Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı

Tarix 24.04.24, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


“2024-cü ilin birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı “112” qaynar telefon xəttinə 170 məlumat daxil olub və yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb”.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciətində deyilir.

Qeyd olunur ki, son dövrlər avtonəqliyyat vasitələrində baş vermiş yanğınların təhlili onu göstərir ki, yanğınların əsas səbəbləri avtomobilin elektrik sistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrin yüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi, təhlükəli yüklərin düzgün daşınmaması, avtoqəzalardır.

“Nazirlik avtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərinə müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki, avtomobillərin texniki sazlığı daim nəzarətdə saxlanılmalı, izolyasiyası pozulmuş naqillər yeniləri ilə əvəz olunmalı, avtomobildə istehsalçı normalarını pozan dəyişikliklər edilməməli, təhlükəli yüklərin daşınması qaydalarına əməl edilməli və yanğına səbəb ola biləcək digər hallara yol verilməməlidir. Nəzərə alınmalıdır ki, avtomobilin salonunda siqaret çəkmək təhlükəlidir!

Həmçinin, hər bir avtomobil odsöndürən balonla təchiz edilməli və balonun saz və istifadəyə yararlı olması daim nəzarətdə saxlanılmalıdır. Odsöndürən balon sürücü üçün əlçatan yerdə, əsasən, avtomobilin salonunda saxlanılmalıdır”, - müraciətdə deyilir.
Xüsusilə vurğulanır ki, avtomobilin salonunda tüstü və ya yanıq qoxusunun yanğın əlaməti olması yaddan çıxarılmamalıdır:

“Avtomobildə alışma və ya yanğınla bağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırın və mühərriki söndürün. “112” qaynar telefon xəttinə məlumat verin və mümkündürsə, ilkin odsöndürücü vasitələrlə yanğını söndürməyə çalışın. Yanğın güclüdürsə, buna cəhd etməyin və təhlükəsiz məsafəyə (ən azı 10 metr aralıya) çəkilin.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”



Xəbərin oxunma sayı : 898




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap