| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Türkmənçay müqaviləsinin bağlandığı şəhər - ARAŞDIRMA
Tarix 13.11.23, 20:59 |
|
“Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifər Miyana şəhəri barədə araşdırma aparılıb.
APA-nın mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Miyana Şərqi Azərbaycan əyalətinin şəhərlərindən biridir. Şəhər əyalətin mərkəzi sayılan Təbrizdən 175 kilometr aralıdadır. Miyana şəhəri Miyana rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonda yerləşən Açaçı, Ağ Kənd, Türk (Tərk), Türkmənçay, Gərmə, Üç Təpə, Qızıl Özən, Kəndivan kimi daha kiçik şəhərlər və qəsəbələrlə əhatə olunub.
Bu adların içində Türkmənçay adı Azərbaycanımızın həm quzeyində, həm də güneyində daha çox diqqət çəkə bilər. 1828-ci ildə Azərbaycanın taleyini dəyişdirən və onu ikiyə bölən Türkmənçay müqaviləsi Miyana rayonunun Türkmənçay adlı qəsəbəsində bağlanıb. Bu kədərli müqavilənin bağlandığı tarixi bina bu gün yerlə bir olub. Amma həmin qəsəbədə bir küçənin Abbas Mirzənin şərəfinə adlandırılması diqqət çəkir.
(Türkmənçay müqaviləsinin bağlandığı yer. Hazırda bu binadan heç bir iz qalmayıb.)
2017-ci ilin siyahıyaalınmasına əsasən, Miyana rayonunun əhalisi 182 848 nəfərə bərabərdir. Şəhər əhalisinin böyük əksəriyyəti Azərbaycan türkcəsində danışır. Onların əksəriyyəti müsəlman şiələrdir, azlıq isə sünnidir.
Miyana adının kökü haqqında
Miyana şəhəri şimaldan və cənubdan Bozquş və Qaflantı (Qaflanların yaşadığı yer) dağ silsilələri ilə əhatə olunub. Yaxud bölgədə axan çayların adlarına baxdığımızda (Qızıl Özən, Quru çay, Gərmə çay, Bulanlıq çay, Aydoğmuş çay, Türkmən çay, Acı çay və sair) türk adları ilə rastlaşırıq.
Miyana şəhərinin tarixi haqqında
Şəhərdə tapılan bəzi tarixi abidələrin, o cümlədən bir dağ keçisi heykəlinin yaşının 7 min il olduğu təxmin edilir. Lakin hərtərəfli tarixi araşdırmalar və arxeoloji qazıntılar aparılmadığından şəhərin qədim tarixindən danışmaq asan deyil. Orada qədim Urartu, Midiya və digər sivilizasiyalarla bağlı dəlillərə rast gəlmək olar.
Müsəlman səyyahlar və coğrafiyaçılar bu şəhəri ümumiyyətlə kiçik, lakin abad və məhsuldar şəhər kimi təqdim ediblər. Eyni baxışı daha sonrakı əsrlərdə qərbli səyyahlar və diplomatların yazılarında da görmək mümkündür.
Miyananın tarixi və görməli yerləri
Qız körpüsü
Bu tarixi-bədii körpü Zəncan-Miyana marşrutu üzrə Qızıl Özən çayı üzərində tikilib. Körpünün tikilmə tarixi dəqiq məlum deyil. Arxeoloqlar tikilinin bünövrəsinin İslamdan əvvəlki dövrə aid olduğunu düşünürlər. Lakin abidə xüsusiyyətlərinə və memarlığına görə, 13-cü əsrə aid edilir. Ancaq, körpünün orta bünövrəsinə quraşdırılmış mərmər kitabəyə görə bu körpü XV əsrdə Səfəvilər dövründə təmir olunub.
Ürəyində Azərbaycanın keşməkeşli tarixini əks etdirən bu körpü tarix boyu bir neçə dəfə zədələndikdən sonra təmir olunaraq xalqın istifadəsi üçün yenilənib, o cümlədən Türk Qacarlar sülaləsinin banisi Ağa Məhəmməd xan Qacarın dövründə təmir edilib. Ancaq, 1946-cı ildə körpünün bağrına vurulan yara bir daha sağalmadı!
1946-cı ildə Tehran ordusu Azərbaycan Milli Hökumətini məhv etmək üçün hücuma keçən zaman fədai əsgərlər Tehran ordusunun irəliləməsinin yavaşlatmaq və Qaflantı dağlarında öz mövqelərini möhkəmləndirmək məqsədi ilə bu körpünü partlatmağa məcbur qalırlar. Hələ də Güney Azərbaycan türkləri Azərbaycan Milli Hökumətinin qurucu lideri Seyid Cəfər Pişəvərini bir milli mənəvi lider kimi yad edirlər. O, bir illik dövr Güney Azərbaycan türklərinin dilinin, tarixinin, mədəniyyətinin, varlığının dövlət səviyyəsində qorunduğu və yaşandığı bir il idi.
(Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu və Baş naziri)
Miyana xalqı da Güney Azərbaycanın bir çox bölgələrində yaşamaqda olan xalq kimi Azərbaycan Milli Hökumətinin quruluşunda və həyat sürməsində çox böyük rol oynamışdı. Beləliklə, Qız körpüsünün bağrındakı bu dərin yara bütün Güney Azərbaycan türklərinin bağrındakı yaranı təmsil etməkdədir. Bu baxımdan bu dağılmış körpü Güney Azərbaycandakı körpülərin hamısından fərqli və hamısından daha funksional bir körpü sayılır. Bu körpü istifadə olunmaz bir hala gəlmiş kimi görünsə də, Güney Azərbaycan türklərinin ruhuna işləyir! Tam da Araz çayının üzərindəki tarixi Xudafərin körpüsü kimi!
Qız qalası
Qız körpüsündən 2 km aralıda, dağın üstündə inşa edilmiş Qız qalası strateji hərbi qala kimi kərpicdən tikilib. Bu qala üç hissədən ibarətdir, komanda qərargahı üçüncü mərtəbədə yerləşir. Çox güman ki, Qız qalası da Qız körpüsü kimi 13-cü əsrdə tikilib. Bəzilərinə görə, qalanın bünövrəsi islamdan qabaq qoyulub. Bu qalanın hündür və keçilməz divarının ucalığı 3 metr olan iki girişi var və girişlərdən birinin üstündə daş kitabə quraşdırılıb. Lakin təbii hadisələr nəticəsində yaranan aşınmaya görə sözügedən yazı oxunmur.
(Qız qalasının qorunması üçün heç bir tədbir görülməyib)
Qala elə tikilib ki, az qala üç tərəfdən təbii qayalarla əhatə olunub. Qalanın içində su anbarları, eləcə su quyuları var. Bu qala Şah Abbas Səfəvinin dövründə dağıdılıb ki, bunun səbəbi həmin dövrdə Azərbaycan türklərinin Səfəvilərin siyasətinə qarşı çıxması hesab olunur. Qeyd etmək lazımdır ki, Şah Abbas Səfəvinin paytaxtı Azərbaycandan İsfahana köçürməsi, erməniləri, gürcüləri və farsları sarayda işə alaraq qızılbaş türklərini saraydan uzaqlaşdırması azərbaycanlıları çox acıqlandırmışdı.
Daş qala
Zaman-zaman düşmənlərin hücumuna məruz qalan Azərbaycanımız qalalar yurdu sayılır. Şəhərlərimiz strateji yerləşmə baxımından daha çox əhəmiyyət kəsb etdiyi zaman qalaların sayı o ərazidə daha çox olub. Yuxarıda qeyd etdiyimiz kimi, Miyana şəhərinin yerləşdiyi bölgə keçilməz dağlarına və çaylarına görə Azərbaycanın strateji ərazilərindən biri hesab olunur. Məhz buna görə bu bölgədə tarixi qalaların da sayı çoxdur.
(Daş qala)
Daş qala da Qız qalası kimi Qızıl Özən çayının vadisindən bir qədər aralıda yerləşir. Dərin dərələr və ətrafdakı iri qayalar bu tikilini alınmaz qalaya çevirib. Qalanın bütün ərazisi möhkəm qaya üzərində yerləşir və ona çatmağın yeganə yolu divarın kənarında qayalı bir hissəsinin oyulması ilə yaradılmış pilləkəndir.
Azərbaycanı öz bağrında yaşadan Miyana
Qeyd etdiyimiz kimi bu şəhər tarixən Azərbaycan şəhəri olub və şəhərin ətrafındakı yerlər, dağlar, çaylar, tikintilər, kəndlər və qəsəbələrin təxminən hamısının adı türkcə olub. Şəhərdə yaşayanlar məzhəb baxımından şiə və sünni olsalar da, onları birləşdirən amil Azərbaycan türkü olmalarıdır.
Bu gün Miyana xalqının bəlli bir kəsimi, özəlliklə də gəncləri azərbaycanlı bir türk olduqlarını unutmurlar. Bu gün Miyana gəncləri Güney Azərbaycan gəncliyinin bir parçası olaraq öz dilini, tarixini və mədəniyyətini qorumaq və yaşatmaq üçün çalışırlar. Əminliklə demək olar ki, Güney Azərbaycanın gənc nəsli bu torpağın son əsrlərdə ən oyaq və ən şüurlu nəslidir.
Miyanada Azərbaycan və türk ruhunu yaşadan sadəcə dil və kimlik məsələsi deyil, Azərbaycan türklərinə aid dəblərin və ənənələrin qorunub saxlanılmasıdır. Bu insanlar hələ də toylarında, yaslarında, xoş günlərində, kədərli günlərində, bayram dəblərində Azərbaycan türkü olduqlarını aydın şəkildə göstərirlər.
Xəbərin oxunma sayı : 739
Xəbərlər
-
Bakıda minib-düşmə yeri zəbt edilib - VİDEO
-
İşlənmiş avtomobil ehtiyat hissələri kəskin bahalaşıb - VİDEO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
İngiltərə çətin qələbə ilə 1/8 finalda - VİDEO
-
Ağ Ev İran məsələsində Avropa müttəfiqlərindən məyusdur - Rutte
-
Xaricdən idxal edilən toyuq ətinə tələb artıb - VİDEO
-
“Ləman xanım, xəstəxanadayam, 2-3 saata...“ - İqbal Ağazadənin adı ilə aldadıldı
-
“Ah-uh etməyin!” - Matviyenko rusları yanacaq böhranına dözməyə çağırır
-
Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO
-
İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR
-
NATO-nun Ankara sammitində Ukraynaya uzunmüddətli dəstək məsələsi müzakirə olunacaq - Rütte
-
Bakıda körpünün dirəklərinin ətrafında asfalt çöküb - VİDEO
-
“Azərbaycanın qaz ixracının böyük hissəsi Avropa İttifaqına gedir” - İlham Əliyev
-
Ermənistan Moldova ssenarisini təkrarlaya bilər - Zaxarova
-
Rəsmi sənədlər açıqlandı: Tramp ailəsi kriptovalyutadan nə qədər qazanıb?
-
Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq - Bu rayonlarda
-
Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - FOTOLAR
-
Azərbaycanda mal-qara birjada satılacaq - İKİ fərqli RƏY
-
Milyarderlərin gizləndiyi ölkəni Bakı ilə nə bağlayır? - VİDEO
-
Dünyanın ən böyük mineral ehtiyatları hansı ölkələrin nəzarətindədir? - Siyahı
-
İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşdü - FOTOLAR
-
“ABŞ Təl-Əvivdəki ev heyvanını cilovlamalıdır” - Əraqçıdan sərt reaksiya
-
Gülməmmədov tenderlərlə bağlı nə demək istəyib? - İqtisadçı açıqladı
-
Pirşağı sakini: “Camaat buradan qayıqla gedir“ - VİDEO
-
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
-
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - Tam siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Avropa Komissiyasının Prezidenti Azərbaycana gəldi - FOTO
-
İş vədləri ilə 10 500 manatlıq dələduzluq - İşdə Odlar Yurdu Universiteti də yer alır
-
MEDİA Prezidentin fəaliyyəti ilə bağlı ictimai rəy sorğusu keçirib - Nəticələr
-
Hafiz Paşayev nazirə: “Hərdən nə dediyinizi başa düşmürəm” - VİDEO
-
Anar Əliyevin “qənaəti“ - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
-
ƏDV depozit hesabları ilə bağlı yeni dəyişiklik: Sahibkarlara əlavə imkan yaradılır
-
NATO-nun Ankara sammitində nələr müzakirə olunacaq? - Açıqlandı
-
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
-
Rusiyaya gedən azərbaycanlılara yeni tələb - Bu gündən qüvvəyə minir
-
Media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - Siyahı
-
Futbolumuzun beşillik tamaşaçı mənzərəsi: Ən çox azarkeş hansı mövsümdə gəlib?
-
Beyləqanda vətəndaş müraciətləri diqqətdə saxlanılır - Fotolar
-
“Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
-
Makron bu hərəkəti ilə yenə gündəm oldu - VİDEO
-
Şagird müəllimi buna görə qətlə yetirib - İttiham aktı elan edildi
-
Zalujnı prezident seçkilərində iştirak etmək istəyir - “Ukrainskaya Pravda”
-
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
-
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
-
Azərbaycanda hansı avtomobiilər ucuzlaşıb? - AÇIQLAMA
-
Son altı ayda ölkədə nə qədər zəlzələ baş verib? - Rayonlar açıqlandı
-
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib - 1 milyon manatlıq
-
Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı
-
Azərbaycan Premyer Liqası: 511 qoldan 55-i penaltidən vurulub
-
16 mərtəbəli binada 17-ci mərtəbə - MTK-ya ittiham + VİDEO
-
Tələbələrin xarici ali təhsil müəssisələrindən yerdəyişməsi başlayır - Bu gündən
-
Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO
-
Azərbaycanda qadınların da pensiya yaşı 65 oldu - Bu gündən
-
Hörmüzdə heç bir rüsum olmayacaq - Vens
-
Fransa və Meksika növbəti mərhələyə çıxdı - VIDEO
-
“Bəzi özəl bağçalarda vaxtı keçmiş qidalar aşkarlanıb“ - VİDEO
-
Norveç Holandın qolu ilə tarixində ilk dəfə 1/8 finala çıxdı - VİDEO
-
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - Siyahıda başqa postlar da var
-
Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO
-
Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO
-
Sertifikasiya imtahanında bəzi suallar səhv olub - İDDİA
-
Broyler toyuqları hormon vurularaq yetişdirilir? - VİDEO
-
Varşavadan Kiyevə xəbərdarlıq: “Aİ üzvlüyünə gedən yol...”
-
Azərbaycanın tənhaları - Sayı açıqlandı
-
“Heyvanlar əlbəəl satışla deyil, birjalar vasitəsilə satılacaq“ - VİDEO
-
Ən çox kredit alan biznes sahələri - CƏDVƏL
-
Bu məhsulların ölkəyə girişinə - Qadağa qoyulur
-
Arayikgilin apellyasiya məhkəməsi davam etdirildi - FOTOLAR
-
30 il əvvəl törədilən qətlin üstü açılıb - Baş Prokurorluq məlumat yaydı
-
Daha 6 itkin-şəhid dəfn olunacaq - FOTOLAR
-
Nazirlər Kabinetindən qrant müsabiqələri ilə bağlı QƏRAR
-
İcra Hakimiyyəti şəhid anasının probleminə biganə yanaşır - ŞİKAYƏT
-
Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək - Deputat açıqladı
-
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
-
Polis Bakıda “1xBet” əməliyyatı” keçirdi, 5 nəfər tutuldu - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Konqoda Eboladan ölənlərin sayı artır: Son statistika açıqlandı
-
Prezident DTX-yə yeni səlahiyyət verdi - FƏRMAN
-
Azərbaycanda peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı - QƏRAR
-
Bakıda kişi telefonuna baxan arvadını döydü - Cərimə edildi
-
FHN bu şirkətə 1,2 milyon manat ödəyəcək - Qanunsuz tikililəri sökməsi üçün
-
“Adına 60 min manat vergi borcu gəlir...“ - Siyavuş Novruzov
-
Onlayn qumar oynayanları ağır cəzalar gözləyir - Yeni qanun
-
Taxıl biçini davam edir - 1,6 milyon ton məhsul yığıldı
-
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriəcək
-
Cəllək pivələrinin dövriyyəsinə nəzarət artırılır - Qiymətlər bahalaşacaq
-
Aparıcı Nigar Fərhadın şirkəti vətəndaşın pulunu mənimsəyib - FOTOLAR
-
2 milyard manata yaxın vəsait xərclənəcək - Sahil Babayev
-
Ceyhun Bayramov Yermek Koşerbayevlə telefonla danışdılar - Nələri müzakirə etdilər?
-
Şuşada TDT ölkələrinin dini rəhbərlərinin Birinci görüşü keçirilir - FOTOLAR
-
“Təhsil sistemində sistemli korrupsiya mövcud deyil“ - Emin Əmrullayev
-
Mülkiyyət hüququnun bərpası... Ali Məhkəmə qərar qəbul edib
-
Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı - Dəyişiklik
-
“Bravo“da kiflənmiş “Holland pendiri“ satılıb? - Müştərilərdən ard-arda şikayətlər
-
Nə qədər müəllimin maaşına 35 faiz əlavə edilib? - Nazir rəqəmləri açıqladı
-
Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya
-
Deputatlar sosial mediada qadağalara “hə“ dedi - Kimlərə nə qədər cərimə gözləyir?
-
“ABŞ memoranduma sadiq qalsa, İran...“ - Pezeşkiandan açıqlama
-
“Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manata çatıb” - Nazir
-
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
-
"Aşkarlanan 893 insan qalıqları tapılıb" - DTX rəisinin müavini
-
Tələbələrin yerdəyişməsinə başlanılır - TARİX AÇIQLANDI
-
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
-
Azərbaycan nefti bahalaşdı - “Qara qızıl“ın qiyməti 75 dolları keçdi
-
Şahbaz Şərif İran və Türkiyəyə səfər edəcək - Bu tarixdə
-
Yasamalda səkidə aparılan təmir niyə yekunlaşmır? - VİDEO
-
Almaniya və Niderlandın DÇ macərası başa çatdı - İcmallar
-
Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? - VİDEO
-
Bakıda müsiqi səsi yayılan daha bir restorandan ŞİKAYƏT - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Pulu birlikdə toplayır, elə ödəyirik...“ - Sabiq nazir yeyib-içmək məclisindən danışdı
-
Braziliya əlavə vaxtda Yaponiyanı yenib 1/8 finala çıxdı - VİDEO
-
“Hörmüz boğazından keçən gəmilərin sayı 80% azalıb” - “Bloomberg”
-
Asfalt qatı dağıldığından ərazidə tıxac yaranır - VİDEO
-
Özü və bacısının mənzilləri söküldü, yeni tikilən binadan ev verilmədi - VİDEO
-
Sükan arxasında mobil telefondan istifadə edənlərə xəbərdarlıq - VİDEO
-
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - Səbəb nədir?
-
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar
-
Anomal istilər Azərbaycana yaxınlaşır - Xəbərdarlıq
TOP 10
ARXİV






