“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakıda film kimi qalmaqal: Evə baxıcı kimi girib milyonluq mirası mənimsədi

Tarix 23.11.26, 16:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın hüquq və məhkəmə tarixində analoqu görünməmiş, insanı dəhşətə gətirən tamahkarlıq, xəyanət və mütəşəkkil cinayət dramının şokedici detalları bir-bir üzə çıxır.

AzFakt.com xəbər verir ki, əsəbi və ağır nevroloji xəstəlikdən əziyyət çəkən ahıl ataya baxmaq bəhanəsi ilə evə gətirilən qadının qurduğu məkrli ssenari, milyonluq var-dövlətin sistemli şəkildə talanması və bu özbaşınalığa açıq-aşkar hüquqi “çətir” yaradan məsul şəxslərin əməlləri dəhşət saçır.
Kasıb bir baxıcının qısa müddətdə milyonçuya çevrilməsi və ədalət mühakiməsinin bu faktlar qarşısında susması böyük bir korrupsiya mexanizmindən xəbər verir.

Yatmağa yeri olmayan qadının məkrli planı: Övladların xəbərdarlığı niyə qulaqardına vuruldu?
Hər şey mərhum Məmməd Budaqovun səhhətində kəskin problemlərin yaranması ilə başladı. Xəstə geyinib-soyunmağı belə bacarmırdı və evdə onunla bərabər 88 yaşlı qoca anası da yaşayırdı. Günlərin birində ailənin o zamankı sürücüsü Elman evə Dürdanə Xəlilova adlı bir qadını gətirdi. Uşaqların bu qadının gəlməyindən ümumiyyətlə xəbəri yox idi; ata sadəcə övladlarına bildirmişdi ki, onu özünə və anasına baxıcı kimi gətirib. Uşaqlar bu qadını görəndən sonra dərhal atalarını xəbərdar etmişdilər ki, bu sadəcə bir baxıcı deyil, var-dövləti ələ keçirmək üçün əvvəlcədən bir neçə adamın qurduğu tələdir. Oğlanların bu qadının əsl məqsədini biləndə etdikləri sərt etirazı sonradan əmiləri və bibisi də təsdiq edir. Lakin Məmməd Budaqov xəstə olduğu üçün baş verənləri dərk etmirdi və övladlarını dinləmədi.

Məmməd Budaqovdan 27 yaş kiçik olan, əvvəllər bir neçə dəfə ailə həyatı quran və övladı olmayan Dürdanə Xəlilovanın kimliyi isə tam bir müəmmadır. O, hətta yatmağa belə yeri olmayan, təcili yardımda sadəcə dispetçer kimi işləyib. Dispetçer qadın evə daxil olandan sonra hər şey tamamilə dəyişdi və onun vəziyyəti daha da pisləşdi.

Saxta nikah və “canfəşan” notarius: İslam Mirzəzadə faktoru
Dürdanə Xəlilovanın qurduğu sxemin növbəti mərhələsi rəsmi sənədlərin saxtalaşdırılması oldu. 2022-ci ildə xəstə adamın adından özünə saxta nikah müqaviləsi rəsmiləşdirdi. Məmməd Budaqovun həmin sənədlərdəki imzalarında açıq-aşkar fərqlər görünürdü. Bu prosesdə 29 saylı notarius İslam Natiq oğlu Mirzəzadənin xüsusi canfəşanlığı dərhal diqqəti cəlb edir.

Ən şokedici məqamlardan biri isə odur ki, notarius İslam Mirzəzadə 2025-ci il tarixli komissiya və təkrar komissiya ekspertizalarının (xəstənin fəaliyyət qabiliyyətinin olmaması barədə) rəyləri ortada olduğu halda vərəsəliyi onların xeyrinə tanıyıb. Hətta məhkəmənin mülklə bağlı həbs qərarı olmasına baxmayaraq, o, evin bir hissəsini qanunsuz olaraq bu qadının adına keçirib.

Milyonluq var-dövlətin qrup halında talanı: Vahid Qurbanov və Rəşad Xəlilov ssenarisi
Bütün bu ssenarinin içində əvvəldən Dürdanənin tanışı Vahid İsa oğlu Qurbanov və qadının öz qardaşı Rəşad Xəlilov bilavasitə iştirak ediblər. Məmməd Budaqovun doğma oğulları, qardaş-bacıları olduğu halda, onunla heç bir qohumluq əlaqəsi olmayan, tamamilə yad bir adam – Dürdanənin tanışı Vahid Qurbanov xəstə adamdan etibarnamə alıb. Vahid və Dürdanə bu etibarnamə vasitəsilə milyonluq evləri, bağları və pulları birlikdə ələ keçiriblər.

Qrup halında mənimsəmənin mexanizmi sadə və amansız olub: sürücü Elmanın adına olan ev və Rəşid Budaqovun adına olan bağ evi əvvəlcə qardaş Rəşad Xəlilovun adına keçirilib, daha sonra isə bacısı Dürdanəyə bağışlanıb. Yatmağa yeri olmayan bu qadın var-dövləti ələ keçirəndən sonra evlərə, bağlara, əmanət kassasındakı pullara, qızıl-zinət əşyalarına və hətta bahalı antik qab-qacağa sahib çıxıb. Bütün bunları əldə etdikdən sonra isə o, cəsarətlə “Budaqova” soyadını götürüb və təsir imkanlarından istifadə edərək hansısa yollarla özünü 1 saylı Körpələr evinə (uşaq evinə) müdir (baş həkim) təyin etdirib.

Hüquqi “çətir”: Ekspertiza rəylərinə rəğmən cinayət işinə kimlər mane olur?
Təkrar komissiya ekspertizasının xəstənin illər əvvəldən fəaliyyət qabiliyyətini itirməsini təsdiqləməsinə və bir qrup adam tərəfindən etibardan sui-istifadə edilərək dələduzluq yolu ilə külli miqdarda əmlakın ələ keçirilməsinin sübut olunmasına baxmayaraq, bu günə kimi cinayət işi başlanmayıb. Hüquq-mühafizə və məhkəmə orqanlarında bu mütəşəkkil dələduzluğa açıq şəkildə “krışalıq” edilir:

Apellyasiya şikayətinə baxan hakim Xumar Mərdanova heç bir araşdırma aparmadan, faktları yoxlamadan Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın haqsız qərarını birbaşa təsdiq edib.

İşdə kifayət qədər sübutlar olmasına baxmayaraq, istintaqa nəzarət edən Nəsimi rayon prokurorunun müavini Fərid Dadaşov və Bakı Şəhər Prokurorluğunda polisə nəzarət idarəsində fəaliyyət göstərən Emil Məhərrəmov cinayət işinin başlanmasına qəti şəkildə mane olurlar. Nəsimi prokurorluğu külli miqdarda əmlakı ələ keçirmə faktlarına və istintaq materiallarına düzgün hüquqi qiymət verməyib.

Bakı Baş Polis İdarəsində təhqiqatçı Şövqü Əhmədov tərəfindən ilkin təhqiqat aparılan zaman Dürdanənin qardaşı Rəşadın dindirilməsində çoxlu ziddiyyətlərin olması faktı da ortadadır və bu ziddiyyətlərin üstündən sükutla keçilir.

Budaqov ailəsinin apardığı bu mübarizə artıq fərdi miras məsələsindən çıxaraq, Azərbaycan cəmiyyətində aciz insanları hədəf seçən dələduz şəbəkələrinə və onlara dövlət qurumlarında rəvac verən məmur-hakim məsuliyyətsizliyinə qarşı ədalət döyüşünə çevrilib.

Görəsən, bu qədər dəlil-sübut, ekspertiza rəyləri və şahid ifadələri qarşısında ədalət nəhayət bərqərar olacaq, yoxsa “qanunun aliliyi” prinsipi kağız üzərində qalacaq? (yenicag.az)





Xəbərin oxunma sayı : 184




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap