Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Qərb Çin və Rusiyaya qarşı ən müasir silahları işə salır - Cənub-Şərqi Asiya regionunda nüvə silahı yerləşdirilib

Tarix 21.09.24, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


AUKUS (Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avstraliya) alyansı qabaqcıl texnologilar sahəsində üzv ölkələr arasında əməkdaşlığı genişləndirib. Bu sırada alyansın ekipajlı sualtı qayıqlarının avtonom sualtı nəqliyyat vasitələri ilə birləşdirilməsi və kvant hesablama texnologiyalarının istifadəsi diqqət mərkəzindədir. AUKUS bu texnologiyaları inkişaf etdirməklə Çinin bölgədə hərbi gücünə qarşı sipər çəkməyi planlaşdırır. Qərb analitiklərinin fikrincə, AUKUS ortaya real fəaliyyət qoymalıdır, əks halda bu birlik yalnız “başlığı” ilə diqqəti çəkəcək.

Bu arada, ABŞ, Böyük Britaniya və Avstraliya inteqrasiya olunmuş süni intellektə malik pilotsuz uçuş aparatlarını sınaqdan keçiriblər. Pilotsuz təyyarələrin yeni modeli operatora məsafədən hədəfləri tapmaq və məhv etmək imkanı verir. 

Bu modellər süni intellektdən istifadə edərək sürətlə hərəkət edən obyektlər haqqında məlumat vermək iqtidarındadır. Testlərin məqsədi düşmən hədəflərini müəyyən etmək üçün tələb olunan vaxtı azaltmaq idi. Əldə edilən nəticələr üç ölkə arasında hərbi sahədə məlumat mübadiləsinin üst səviyyədə olmasının və sıx əməkdaşlığın nümunəsidir. Təsadüfi deyil ki, Kanada da AUKUS təşkilatına maraq göstərir.

Beləliklə, AUKUS süni intellekt texnologiyalarını sınaqdan keçirir. Alyans sürətlə təkmilləşən texnologiyalardan tezliklə istifadə etməyə başlayacaq. AUKUS alyansının müasir texnolgiyalara yiyələnməsi və bu texnologiyaları bölgədə testdən keçirməyə başlaması Çin və Rusiyanı ciddi narahat edir. Rusiya və Çin AUKUS alyansına qarşı bölgədə hərbi təlimlərin sayını artırıblar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının Avstraliyaya öz hərbi infrastrukturunu təşviq etməsinə diqqət çəkib.

O qeyd edib ki, AUKUS ölkələri layihə çərçivəsində Cənub-Şərqi Asiya regionunda nüvə silahı yerləşdirib və bununla da bütün regionun təhlükəsizliyi üçün risk yaradır. ABŞ-ın bu bölgədə xeyli hərbi bazaya malik olması sirr deyil və bu bazalarda nüvə başlığı daşıya bilən raketlər yerləşdirilib. Çin və Rusiya buna qarşı öz aralarında ittifaqı gücləndirsələr də, ABŞ bölgədəki çoxsaylı müttəfiqləri və tərəfdaşları vasitəsilə hərbi konfiqurasiyasını istədiyi şəkildə formalaşdırmaq imkanına malikdir.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 814




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap