“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

SSRİ-yə qarşı qurulan məxfi təşkilat: “İldırım“ necə ifşa olundu? (VİDEO)

Tarix 04.11.24, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Baku TV-də "İldırım" təşkilatı haqqında araşdırma materialı yayımlanıb.

1942-ci ildə Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu, şərqşünaslar İsmixan Rəhimov və Hacı Zeynalov "İldırım" adlı təşkilat yaradırlar.

Zamanla sayları 8 nəfərə çatan bu təşkilatın üzvləri Bakı Dövlət Universitetinin tələbələri idi. "İldırım"ın əsas məqsədi Azərbaycanı Sovet İttifaqından ayırmaq, 1937-38-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların bəraət almasına nail olmaq, eləcə də Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq olub.

Repressiyanın tüğyan etdiyi bir vaxtda belə bir təşkilatın qurulması vətən sevgisinin çox yüksək həddə olduğu insanlarla mümkün idi.

"İldırımçılar" qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna məktub yazaraq dəstək istəsinlər.

Gülhüseyn Hüseynoğlunun diktəsi ilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətdə məktub yazır. Onlar düşünürlər ki, "Dönməzlər" imzası ilə yazılmış bu məktub əl yazısı ilə yazılmadığından ələ keçsə, xəttini tanımayacaqlar. Lakin məktub Səməd Vurğun tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə çatdırılır. Bu faktı da İsmixan Rəhimovun özü şəxsən təsdiq edib.

Amma Səməd Vurğunun başqa şansı yox idi, çünki onun özü də təqib olunurdu.

1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsi ilə əldə edirlər.

Xəttatlıq elmi Sovet İttifaqında elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar. 9 ay izləyəndən sonra onu, daha sonra G.Hüseynoğlunu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarı ilə İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalova güllələnmə cəzası verilir. O illərdə güllələnmə cəzası müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Digər üzvlər isə 10 il həbs cəzasına məhkum edilirlər.

Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmaq qərarı verilir və 1955-ci ilin mayında "İldırımçı"lar evlərinə qayıdırlar. 1980-ci illərin sonlarında milli-azadlıq mübarizəsinin başlaması ilə "İldırımçı"lar, nəhayət ki, gözlədikləri günə addım-addım yaxınlaşırlar. Bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanı görə bilməsələr də, "İldırımçı"ların ruhu artıq şaddır.

Ətraflı süjetdə:




Xəbərin oxunma sayı : 853




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap