“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT!

Tarix 23.11.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Avtomobil elanları saytında yerləşdirilən 1983-cü il buraxılışlı "LADA (VAZ) 2106" modeli fantastik qiyməti ilə diqqət çəkib.

AzFakt.com xəbər verir ki, Bakıda fəaliyyət göstərən avtosalonlardan biri tərəfindən satışa çıxarılan bu avtomobil üçün nə az, nə çox — düz 89 777 manat məbləğ tələb olunur.

Müqayisə üçün bildirək ki, yerli avtomobil bazarında buraxılış ilindən və texniki vəziyyətindən asılı olaraq standart "VAZ-2106" modellərinin orta qiymət aralığı adətən 3 000 – 8 000 manat civarında dəyişir. Yalnız xüsusi kolleksiya dəyəri daşıyan və ideal vəziyyətdə saxlanılan nadir nüsxələrə yüksək məbləğlər qoyulur ki, bu elandakı qiymət hətta həmin kateqoriya üçün də rekord göstərici hesab olunur.

Elandakı məlumatlara əsasən, göy rəngli sedanın bu qədər baha qiymətləndirilməsinin əsas səbəbi onun yürüşü və toxunulmaz qalmasıdır. Belə ki, 43 il əvvəl Rusiya bazarı üçün istehsal olunan avtomobil cəmi 2 200 kilometr yol qət edib.

Satıcı nəqliyyat vasitəsinin heç bir vuruğunun olmadığını, zavod boyasının üzərində qaldığını və ümumiyyətlə rənglənmədiyini qeyd edib. Avtomobil 69 at gücünə malik 1,3 litrlik benzin mühərriki, mexaniki sürətlər qutusu və arxa ötürücü sistem ilə təchiz olunub./yenisabah.az/




Xəbərin oxunma sayı : 202




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap