Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Conson Rusiya-Ukrayna danışıqlarına mane olmasını belə əsaslandırdı - “Zelenskiyə dedim ki...”

Tarix 12.10.24, 17:59

Font ölçüsü : - / +
bitmap-img6


2019-2022-ci illərdə Böyük Britaniyanın Baş naziri olmuş Boris Conson xatirələrində Rusiyanın Ukraynanı işğal etməsindən sonra Kiyevə ilk səfərindən bəhs edib. O, müharibənin əvvəlində sülh danışıqlarına mane olması barədə ittihamlara da cavab verib.

Conson özünün günahkar bilinməsinə təəccübləndiyini bildirib.

“Bu, tam cəfəngiyyatdır. Ukraynalılar heç vaxt Putinin şərtləri ilə razılaşmaq fikrində deyildilər - belə bir şey olmayıb. Mən düşünmürəm ki, Ukrayna lideri, Zelenski və ya başqası Putinlə sülh sazişi üzrə danışıqlar aparıb, sonra Prezidentin ofisində beş dəqiqədən çox vaxt keçirə bilərdi”, - Conson davam edir.

Keçmiş baş nazirin sözlərinə görə, Almaniya və Fransa ərazi mübadiləsində sülh formulunu ehtiva edə biləcək bir razılaşmaya ümid edirdilər. Britaniyanın Baş naziri xatırələrində əvvəlcə Belarusda, sonra isə Türkiyədə aparılan danışıqlara çox şübhəli yanaşdığını ifadə edib.

“Rusiyanın təklifləri Ukraynanın alçaldılmasını, müstəqil ölkəni yenidən Rusiyanın vassalına çevirməyi nəzərdə tuturdu”,- deyən Conson belə planları planları “Zelenski və Ukrayna üçün azalmayan fəlakət” adlandırıb: “Amma mən təsəvvür edə bilərəm ki, sarsılmış ukraynalılar Putinlə qarşıdurmanın uzunmüddətli perspektivi barədə düşünə və özlərini o qədər tükənmiş və tək hiss edə bilərlər ki, onlar sadəcə təslim olmaq məcburiyyətindədirlər. Təsəvvür edə bilərəm ki, ukraynalılar təslim olmaq qərarına gəlsələr - ya da Rusiya ilə dəhşətli və qeyri-bərabər razılaşma əldə etsələr, Qərb o qədər zəifləyib və parçalanacaq ki, ruslar 2014-cü ildə olduğu kimi sanksiyalardan yaxa qurtaracaqlar".

Conson deyib ki, o, yalnız Zelenski ilə danışmaq və onu dəstəklədiyinə əmin etmək istəyir: “Ona danışıqların necə aparılacağını söyləmək və ya razılaşmanın həqiqətən ölkəsinin maraqlarına cavab verdiyinə inandığı halda onun razılığa gəlməsinə mane olmaq mənim işim deyil. Mən Ukraynanı həvəslə dəstəkləsəm də, ukraynalılardan daha ukraynalı ola bilməzdim. Zelenskiyə dedim ki, əgər o, döyüşməyə davam edərsə və ukraynalılar bunu istəsələr, Böyük Britaniyanın tam dəstəyinə arxalana bilər”.

“Mənim vəzifəm sövdələşmənin qarşısını almaq və ya Putinin gözəl “sülh planını” alt-üst etmək deyildi. Mənim işim sadəcə olaraq Zelenskini Qərbin dəstəyinə və hər şeydən əvvəl Böyük Britaniyanın dəstəyinə inandırmaq idi”, - deyə keçmiş Baş nazir yekunlaşdırıb.

Rusiya ilə Ukrayna arasında danışıqlar Rusiyanın Ukraynaya müdaxiləsindən dörd gün sonra başlayıb. 28 fevral, 3 və 7 mart 2022-ci il tarixlərində Belarusda keçirilib. Martın 29-da tərəflər Türkiyənin vasitəçiliyi ilə İstanbulda yenidən görüşüblər. 2022-ci ilin mayında danışıqlar tamamilə dayandırılıb.

AzPolitika.info



Xəbərin oxunma sayı : 760




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap