![]() |
|














Əli Kərimlinin “hərbi ekspertliyi“ və riyakarlığı – Ukrayna ordusu həqiqətənmi itkilər vermir?
Tarix 25.09.23, 10:34 |
|

"Heç dünyanın 2-ci ordusu ilə vuruşan Ukrayna ordusu belə günə 180 nəfər itki vermir. Bizim ordu Qarabağda hansı güclü ordu ilə qarşılaşıb ki, bircə gündə bu qədər şəhid vermişik?"
Bunu AXCP sədri Əli Kərimli deyir. O Kərimli ki, əməliyyatdan az əvvəl Azərbaycanın hərbi əməliyyatlardan, yeni müharibədən çəkinməsininin vacibliyini vurğulayır, dolayısilə Qarabağda erməni hərbi birləşmələrinin qalmasına tərəfdar çıxırdı. Əməliyyatdan sonra “valı dəyişdi” və bu dəfə itkilərə görə “hesabat istəməyə” başladı. Adam gah Azərbaycanın haqlı mübarizəsini və əzmini “dəstəkləyir”, gah da bu mübarizəyə və qələbəyə kölgə salmaq üçün əlindən gələni edir. Əsas məqsəd ikincidir, birinci isə həmin məqsədi pərdələmək funksiyasını daşıyır!
Kərimlinin bu yazdıqlarını oxuyan obıvatel düşünə bilər ki, adamın Azərbaycana, onun itkilərinə canı yanır. Amma bunun arxasında duran riyakar, hiyləgər, çirkin məqsədi görmək o qədər də çətin deyil...
Məqsəd, sözsüz ki, Azərbaycanın tarixi uğuruna, qələbəsinə kölgə salmaq, sıravi azərbaycanlının ürəyinə şübhə toxumu səpmək, şəhidlərin qanı, onların valideynlərinin sonsuz kədəri üzərində çirkin siyasi oyunlar qurmaqdır. Yəni, nəticə etibarilə Azərbaycanın milli, dövlət marağına düşmən kəsilmiş, Kremldən Parisə, oradan da Vaşinqtona qədər uzanan beynəlxalq anti-Azərbaycan koalisiyasının xidmətində durmaq!
Ətraflı
Məsələnin sırf hərbi-texniki tərəfinə gəlincə, dünyanın ən tanınmış, təcrübəli, hətta bizi sevməyən hərbi mütəxəssisləri belə Azərbaycan Ordusunun mükəmməl, fantastik əməliyyat keçirdiyini etiraf edirlər. "Niyə bu qədər şəhid verdik" deyən Ə.Kərimli isə onlardan fərqli olaraq, hərbçi, Napoleon, Kutuzov, Suvorov kimi sərkərdə, yaxud Aqil Rüstəmzadə kimi hərbi ekspertsə, heç deyil! Ancaq nə qədər kasad hərbi biliklərə sahib olsa da, bilməmiş deyil ki, son antiterror əməliyyatında Azərbaycan Ordusunun qarşısında on mindən çox, hər cür hərbi texnika və silah-sursatla silahlanmış, ən əsası isə döyüş təcrübəsi olan Ermənistan ordusunun qalıqları və separatçı qanunsuz hərbi birləşmələrin təcrübəli hissələri, nəhayət, uduzsa belə, mümkün qədər çox azərbaycanlı qətlə yetirməyə çalışan, bunun üçün hər cür alçaq pusqu qurmağa hazır erməni zehniyyəti dururdu. 44 günlük müharibə bitən gündən bu yana kimi Rusiya hərbi kontingenti də bu qüvvələrin müdafiə xətlərini möhkəmləndirmək və hər cür silah-sursatla təmin etmək üçün əlindən gələni edib. Azərbaycan Laçın sərhəd-keçid məntəqəsini quraşdırana qədər Ermənistandan bu mövqelərə gecə-gündüz hərbi texnika və silah-sursat daşınıb. Bu ərazilərdə minalanmış sahələrin sayı-hesabı yoxdur. Qarşımızda təkcə 44 günlük müharibədən sonra yox, son 30 ildə tikilmiş saysız-hesabsız dərin istehkamlar olub. Xüsusilə də Ağdərə istiqamətində qanunsuz hərbi birləşmələrin və Ermənistan ordusunun mövqeləri daha əlverişli nöqtələrdə, hündürlüklərdə yerləşib. Məhz buna görə 44 günlük savaşda Azərbaycan Silahlı Qüvvələri cəbhəni bu istiqamətdə yox, cənubda yarmaq qərarına gəlmişdi. Azərbaycan Ordusu isə bütün bu təhlükələrə rəğmən son əməliyyatda ermənilərin gücləndirilmiş müdafiə xətlərinə bir yox, bir neçə istiqamətdən hücum etdi. Təbii ki, belə bir şəraitdə itkilər çox təəssüf ki, qaçılmazdır. Digər yandan, yaxşı ki, bu ağır, lakin tariximizə əbədi yazılacaq şərəfli günlərdə keçmişdə olduğu kimi, Azərbaycana, onun ordusuna Kərimli kimilər və onun ətrafına topladığı psevdopatriotlar rəhbərlik etmədilər. Yoxsa, Azərbaycan bir gündə 10 qat artıq şəhid verə, belə əməliyyatlar isə bir sutka yox, aylarla davam edə və məğlubiyyətlə bitə bilərdi. Təkcə onu xatırlatmaq kifayətdir ki, Azərbaycanın Birinci Qarabağ müharibəsində bir gündə bundan dəfələrlə artıq itki verdiyi və başıpozuqluq, zəif idarəçilik səbəbindən acı məğlubiyyətlərə uğradığı vaxtlar olub...
Bütün bunları qeyd etməkdə məqsədimiz, əlbəttə ki, əsgərlərimizin, övladlarımızın şəhid olmasına, itkilərimizə haqq qazandırmaq deyil. Lakin təəssüf ki, dünyanın ən müasir, ən güclü orduları belə real, ən əsası isə sürətli döyüş əməliyyatlarını itkisiz başa vura bilmirlər. Bu halda "Ukrayna ordusu belə günə 180 nəfər itki vermir" deyən Ə.Kərimli bu məlumatı hardan alır görəsən? Bəlkə Valeri Zalujnı ona gündəlik hesabat verir? Digər yandan, hətta bütün Qərb dünyası tərəfindən hərtərəfli dəstək alan Ukrayna ordusu da nəinki bir gündə, son bir neçə ayda belə Azərbaycan Ordusunun antiterror əməliyyatında 23 saata qazandığı misilsiz uğuru qazana bilməyib. Guya Ə.Kərimli bunları bilmir?
Yenə qayıdırıq, gah Azərbaycan Ordusunun uğurunu dəstəkləmək, gah da ona kölgə salmaq cəhdinə. Sanki Ə.Kərimli "gah nala, gah mıxa vurmaqla" Paşinyanın yolunu getmək istəyir. Tez-tez Paşinyan barədə rəğbətlə danışan bu adam, görünür ki, "Azərbaycanın Paşinyanı" olmaq eşqilə yaşayır. Yəni, Azərbaycanı "ağ günə çıxarmaq" yox, Qərbdəki məlum mərkəzlərin sifarişlərinin "bacarıqlı icraçısı" olmaq. Sonra da makronlara, şoltslara, putinlərə zəng edib, yardım, mərhəmət dilənmək. Bu, güclü, qalib Azərbaycan yox, ələbaxım, icraçı, məzlum, çökmüş Azərbaycan arzusudur! Yəni, düşmənlərimizin arzusu! Həmin arzu isə onu daşıyanların və bu yolda özlərini ən axırıncı yola qoyanların gözündə və ürəyində qalacaq!
"AzPolitika.info"
Xəbərin oxunma sayı : 970
Analiz
Xəbərlər
-
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi - VİDEO
-
Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq - Paşinyan
-
Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu təyin etdi
-
İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
-
“Bitcoin“in qiyməti 103 min dolları ötüb - Kriptovalyuta bazarının son göstəriciləri
-
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 “dostu“
-
Azərbaycan hərbçiləri paradda keçid etdi - VİDEO
-
İllik təhsil xərci 9 min manat oldu - baş nazirin qərarının şifrələri
-
Prezident və birinci xanım onların xatirəsini andı - FOTOLAR
-
Evlərin qiyməti kəskin bahalaşacaq - Ekspertlərdən AÇIQLAMA
-
Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Bir şagirdin “Son zəng“ xərci nə qədərdir? - AÇIQLAMA
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi -FOTOLAR
-
Atəşkəs olmasa, əlavə sanksiyalar tətbiq edəcəyik - Tramp
-
Çempionlar Liqası:İngiltərənin 6 klubu olacaq
-
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO
-
Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
-
“Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk“ - Pakistanın daimi nümayəndəsi
-
Azərbaycan və Vyetnam arasında əsas perspektivli istiqamətlərindən biri turizmdir
-
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı
-
Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddur
-
Siyasi-iqtisadi-ticari əlaqələrə, humanitar və mədəni mübadiləyə yeni töhfə
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
Azərbaycan və Vyetnam arasında əməkdaşlığın inkişafı möhkəm təmələ çevrilib
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır - Bilet qiymətləri 1077 manata qədər yüksəlib
-
Azərbaycan-Vyetnam münasibətləri iki dövlətin səmimi və mehriban dostluğunun müasir mənzərəsini əks etdirir
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
TOP 10
ARXİV