Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Vüqar Səfərli yenə narazıdır - Müsadirə olunan əmlaklarını geri istəyir + SİYAHI

Tarix 05.10.24, 15:48

Font ölçüsü : - / +
bitmap-img6


Həbsdə olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (ləğv edilib-red.) rəhbəri Vüqar Səfərli əmlak mübarizəsini davam etdirir.

"Qafqazinfo”nun məlumatına görə, eks-fond rəhbəri müsadirədə qalmış 8 əmlakını da geri istəyir.

Bu yaxınlarda Bakı Apellyasiya Məhkəməsi onun dövlət nəfinə alınmış 12 əmlakından 4-ünü müsadirədən azad etmişdi.

V.Səfərli həmin qərarla razılaşmır, qalan əmlaklarını da tələb edir. O, bu məqsədlə Ali Məhkəməyə müraciət edib. Şikayət ərizəsində yazıb ki, müsadirə edilmiş əmlaklar cinayət baş verən dövrdə alınmayıb.

Həmin əmlakların siyahısını təqdim edirik:

- "Mercedes Benz ML 350”, "Volkswagen Tuareg” və "Toyota Land Cruiser” markalı avtomobillər;

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi;

-İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi;

- Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi;

- Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi;

- Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;

- Banklardan birinin hesabında olan 300 min manat, həmin bankda oğlunun hesabına olan 500 min manat;

- Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat.

Kassasiya şikayəti icraata götürülüb. Yaxın vaxtlarda yüksək instansiya məhkəməsi qərarını açıqlayacaq.

Qeyd edək ki, V.Səfərli 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olub. 2021-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinən eks-fond rəhbəri 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.



Xəbərin oxunma sayı : 880




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap