![]() |
|
![](https://azfakt.com/photos/budce-manatjpg-16867223224.jpg)
![](https://azfakt.com/photos/52296.jpg)
![](https://azfakt.com/photos/230193.jpg)
![](https://azfakt.com/photos/daf311bd-e447-406f-a434-1900dd937bd5.jpg)
![](https://azfakt.com/photos/81956.jpg)
![](https://azfakt.com/photos/335913.jpg)
![](https://azfakt.com/photos/96023.jpg)
![](https://azfakt.com/photos/551612.jpg)
![](https://azfakt.com/photos/263828.jpg)
![](https://azfakt.com/photos/631660.jpg)
![](https://azfakt.com/photos/106436.jpg)
![](https://azfakt.com/photos/25122.jpg)
![](https://azfakt.com/photos/237142.jpg)
![](https://azfakt.com/photos/prezident155.jpg)
Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN
Tarix 10.10.24, 11:16 |
|
![bitmap-img6](https://azfakt.com/photos/2358087.jpg)
Prezident İlham Əliyev COP-öncəsi tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.
Mətndə deyilir:
"Hörmətli nazirlər,
Xanımlar və cənablar,
Mən sizi Bakıda keçirilən Pre-COP29 tədbirində salamlayıram.
İqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, lakin inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. İqlim dəyişmələri bütün dünyada insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində tərəqqiyə mane olur.
Burada Azərbaycan da istisna deyil. Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan su qıtlığı problemi ilə də üzləşir.
Azərbaycan bu təhdidlərin öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl artım” üzrə sosial-iqtisadi prioritetimizi uğurla reallaşdırırıq. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Zəngin külək və günəş enerjisi potensialımız bizə bərpa olunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpa olunan enerji mənbələrinə malikdir.
Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri yaşıl enerjiyə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur.
Qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirir.
Qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmimiz COP29 tədbirinə ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsinə gətirib çıxardı. Mən Azərbaycana verilən yekdil dəstəyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamının təzahürü hesab edirəm. Biz fəxr edirik ki, Cənubi Qafqazda və daha geniş regionda ilk COP Azərbaycanda keçiriləcək.
İxtiyarımızda bir ildən az vaxtın olmasına baxmayaraq, biz tam məsuliyyəti öz üzərimizə götürərək nəzərəçarpan nailiyyətlər əldə etdik. Qadınların, parlament üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunduğu inklüziv COP29 Təşkilat Komitəsi Bakı COP-una hərtərəfli hazırlıq işlərinin görülməsini təmin edir.
COP29 Sədrliyi “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bütün maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq edir, çoxsaylı səfərlər həyata keçirir və narahatlıqlarını nəzərə almaq üçün hamını dinləyir.
Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir.
Göstərilən səylərin davamlılığını təmin etmək məqsədilə müvafiq olaraq COP28, COP29 və COP30-un sədrləri qismində BƏƏ, Azərbaycan və Braziliya tərəfindən “İqlim Troykası” təsis edildi.
Azərbaycan sülh, maliyyə, insan kapitalı, su və bir sıra digər məsələləri ehtiva edən 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi hazırlayıb. Mövcud olan geosiyasi gərginlik fonunda “COP atəşkəsi çağırışı”nın aktuallığı daha da artır.
Qeyd etmək lazımdır ki, bu ilin sentyabrında Bakıda İtki və Zərərə Cavab Fondunun əməli fəaliyyətə başlaması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Bununla belə, qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, ən az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir.
COP29-un sədri qismində nə Azərbaycan, nə də digər dövlət başqalarının adından qərar qəbul edə bilməz. Bizim rolumuz danışıqlara dəstək vermək üçün platforma təmin etməkdən ibarətdir və inanırıq ki, bu rolumuzu qərəzsiz şəkildə yerinə yetirməkdəyik. Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş innovativ “Şamaxı məsləhətləşmələri” iqlim üzrə danışıqların gələcək inkişafı üçün səmərəli qeyri-rəsmi format rolunu oynaya bilər.
COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur.
Dəfələrlə vurğulandığı kimi, Bakı COP-u multilateralizm üçün həlledici sınaq olacaq. Beynəlxalq ictimaiyyətin uğursuzluğa düçar olmağa ixtiyarı yoxdur və Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bağlı razılaşma əldə olunmalıdır. Mən COP29-da bizim ümumi uğurumuz kimi tarixə düşəcək tarixi razılaşmanın – “Bakı Sazişi”nin əldə olunmasını gözləyirəm.
Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz.
Mən yaşıl dünya naminə həmrəylik ruhunda birgə fəaliyyət göstərmək üçün noyabrın 12-dən 13-dək Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində dövlət və hökumət başçılarını salamlamağa şad olaram.
Sonda sizə gələn ay Bakıda uğurlu nəticələrin əldə olunması ilə nəticələnəcək səmərəli müzakirələrin keçirilməsini arzulayıram.
Sağ olun."
Xəbərin oxunma sayı : 991
Siyasət
Xəbərlər
-
Sabah hava yağmursuz keçəcək, arabir duman olacaq - PROQNOZ
-
Leyla Süleymanlıya cərimə protokolu tətbiq edilib - 192.4-cü maddə
-
Dəm qazı kimi can alan plastik əməliyyatlar - qurbanları artıran səbəblər
-
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
-
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
-
Kolbasa istehsalında 2 min tondan çox artım - Rəqəmlər
-
“Bank işçiləri heç vaxt PİN kod tələb etmir” - DİN-dən çağırış
-
Prezidentin səsləndirdiyi fikirlər dünya mediasının gündəmində - Fotolar
-
Rus ordusunun son sutkadakı itkiləri açıqlandı - SİYAHI
-
“Ciyəraxşamı”ndan sonra kütləvi dava - Yaralananlar var
-
Bakıda ev almaq istəyənlərin nəzərinə - Bu ərazilərdə mənzillərin qiyməti…
-
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
-
Azərbaycanda elektromoillərin batareyalarının təkrar emalı mümkündür? - VİDEO
-
Ərdoğan əsirlikdən azad etmişdi - Zelenski səfir göndərir
-
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı - FOTO
-
Aybəniz Haşımova imicini dəyişdi - VİDEO
-
Mbappe Ronalduya görə təəssüfünü bildirdi - “Daha əyləncəli olardı“
-
“Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tarixi fürsət yaranıb“ - Hakan Fidan
-
Rövşən Rüstəmov ABŞ-dan 3 günə bahalı avtomobillər gətizdirib? - ADY-dən açıqlama
-
Ucarda məktəb binasına qaz xətti çəkilib, amma şagirdlər soyuq otaqlarda dərs keçirlər - VİDEO
-
“Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub“ - Orban
-
Maskın vəzifəsi məlum oldu - Narazılıqlar başladı
-
İlham Əliyev Ərdoğana məktub göndərib - TAM MƏTN
-
Bulvarda batma təhlükəsi olan qadın belə xilas olundu - VİDEO
-
“Azercell“ qaydaları pozdu, cəzalandırıldı - QƏRAR
-
Prezident Zaur Hüseynovu vəzifəsindən azad etdi: - Yeni təyinat + DOSYE
-
Bakıda satılan ən ucuz və ən bahalı 1 otaqlı mənzillər - FOTO
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTOLAR
-
Məleykə Əsədovanın uzun yarıqlı və sinə dekolteli geyimi - FOTO
-
Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı - Müdir işdən çıxarıldı
-
Feminist “Yuva“ maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun - VİDEO
-
İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşdi - DİQQƏT
-
Azad edilmiş ərazilərdə 602 nəfərin qalıqları tapılıb - RƏSMİ
-
Bank kartlarından oğurluqlar artır - Fişinq hücumları
-
Dövlət Su Ehtiyatları Agentliyində qanunsuzluqlar üzə çıxdı - Rəsmi yoxlama materialları yayıldı
-
Hərbçimiz şərti sərhəddə minaya düşüb - MN açıqladı
-
Təhsil Tələbə Krediti Fondunda milyonluq möqsanlar üzə çıxdı - Palata yoxlama faktlarını açıqladı
-
Bakıda daha bir narkotik tədarükçüsü tutuldu - Polis əməliyyatı - Video
-
“Mən Çinlə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm“ - Si Cinpin
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Prezident səfirləri geri çağırdı - Yeni təyinatlar
-
Bu metro stansiyanın tikintisi dayandırılıb - Pula görə...
-
Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO
-
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
-
Bakıda satılan ən ucuz və ən bahalı 1 otaqlı mənzillər - Fotolar
-
Səbail RMKTB məhkəməyə verildi - 835 minlik vergi borc var
-
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: “Hamamdan təzə çıxmışdım...“ - Şok təfərrüat
-
Daha 70 milyon manat Azərbaycana qaytarıldı - RƏSMİ
-
General-leytenantın polkovnik oğlu işdən çıxarıldı - FOTO
-
“NATO Rusiya ilə müharibəyə hazırlaşır“ - Lavrovun müavini
-
Türkiyə İraqda 11 terrorçunu məhv edib - VİDEO
-
Saray körpüsünün söküntüsünə başlanıldı - VİDEO
-
Həyat yoldaşı Bəşər Əsəddən boşanmaq istəyir - KİV
-
Direktor olmaq istədi, 98 min manatı getdi - TƏFƏRRÜAT
-
Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - Seyidovun müavini oldu
-
Türkiyənin qış möcüzələrini kəşf edin - FOTOLAR
-
Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Bu tarixdə
-
Yeni il şənliyi keçirənlərə xəbərdarlıq - Xüsusi qaydalar
-
Zakir Həsənov Türkiyə nümayəndə heyətini qəbul etdi - FOTO
-
Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
-
“İsraillə uzunmüddətli müharibəyə hazırıq” - Husilərin lideri
-
Abituriyentlərə xüsusi aparat satan şəxsə - 3 illik cəza verildi
-
General-leytenant təqaüdə göndərildi - MN-də daha bir dəyişiklik
-
Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
-
Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb - Qramı 150 manata
-
“Veysəloğlu“nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı - FOTO
-
Sevindik Hətəmov yüksək vəzifəyə gətirlir? - Büdcəyə “kəm baxmayan“ başçının gözqamaşdıran mülkləri...
-
Çinin nüvə arsenalı strateji vəziyyəti əsaslı şəkildə dəyişib - Ağ Ev
-
Ermənistan hökumətindən qayıdış hüququmuza hörmət etməyi tələb edirik - Qərbi Azərbaycan İcması
-
Aİ Ukraynaya 130 milyard avro yardım edib - Ursula fon der Leyen
-
Bakıda bu binada yaşayan 59 ailə təhlükə ilə üz-üzədir - VİDEO
-
“Türkiyə-İran əlaqələri regional sabitliyin təməlidir“ - Ərdoğan
-
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
-
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
-
Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül
-
At arabası ilə yolda qəza törətdi - Məhkəməlik oldu
-
“Demək olar ki, bütün NATO ölkələri Rusiya ilə döyüşür“ - Putin
-
Azərbaycan-Rusiya münasibətləri: Etibarlı tərəfdaşlıq və perspektivlər
-
Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır
-
Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir
-
Dövlət başçısı müsahibəsində Ermənistanla olan münasibətlərə toxundu
-
“ABŞ Suriyada hakimiyyətə gələnlərə qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir“ - Blinken
-
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
-
Azərbaycanın D-8-ə üzvlüyü ilə İƏT daha da güclənəcək - ŞƏRH
-
Yeni il bayramı ərəfəsində bazarlarda məhsul bolluğu var - VİDEO
-
TƏBİB-in vəzifəli şəxsinin ailə üzvü məhkəmədə - Faizə pul verdiyini etiraf etdi
-
Prezident İlham Əliye bu ölkələrə təşəkkür etdi - FOTO
-
Qafar Dəmirçi azadlığa buraxıldı - 8 milyonluq ziyanı ödəyib
-
Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib - Milli Məclis bəyanat yaydı
-
Xarici ticarət dövriyyəsində ixrac azaldı - Səbəb nədir?
-
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
-
“Keçmişə qayıtmaq imkanı olsaydı, Ukraynada “xüsusi əməliyyat“la bağlı düşünərdim“ - Putin
-
“Dedilər ki, Nərmin həkimin əlində ölən 4-cü adamdır...“ - Anası danışdı
-
Əli Əsədov Misirdə bu dövlət başçıları ilə görüşdü - Fotolar
-
İbrahim Cəfərovun bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi
-
Meyvə-tərəvəz ixracından gəlirlər 628 milyon dollar olub - Rəqəmlərdə azalma
-
Yaxın Şərq məsələsini Ərdoğanla müzakirə edirik - Putin
-
“Plazalar kralı” Aydın Dəmirçi oğluna görə üzr istədi - VİDEO
-
Nazirliyin şöbə müdiri yenidən məhkəmə qarşısında - Nədə ittiham olunub?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Gold Məkan“ tikinti şirkəti sakinlərin evini başlarına uçurur - ŞİKAYƏT
-
“Rusiyanın Ukrayna ilə danışıqlar aparmaq üçün heç bir ilkin şərti yoxdur“ - Putin
-
D-8 İslam həmrəyliyində mühüm rol oynayır - Əli Əsədov
-
Xırdalan şəhərinin mərkəzi yolu bərbad gündədir - FOTOLAR
-
Bayram günlərində saxta spirtli içkilər ola bilər - Xəbərdarlıq
-
“Sakitlik olanda darıxırıq, hərəkətlilik istəyirik” - Putin
-
“Limonçik Əli“ saxlanıldı: Maşın nömrələri oğurlayırlarmış
-
“AzInTelekom“un tenderində şübhəli məqam: vergi borcu olan şirkət qalib elan olunub
-
Çoxmərtəbəli bina təhlükə ilə üz-üzədir - VİDEO
-
Tovuz məktəbində tüstülənmə: 62 nəfər xəstəxanaya aparıldı
-
Rəsmi Bakıdan Fransa və ABŞ-a cavab - “Unutmayaq ki, əsl “namərdlik”...“
-
Sabiq icra başçısınınn qardaşı oğlanlarına cinayət işi açılıb - Bacı-qardaşa qarşı xuliqanlıq ediblər
-
“Teymur-M” MMC 12 milyonluq tenderin qalibi olub - Vergi borcu var
-
Bakıda bu ərazidəki evlər və bazar söküləcək - Rəsmi AÇIQLAMA
-
“Mərcan” klinikasının həkiminə 5 min manat verib plastik əməliyyat etdirib - 23 yaşlı Nərminin ölümü….
-
PKK-nın daha bir “məsul“ şəxsi Türkiyə ordusuna təslim oldu - VİDEO
-
2 nəfərin öldüyü tuneli tikən “Körpü-Bina-Tikinti” MMC-dən xəbər var - 138 milyonluq tender udub
-
Mahirlə Kloze arasında narazılıq - “Ona kin saxlamıram”
-
Artıq günün bütün vaxtları “pik saat“dır - Niyə taksi tapa bilmirik?
-
Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
TOP 10
ARXİV