Amma Fəridin adını çəkmədim. Atam da bu barədə heç kimə danışmamağımı, qəsdən adam öldürmə cinayətinin aşkar olunmayacağını və səbrli olmağımı bildirdi. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə CM-in 177-ci (oğurluq) maddəsi ilə 3 il azadlıqdan məhrum olundum. 2 il cəza çəkəndən sonra vaxtından əvvəl cəzadan azad edildim. 2014-cü il yanvarın 1-də adam bıçaqladığıma görə tutuldum və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum olundum. Bir gündən sonra atam ürəktutmasından vəfat etdi”.
Sümüklərin ekspertizası
Axırıncı dəfə, 2022-ci ildə Nəsimi rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Zərərçəkmiş şəxsin hüquqi varisi Asif Əzizov ifadəsində göstərib ki, 2004-cü il aprelin 22-də qızı Aygünün böyrəkləri ağrıdığı üçün onu rayondan Bakıya gətirib:
“Qayınanam Rəhilə Cəlilovanın evində qalan qızıma xərclik üçün 200 dollar pul verdim. Səhərisi gün mobil telefonla danışanda, Rəhilə qızı xəstəxanaya apardığını və uroloq-həkimin ona analiz cavablarının sabah çıxacağını dediyiyni bildirdi. Aygünün şəxsi telefonu yox idi. Aprelin 24-də, növbəti dəfə danışanda qayınanam analiz cavablarının yaxşı çıxdığını dedi. Ayın 25-də Rəhiləyə məxsus mobil və ev telefon nömrələrinə zəng etsəm də, cavab verən olmadı. Qohumların zəngindən sonra, səhər saat 7 radələrində Bakıya çatdıq. Rəhilənin yaşadığı binanın həyətində Yasamal rayon Polis İdarəsinin rəis müavini mənə hadisə barədə məlumat verdi. Müayinədən sonra mərhumları Cəlilabad şəhər qəbiristanlığında dəfn etdik”.
Teymur Məmmədovun məzarı
Məhkəmə iclasında Anar Ağalarov ittiham üzrə özünü qismən təqsirli bilib. Fərid Məmmədli ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Asif Əzizov bildirib ki, Anar Ağalarovun atası, nənəsi və qardaşının bu cinayətdən xəbərləri olub. Polis əməkdaşı olan atası 18 il bu qətlin üstünün açımasına imkan verməyib. Onlar azyaşlı qızı amansızcasına qətlə yetiriblər, bunu Allah da bağışlamayacaq. O, məhkəmədən təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Ağalarov 16 və Fərid Məmmədli 15 il müddətinə azadlıqdan məhrum olunublar. Ölümü ilə əlaqədar Teymur Məmmədovun barəsində cinayət təqibinə xitam verilib.
Xəbərin oxunma sayı : 943
Kriminal
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
İsrail yenə “Əl-Əqsa“ məscidinə hücum etdi - Türkiyə XİN bəyanat yaydı
-
Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb - Hesablama Palatasının sədri
-
ABŞ quru qoşunlarını İrana yeritməyə hazırlaşır - Ələ keçiriləcək ərazilər açıqlandı
-
Metroda “NFC” ödənişində yaranan problemin səbəbi nədir? - VİDEO
-
Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO
-
Akkreditasiyadan keçməyən universitetin sahibi danışdı: “Bunun arxasında duranlara...”
-
Cəbrayıl rayonunda mina partladı - Xəsarət alan var
-
Meydiyevlərin BOKT-u borca düşdü - Yeni rəhbər təyin edildi + FOTO
-
Xankəndidə kafedə yanğın - İki qadın işçi xəsarət aldı
-
“Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz” - Macar
-
“ABŞ bir neçə ssenari təklif edib” - Volodimir Zelenski
-
Məşhur aktyor, aparıcı və jurnalistlər istintaqa çağırıldı - KİMLƏR VAR?
-
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
-
Bayramov Putinin köməkçisini qəbul etdi - FOTOLAR
-
“Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb” - ADY
-
“Husilərə görə İranı vuracağıq” - Trampdan xəbərdarlıq
-
“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir - VİDEO
-
Salyanda müəmmalı hadisə: Qoyunlar tapıldı, çoban yox (VİDEO)
-
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
-
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
-
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Şıxlinskilərlə bağlı yeni qərar: Cəzaçəkmə müəssisələrinə göndərilirlər
-
Azərbaycand park salınarkən qədim əşyalar aşkarlandı: Arxeoloqlar əraziyə cəlb olundu
-
Beyləqandakı silahlı insidentin istintaqı başa çatdı: Nə baş verib?
-
Yasamalda evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - RİH niyə susur?
-
“20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
-
Bakıda 200 min manatlıq soyğunçuluq edənlər tutuldular - VİDEO
-
Mingəçevir Dövlət Universitetində yarım milyonluq təmir - Ətir satan şirkət...
-
Portuqaliya millisinə xəbərdarlıq: Ronaldodan sonra böyük pul itkisi...
-
Azərbaycanda yeni dövlət qurumu yaradılır - Prezident təsdiqlədi
-
İmişlidə 17 min manatlıq mal-qara dələduzluğu - Hökm oxundu
-
Saleh Məmmədov 24 hektar torpaq sahəsi alıb - Almaniyada
-
Bakıda autizmli uşaq skuterə görə avtobusdan düşürüldü - “Üzr istəyirik”- VİDEO
-
Ad günü məclisi dava ilə bitdi: Sərxoş olub bacısını döyən şəxs cəzalandırıldı
-
“Xalq Bank” 6 ayda 220 milyon manat depozit itirib - Valyuta əmanətləri kəskin azalıb
-
Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq - Sabahın havası
-
“Sədərək” və “Binə” bağlanır? - “Minlərlə insanın iş yerini itirməsi riski var“
-
Tovuzda 3 kiloqram narkotik aşkarlanıb - İki nəfər həbs edildi
-
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir - The Wall Street Journal
-
Peşə məktəblərində təhsil haqları bəlli oldu: Ən yüksək ödəniş...
-
Maduronun tərəfdarları və əleyhdarları üz-üzə gəldi - Nyu-Yorkda
-
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
-
Salyanda müəmmalı hadisə: Çoban 84 qoyunla yoxa çıxdı
-
Prezident İlham Əliyev Misir liderinə məktub göndərdi - MƏTN
-
Bakıda notariusa cinayət işi açıldı: Hüquqşünas alim mənimsəmədə təqsirləndirilir
-
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirə bilər - “Axios”
-
Skuter və velosiped sürücülərinə - Müraciət
-
Ebola can almaqda davam edir: Ölənlərin sayı mini keçdi
-
“Məni Orbanın həyat yoldaşı böyüdüb“ - Peter Madyar
-
50 manatdan 350 manatadək: Tələbələri gözləyən təqaüdlər (SİYAHI)
-
“Brent“ nefti 95 dolları keçdi: Qiymətlərdə yeni sıçrayış
-
Husilərdən yeni hücum: Səudiyyə Ərəbistanının iki tankerini hədəfə aldılar
-
ABŞ hökuməti işini dayandıra bilər - Trampdan xəbərdarlıq
-
Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO
-
Azərbaycanla Avropa dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq
-
Azərbaycan və Almaniya arasında münasibətlər təkcə ikitərəfli xarakter daşımır...
-
Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə...
-
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir
-
Azərbaycanda cəmi 3 həkimi olan şəhər var - SİYAHI
-
“Müvəqqəti çətinlikdir” - Putin rusiyalıları sakitləşdirir
-
Beyləqanda Milli Mətbuat Günü qeyd edildi - FOTOLAR
-
ABŞ-da qızılca tüğyan edir - Son 35 ilin yoluxma rekordu
-
Kolbasalarda at əti aşkarlanıb - AİİB-dən AQTA-ya sərt çağırış
-
Azərbaycanda işsizlərin sayı açıqlanıb - Rəqəmlər necə dəyişib?
-
“Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir“ - Adil Qeybulla
-
Epşteynlə əlaqəli model agenti evində ölü tapıldı - Fransada
-
“Neftçi“ bütün dünyada gündəm olan futbolçunu transfer etdi - RƏSMİ - FOTO
-
Türkiyəyə məxsus yük gəmisinə hücum - Ölən və yaralananlar var
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Futbola görə metronun iş rejimi dəyişdirilir - 2 günlük
-
Milyonluq final şousu - Hansı ulduz nə qədər qonorar aldı?
-
Tarif Şurasından dərman vasitələrinin qiymətləri ilə bağlı - Qərar
-
Bizneslərə ən çox kredit ayıran banklar - RENKİNQ
-
Sanksiyalar Aİ-nin özünü vurur: Ölkələr Rusiya ilə bağlı güzəşt tələb edir
-
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
-
Müəllimlər məktəblərdə vahid geyim geyinəcək - Qanun təsdiqləndi
-
Şirkətlərin hesablarına kiberhücum edib 100 min götürən 18 yaşlı oğlan imiş...- VİDEO
-
VI “Yüksəliş“ müsabiqəsinin qalibləri müəyyənləşib - ADLAR
-
Azərbaycanda ən yüksək maaş alan 5 sektor - Birinci yerdə 4,4 min manatdır
-
Putin ərazi tələblərini artırdı: Bu yerlər tutulana qədər sülh danışıqları təxirə salınır
-
Qanunsuz çıxarılan 57 nəfər əvvəlki işinə qaytarıldı - Rəsmi
-
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
-
Ermənistan ordusunda korrupsiya: Yanacaq anbarının rəisi ittiham olundu
-
“Şahtaxtı” gömrüyündə TIR-dan 54 kq metanfetamin tapıldı - Video
-
“Oynamaq istəyim hər şeyin önünə keçdi“ - Mahir Emreli
-
“Azərbaycan mediası beynəlxalq nüfuzunu artırır“ - Prezidentin köməkçisi
-
“İran ABŞ ilə danışıqlara ciddi yanaşmır“ - Marko Rubio
-
Əli Əsədov yeni qərar imzaladı - Monitorinq qaydaları yeniləndi
-
Ailələrinə qaytarılan uşaqların sayı açıqlandı - RƏSMİ
-
“Qayğı” MTK-da liftlərin fəaliyyəti dayandırıldı - FOTOLAR
-
TƏBİB-də yeni təyinat - Nigar Rüstəmliyə vəzifə verildi
-
Azərbaycan nefti kəskin bahalaşdı - 100 dollara yaxınlaşır
-
Zelenskidən qərar - Sırski vəzifəsindən azad edildi
-
Dəniz məhsullarının qiyməti ucuzlaşdı - VİDEO
-
ABŞ bazası və radar kompleksləri məhv edildi - Küveytdə
-
Sertifikatsız həkim işlədirmişlər... - VİDEO
-
Bakıda yeni çəkilən yol nişanı nədir? - VİDEO
-
Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirib
-
Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub
-
Azərbaycan mətbuatı - 151 yaşında!
-
İstirahət üçün hovuzlu ``A-Frame`` seçdi, beh də getdi, ev də...- VİDEO
-
Azərbaycana xüsusi təchiz olunmuş təcili yardım motosikletləri gətirildi - VİDEO
-
Özgür Özəl CHP ilə vidalaşdı: Yeni partiyanı elan etdi
-
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevin Tural Sadıqlının üzünə dedikləri + VİDEO
-
Azərbaycanlı azyaşlıya Modriçin komandasından dəvət - Maliyyə məsələsinə görə qalıb + FOTO
-
“Tik-tok“da tanış oldum, aldatdı ki, həkiməm” - MƏHKƏMƏ
-
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırıldı - Bakteriyalar aşkarlandı
-
Azərbaycanda ağ-qara nisbəti: Son 10 ildə doğulanımız çox olub, ya ölənimiz?
-
Tramp sənəd imzaladı - Kanada məhsullarına əlavə 50% rüsum tətbiq etdi
-
Bakıda gizli görüş keçirən kimlərdir? - Prezident adları açıqladı (VİDEO)
-
Finaldan sonra qalmaqal – FIFA Argentinaya qarşı istintaqa başladı
-
Niyə hələ də diplomu olmayanlar tibbi prosedurlar icra edirlər? - Açıqlama
-
Bu küçədə təmir aparılacaq - Hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası - Təsdiqləndi
-
Direktorların işə qəbulunda müsahibə mərhələsi başlayır - Tarix və təfərrüatlar
-
“Almaniyanın marağındadır ki, Cənubi Qafqaz sakitləşsin“ - Merts
TOP 10
ARXİV






