Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Casus şəbəkəsinin 32 üzvü saxlanıldı... - “Kərimə” dövləti qurmaq istəyirlərmiş + SİYAHI

Tarix 13.03.23, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb.

Saxlanılanlar - Nahid Qəhrəmanov, Rüstəm İsmayılov, Bəhruz Kərimov, Elvin Nəsirov, Samir İsayev, Nihat Xəlilov, Maarif Ağayev, Sakif Ağabalayev, Elnur Meybullayev, Rza Rzayev, Tural Vəliyev, Bəxtiyar Babaşov, Mehman Fətəliyev, Murad Abdullayev, Eldəniz Ağayev, Amal Əhmədov, Ceyhun İlyasov, Tural Həsənov, Hilal Əsədov, Nəriman Baxışov, Anar Xəlilov, İlqar Musayev, Şahin Verdiyev, Hasil Rüstəmov, İsmayıl İsmayılov, Elvin Quliyev, Ülvi Əliyev, Vüsal Alış, Nizami Əhmədov, Rahid İbişov, Mənsur Vəlişov və Rövşən Cabbarov özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparmaqla ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər.

Onlar “Kərimə” dövləti quracaqlarını bildirərək Azərbaycan Respublikasının mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar ediblər. 

Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslər məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmağı planlaşdırıblar.

Araşdırmalarla müəyyən edilib ki, onlar İran İslam Respublikasından məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

***

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir.

Trend-in məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində daha bir şəbəkə ifşa olunub, saxlanılanlar var.

Hazırda əməliyyat davam edir.



Xəbərin oxunma sayı : 1438




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap