| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Media özü, bir növ, siyasətdir” - Rəşad Məcid
Tarix 30.11.24, 16:03 |
|
Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azərbaycan jurnalistikasında müşahidə olunan yeni meyillər və ortaya çıxan problemlərlə bağlı “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib.
AzFakt.com həmin müsahibəni təqdim edir:
- Media fəaliyyətinə başladığınız dövr və bu günü müqayisə etsək, müsbət və mənfi yöndə hansı dəyişikliklər var? Müasir medianın əsas problemləri nələrdir?
- Mən mətbu fəaliyyətə hələ sovet dönəmində 110 min tirajla nəşr olunan “Elm və həyat” jurnalında korrektor kimi başlamışam. Bu sahədə, demək olar, ən aşağı vəzifədən tutmuş bütün vəzifələrdə çalışmışam. Sovet dövründə senzura mühiti hökm sürürdü, mətbuatda dövlət sirlərinin mühafizəsi ilə bağlı qurum – baş idarə mövcud idi.
Ötən əsrin 90-cı illərin əvvəllərində “Ədalət”, “Azərbaycan” qəzetlərində çalışmışam. Nəhayət, 1992-ci ildə “525-ci qəzet”i təsis etdim. 1998-ci ilin avqustunda ulu öndər Heydər Əliyevin fərmanı ilə haqqında söz açdığım baş idarə ləğv edildi, senzura aradan qalxdı. Bu, son dərəcə böyük addım idi. Müharibə təhlükəsinin sovuşmadığı ölkədə mətbuat üzərindən məhdudiyyətləri aradan qaldırmaq cəsarət tələb edirdi ki, ulu öndər də məhz belə bir xarakterin sahibi idi.
Ancaq senzuranın ləğvi yalnız müsbət meyillərlə səciyyələnmədi. Mənfi cəhətlər də özünü göstərdi. Əlbəttə, zamanla onların sıradan çıxdığını gördük. Bir məqam var ki, mətbuat özü tamam başqa müstəviyə qədəm qoydu. Texnoloji yeniliklər sözünü deməyə başladı. Bu dəfə həmin yeniliklərin gətirdiyi problemlərlə üzləşməli olduq. Nəticədə indi görürük ki, klassik jurnalistikamızın ənənələri, o cümlədən, publisistika, araşdırma jurnalistikası yeni medianın dinamik, qıvraq iş üslubu ilə rəqabətdə, bir növ, tarixə çevrilməkdədir. Bu isə dərin təəssüf hissi doğurmaqdadır.
Ümumən, o zaman mühit başqa idi. Problemlər özünü tam fərqli müstəvilərdə göstərirdi. Əlbəttə, həmin dövrün neqativ tərəfləri olduğu kimi, müsbət tərəfləri də vurğulanmalıdır. Ancaq problemlərə dövrləri müqayisə prizmasından yanaşmaq düzgün olmaz.
Azərbaycan böyük inkişafa nail oldu, bir çox ölkələrin gedə bilmədiyi yolu çox qısa müddətdə qət etdi. Nəzərə alaq ki, otuz il tarix üçün elə böyük zaman kəsiyi sayılmır. Ancaq Azərbaycan ötən müddəti tarixə çevirməyi bacardı. Hesab edirəm ki, ən böyük nailiyyətimiz budur. Başlıca məsələ medianın nailiyyətlərdən nə dərəcədə faydalanmasıdır.
Düşünürəm ki, media, ümumən, ölkəmizin iqtisadi inkişafından özünə pay götürməyi bacardı və inkişaf etdi. İnkişaf üç istiqamətdə getdi. Birincisi, mediamız ilk növbədə söykəndiyi ənənələri əsas tutdu. İkincisi, yeni peşəkarlıq vərdişləri əldə etdi. Üçüncüsü isə zaman mediamız qarşısında daha bir vəzifə müəyyənləşdirdi. Söhbət dünya mediasına inteqrasiyadan gedir. İnteqrasiya baxımından həm Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, həm də xarici təcrübənin, yeni texnologiyaların tətbiqi əsasdır.
Problemlərə gəlincə, bəli, onlar var və olacaq da. Əslində, dünya mediası da çətinliklərdən xali deyil. Burada peşəkarlığın dərinləşdirilməsindən tutmuş, bir sıra məqamları vurğulamaq mümkündür. Fikrimcə, əsas olan problem və çətinlikləri aradan qaldırmaq əzmidir ki, bu istiqamətdə səylərin olduğunu görürük. Hesab edirəm ki, əvvəlki dövrlə indiki dövrü birləşdirən başlıca cəhət elə budur. O dönəmdə də Azərbaycan mediası mübariz olub, indi də eyni təbiətdədir.
- Ölkəmiz bu yaxınlarda COP kimi nəhəng bir tədbirə ev sahibliyi etdi. Sizcə, mediamız tədbiri lazımınca işıqlandıra və bu sınaqdan üzüağ çıxa bildi? Çatışmazlıqlar nə idi? Bu tip beynəlxalq tədbirlərin daha yaxşı işıqlandırılması və beynəlxalq auditoriyaya daha yaxşı çıxmağımız üçün mediamıza nə lazımdır?
- Bəribaşdan deyim ki, mediamız COP29 sınağından üzüağ, alnıaçıq çıxmağı bacardı. Bununla bağlı təəssüratlarımı yazı şəklində bölüşdüm. COP29-un işıqlandırılması xüsusunda çətinliklər, çox güman, olub. Ancaq hesab edirəm ki, onlar gözlə görüləcək səviyyədə deyildi və zamanla ayrı-ayrı sistematik təhlillər nəticəsində müəyyən detallar üzərində dayanmaq, nəticə çıxarmaq mümkündür.
Əvvəla, COP29 media təmsilçilərimizin kommunikabelliyini gücləndirdi. Bütövlükdə sessiyanın və onun tərkib hissəsi olan panel müzakirələrin işıqlandırılması, müxtəlif ölkələrdən gələn yüksək səviyyəli iştirakçılarla, ictimai-siyasi xadimlərlə müsahibələrin aparılması zamanı jurnalistlərimizin xarici dil biliklərini nümayiş etdirmələri çox təqdirəlayiq hal idi.
Digər tərəfdən, COP29-un başlıca mövzusuna, iqlim dəyişmələri, ekoloji vəziyyət və onun təzahürlərinə dair qlobal məsələləri öyrənmək özü ayrıca təcrübədir. Bakının bu məsələlərin geniş miqyasda müzakirə meydanına çevrilməsi, istər-istəməz, mediamızın da mövcud istiqamətdə yeni biliklərə yiyələnməsinə, peşəkarlığının artmasına şərait yaratdı.
Bundan başqa, Azərbaycan mediası COP29-la bağlı məsələlərin işıqlandırılmasında xarici media üçün istinad mənbəyi oldu. İstinad, təbii ki, etimad və etibarlılıq mövcud olduğu təqdirdə yaranır. Hesab edirəm ki, jurnalistlərimiz COP29 çərçivəsində reallaşmış ayrı-ayrı tədbirlərin mahiyyətini düzgün formada, yüksək peşəkarlıqla çatdırdıqlarından, verilən mesajları səlis şəkildə işıqlandırdıqlarından onlara ciddi inam yarandı. Ümumən, mediamızın COP29 sınağından üzüağ, alnıaçıq çıxdığını sübuta yetirən cəhətlər kifayət qədər çoxdur.
- Azərbaycan mətbuatı bu gün nə dərəcədə rəqabətədavamlıdır? Dünyanın qabaqcıl ölkələrinin mətbuatında olan, bizdə olmayan nədir?
- Rəqabətə davamlılıq önəmlidir. Ümumən, rəqabətə üç kontekstdə yanaşmaq istərdim. Birincisi, media orqanlarının bir-biri ilə rəqabəti, ikincisi, medianın zamanın dəyişən iqtisadi şərtləri fonunda rəqabətədavamlılığı, üçüncüsü isə informasiya yayıcılığı imkanları daxilində rəqabət. Əlbəttə, hər üç istiqamət üzrə işini uğurla qura bilən media orqanlarımız var. Amma mütləq mənada demək olmaz ki, onların hamısı bunu bacarırlar və mövcud durum, hansısa mənada, təbii sayılmalıdır.
Düşünürəm ki, başlıca dəyər ictimai maraqlar, cəmiyyətin mənafelərinin təminatı olmalıdır. Media bu mənafelər naminə nə qədər çox çalışacaqsa, nə qədər çox peşəkarlığa üstünlük verəcəksə, bir o qədər onun mövcudiyyət müddəti uzun olacaq.
Dünya mediası ilə müqayisəyə gəldikdə, əslində, bunu bir o qədər düzgün saymıram. Müəyyən məsələlər var ki, ona yanaşma da müxtəlifdir. Əlbəttə, gözlə görünən məqamlar var. Bu baxımdan texniki təchizat və maddi təminat amili üzərində dayanmaq mümkündür. Əlbəttə, sadə məntiqlə düşünsək, 600 manat əməkhaqqı alan jurnalistlə 6 min avroya çalışan jurnalisti bir eləmək olmaz. Aydındır ki, ikinci yaradıcılığa daha kreativ yanaşacaq, onun düşünmək imkanları xeyli geniş olacaq və sair.
Bir vaxtlar çox çalışdıq, ancaq reklam bazarının məhdudluğu, çap mediasının onlayn media ilə rəqabətə uduzması fonunda yaşanan proseslər ümumən, medianın biznes strukturuna çevrilməsinə imkan vermədi. Çünki daha dinamik və çevik fəaliyyət üçün maliyyə imkanları məhdud oldu. Bütün bunlara rəğmən onu da deyim ki, Azərbaycanda rəqabətədavamlı media orqanları formalaşdırmaq əzmi var. Bu baxımdan, ilk növbədə, dövlət dəstəyi üzərində dayanmalıyıq. Hesab edirəm ki, bu dəstək fundamentaldır. Fikrimcə, irəliləyişləri görmək çox zaman almayacaq. Həm də ona görə ki, hazırda informasiya və media amili qlobal mahiyyət daşıyır. Bəzən ondan dövlətlərin taleləri asılı olur. Mövcud tendensiya daha da güclənəcək. Güclü media həm də güclü dövlət anlayışı ilə assosiasiya olunursa, deməli, birinci amilin özünü sözün bütün anlamlarında təsdiqləməsi zamanın diktəsidir.
- Bu gün mətbuatımızın elm və təhsil istiqaməti üzrə fəaliyyətini necə dəyərləndirirsiniz?
- Ümumən, mediamızda ixtisaslaşmanın dərinləşməsinə ehtiyac var. Siz elm və təhsil istiqaməti üzrə dediniz. Əslində, digər sahələrdə də eyni problemlər qalmaqdadır. Əlbəttə, bu kimi məqamlar media cameəsini düşündürməlidir və düşündürür də. Ancaq fikrimcə, əlaqədar qurumlar də jurnalistikada ixtisaslaşma dərəcəsinin güclənməsində maraqlı olsalar, daha effektiv nəticələr əldə edilə bilər. Məsələn, müxtəlif qurumlar Mətbuat Şurasına birgə müsabiqə ilə bağlı müraciətlər edirlər. Biz öz növbəmizdə bu müsabiqələrin təşkilində maraqlıyıq və dəstəyimizi göstəririk. Görürük ki, müəyyən qənaətbəxş nəticələr var. Ayrı-ayrı media təmsilçiləri püxtələşirlər.
Əlbəttə, daha yaxşı olardı ki, ixtisaslaşma sistemli aparılsın. Yəni bu gün təhsil sahəsinə cavabdeh qurum öz fəaliyyəti ilə bağlı cəmiyyətin obyektiv şəkildə məlumatlandırılmasını istəyirsə, bu istiqamətdəki jurnalist yaradıcılığını təkmilləşdirməyi də nəzərə almalıdır. Nəzərə alaq ki, təhsil sahəsində fundamental biliklərə malik, yeni nailiyyətləri mənimsəmiş jurnalist həm də belə demək mümkünsə, aktiv təhsil lobbiçisi funksiyasını yerinə yetirməkdədir.
- Bu gün bir çox mətbu orqanları “şagird şagirdi döydü, xəsarət yetirdi” kimi məişət səviyyəsində olan məsələləri daha çox işıqlandırır. Sizcə, bu, nədən qaynaqlanır? Bu tip məlumatların cəmiyyətin inkişafına, maarifləndirilməsinə bir töhfəsi varmı? Ümumiyyətlə, bu sahədə ən çox hansı yazılara ehtiyac var? Hansı tövsiyələri verə bilərsiniz?
- Bəli, təəssüf ki, qeyd etdiyiniz neqativ, ucuz sensasiya yaratmaq meyilləri var. Yenə də bildirim ki, eyni xoşagəlməzliklər, naşı və qeyri-peşəkar yanaşmanın arealı digər sahələri də əhatə etməkdədir. Düşünürəm ki, hazırda informasiya, onun məzmunundan asılı olmayaraq, dinamik struktura malikdir. Müxtəlif sahələr, o cümlədən, təhsil sahəsi ilə bağlı neqativ məlumatların yayılmasının qarşısının alınması üçün isə ilk növbədə, həssas davranılmalıdır.
Konkret bir məktəbdə şagirdin şagirdə xəsarət yetirməsi kimi informasiya yayılırsa, əlaqədar dövlət qurumu məsələyə çevik və təxirəsalınmaz reaksiya nümayiş etdirməlidir. Hesab edirəm ki, belə olduqda informasiyanın mənfi və reallıqdan uzaq təzahürünün cəmiyyətdə neqativ təsirlər formalaşdırmasının qarşısı tez bir zamanda alınacaq.
Hansı yazılara ehtiyacın daha çox duyulduğuna gəldikdə, əlbəttə, dövlətin təhsil siyasətinin incəliklərinin təhlil olunduğu materiallar zəruridir. Çünki cəmiyyət üzvləri mövcud istiqamətdə özlərinin malik olduqları hüquqları daha yaxşı dərk etməli, yeniliklərdən ətraflı və detallı şəkildə xəbərdar olmalıdırlar.
- Jurnalistikanın tədris olunduğu ali təhsil müəssisələrində bu sahənin müxtəlif qolları üzrə ixtisaslaşma olmalıdırmı? Sizcə, necə bir sistem yaradılmalıdır ki, yekunda daha savadlı və peşəkar kadrlar hazırlansın?
- Ümumən, jurnalistikada ixtisaslaşma əsaslı işə çevrilməlidir. Doğrudur, ali məktəblərimizin jurnalistika fakültələrində tədrisdə ciddi nailiyyətlər var. Sırf sahələr üzrə ixtisaslaşma isə bir fakültənin işi ola bilməz. Fikrimcə, bunun üçün jurnalistika üzrə ayrıca təhsil ocağına ehtiyac var. Ehtiyac hər ötən gün daha çox hiss olunmaqdadır. Çünki informasiya artıq yalnız məlumat vermək deyil, həm də ictimai rəy formalaşdırmaq işi olaraq, daha çox ön plandadır. Media özü, bir növ, siyasətdir. Bu siyasətin isə bütün tərəflərinin nəzərə alınması mütləqdir.
- Jurnalistika fakültələrində təhsil alan tələbələrin praktiki bacarıqlarının aşağı səviyyədə olduğunu görürük. Düzdür, son illərdə aparılan islahatlarla bu problem müəyyən qədər həllini tapıb. Maraqlı layihələr icra olunur. Bəlkə tədris müddətinin 1 ilinin məhz təcrübəyə ayrılması daha faydalı olar?
- Təhsildə təcrübə amilinə həssas yanaşılma şərtdir. Hazırda bununla bağlı müvafiq mexanizm tətbiq edilir. Təcrübə müddəti ilə bağlı dəyərləndirmələrin isə hesab edirəm ki, təhsil peşəkarları tərəfindən aparılması daha münasib olardı.
Əsas məsələ həm də təcrübənin səmərəliliyini təmin etməkdir. Əlbəttə, burada fərdi amillər əsas rol oynayır. Əgər hansısa jurnalist-tələbə peşəyə sevgi ilə yanaşırsa, təbii ki, o, özünə yol açmaq üçün əzmlə çalışacaq, yeniliklərə daha çox vaqe olacaq.
Qeyd edim ki, mən də bir müddət jurnalistika fakültəsində praktik yaradıcılıqdan dərs demişəm. “525-ci qəzet”də gənc jurnalistlərin təcrübi biliklərə yiyələnmələri üçün onlara səhifələrin ayrılması təcrübəsi olub. Çünki özüm jurnalistika fakültəsində təhsil aldığımdan yazmaq qabiliyyətinin, peşə vərdişlərinin formalaşmasının praktikadan asılılığını dərk etmişəm.
Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Mətbuat Şurasının auditoriyası fəaliyyət göstərir, eyni zamanda, ARB telekanalının otağı var. Bu günlərdə Medianın İnkişafı Agentliyinin auditoriyası yaradıldı. “Xalq qəzeti”nin də debat otağı fəaliyyətə başlamaq üzrədir.
İki ildir ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclasları fakültədəki auditoriyamızda tələbə-gənclərin iştirakı ilə keçirilir. Bu yolla tələbələr iş prosesində yol verilən nöqsanlarla, peşə prinsiplərinin pozulması halları ilə əyani şəkildə tanış ola bilirlər. Hesab edirəm ki, bu, onların gələcəkdə səhvlərdən uzaqlaşması üçün sığortadır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, jurnalistlərin praktik yaradıcılıqla məşğul olmaq imkanları xeyli genişlənib.
Bir xüsusa da diqqət yetirim. Dost və qardaş Türkiyədə görmüşəm ki, böyük televiziyalar, media holdinqlər jurnalist olmaq istəyən azyaşlılar üçün liseylər açırlar. Yəni, faktiki olaraq, orta məktəb dövründən bu işə başlanılır. Yəni, belə demək mümkünsə, bünövrədən təcrübənin əhəmiyyətinə həssas yanaşılır. Arzu edək ki, bizdə də belə bir durum formalaşsın, imkanlara sahib olaq.
Ümumən, jurnalistika elə bir sahədir ki, onu bir, beş, on ilə öyrənmək olmur. Çünki daim dəyişir. Ayaqda qalmaq üçün dəyişikliyə adekvat reaksiya son dərəcə vacibdir.
- Yaradıcılıq janrları sanki sıradan çıxıb. Bunun səbəbini nədə görürsünüz? Bu janrlar öz dövrünü başa vurub, yoxsa yaza bilənlərin sayı azalıb?
- Bəli, bir sıra yaradıcılıq janrları sıradan çıxıb və bu da təəssüf hissi doğurmaqdadır. Ancaq deməzdim ki, janrlar ömrünü başa vurublar. Ən azından, bu fikri yaxın qoymuram. Baxmayaraq ki, hazırda jurnalistikanın hədəflərinin tam fərqli olduğu da diqqətimdən yayınmır. Axı, nəzərə almalıyıq ki, jurnalistika, eyni zamanda, zövq işidir, estetikadır. Buna görə də publisistika koloritinin öz aktuallığını qoruyacağı qənaətindəyəm.
Bəs, nə üçün indi publisistik dəst-xəttə az üstünlük verilir? Fikrimcə, bu, dövrün xüsusiyyətindən irəli gələn cəhətdir. Sadaladığımız problemlər janr müxtəlifliyinin aradan qalxmasına təsirini göstərir. Düşünürəm ki, zamanla daşlar yerinə oturacaq. Hər halda, buna ümid bəsləyirəm.
- Bu gün yazının oxucuya çatması üçün müasir media alətlərindən istifadə etmək olar, bu sahədə SEO texnologiyalarının tətbiqi mümkündür. Sizcə, universitetlərdə tələbələrə medianın marketinq tərəfi ilə bağlı bacarıqlar öyrədilir?
- Yaxşı yazı mütləq oxucusunu tapacaq. Əlbəttə, media alətlərindən istifadənin əhəmiyyətini kiçiltmək istəmirəm. O cümlədən, media marketinqinin düzgün qurulmasının vacibliyini qəbul edirəm. Media konvergensiya mərhələsindədir və informasiyanın cəmiyyətə çatdırılma alətlərinin sayının artdığı diqqətdən yayınmır. Təbii ki, həmin alətlərə bələdçilik oxucu auditoriyasına daha səmərəli şəkildə çatma imkanları deməkdir.
O ki qaldı tələbələrə müasir marketinq üsullarının çatdırılmasına, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bu iş yetərincə düzgün qurulub. Bakı Slavyan Universitetində də həmçinin. Ümid edək ki, nəticələr özünü çox gözlətməyəcək.
- Süni intellekt həyatımızın bir parçasına çevrilir. Bunun mediaya təsirini, təhlükəlilik səviyyəsini necə qiymətləndirirsiniz? Beyin məhsulu bir müddət sonra aktuallığını itirə bilərmi? Süni intellektlə davranışımız necə olmalıdır?
- Əlbəttə, süni intellektin verdiyi imkanlar genişdir və genişlənməkdə davam edir. Bəzən onun insanların yerinə düşündüyünə dair da mesajlar gəlməkdədir. Ancaq, fikrimcə, süni intellekt tam mənada beyin məhsulunun yerini verməyəcək.
Dünyada ictimai rəyi formalaşdıran media orqanlarının fəaliyyətinə diqqət yetirək. Onlarda çalışanlar, hər gün tamaşaçılar, dinləyicilər qarşısına çıxan jurnalistlərdir, hansısa süni intellekt məhsulu yox. Mən polemikanın, aparılan müzakirələrin əhatə dairəsinin genişliyinə nəzərən də düşünürəm ki, süni intellektin insan düşüncəsini əvəzləməsi mümkünsüzdür.
Hesab edirəm ki, süni intellekt jurnalistikada effektiv köməkçi vasitə kimi özünü doğruldacaq. Nəinki doğruldacaq, eyni zamanda təsdiqləyəcək. Məhz bu təsdiqləmə fonunda insan, konkret olaraq, jurnalist düşüncəsinin daha fərqli metodlar axtarması vacibdir. Bunu axtarıb tapanlar ayaqda qalacaq, tapmayanlar isə rəqabət mühitində əriyəcəklər. Dövrün tələbi belədirsə, nə etmək olar?
- Bu gün aparıcı xarici mediadan geri qaldığımız əsas məsələlərdən biri müəlliflik hüquqlarının qorunmaması, ona hörmət edilməməsi ilə bağlıdır. Bu sahədə tənzimlənmənin həyata keçirilməsi üçün hansı addımlar atıla bilər?
- Müəllif hüquqlarına riayət xeyli dərəcədə şüur və etika məsələdir. Hər kəs dərk etməlidir ki, başqasının zehin məhsulunu mənimsəmək, yumşaq desəm, düzgün deyil. O ki qaldı məsələnin digər tərəflərinə, hesab edirəm ki, qanuni tənzimləmə mütləqdir. Dünyanın bir çox yerlərində bu, tətbiq edilir. Özü də təkcə jurnalistika sahəsində yox, digər sahələrdə də.
Mediada müəllif hüquqlarına əməl edilməsinə gəlincə, bu, həm də peşəkarlıq tələbidir. “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda ayrıca prinsip və həmin prinsipdən irəli gələn bəndlər yer almaqdadır. Həmin tələblərə həssas yanaşılması mütləqdir və Mətbuat Şurası zaman-zaman mövcud istiqamətdə çağırışlar edir.
- "Azərbaycan müəllimi" qəzetinin və onlayn versiyasının fəaliyyətini yəqin ki, izləyirsiniz. Sizcə, fəaliyyətmizdə çatışmayan tərəflər nədir? Saytımızda və qəzetimizdə necə yazıların olması daha yaxşı olardı?
- Bəli, “Azərbaycan müəllimi”ni izləyirəm. Hesab edirəm ki, qəzet ixtisaslaşmış təhsil nəşri kimi müasir media konvergensiyası mühitinin tələblərinə uyğun fəaliyyət göstərməkdədir. Ən əsası isə onun janr rəngarəngliyini qoruduğu diqqətimdən yayınmır. Heç şübhəsiz, əldə olunmuşlarla kifayətlənilməməlidir. Düşünürəm ki, qəzetin rəhbərliyi və əməksevər kollektivi qarşıdakı illərdə də bu amili əsas götürərək işlərinə daha məsuliyyətli şəkildə yanaşacaq, nəşrin 90 il ərzində fövqündə durduğu mütərəqqi ənənələri yaşadacaqlar.
- Sonda müəllimlərinizlə, təhsil aldığınız illərlə bağlı da xatirələrinizi bölüşməyinizi xahiş edirik. Hansı yaddaqalan anlarınız olub?
- Mənə dərs deyən bütün müəllimləri həmişə ehtiramla yada salmışam. Təhsilimi bitirdikdən sonra da onları görəndə hər birinə böyük hörmətlə yanaşmışam, bu dəyərli şəxslər haqqında fəxrlə danışmışam. Müəllim adını hər zaman uca tutmuşam.
Xatirələrim çoxdur, yalnız bir-neçəsinin üzərində dayanacam. İbtidai sinif müəllimim olan Fəridə xanımı xatırlayıram. O, mənə Sədrəddin Bayramov adına Ağdam şəhər 1 nömrəli orta məktəbində dərs demişdi. Yadımdadır, 3-cü sinfi bitirəndə Fəridə müəlliməyə minnətdarlıq hissi kimi bir bəndlik şeir yazmış və təşəkkürümü bildirmişdim.
9-10-cu sinifləri 1 nömrəli Fizika-riyaziyyat təmayüllü məktəbdə oxumuşdum. Həmin məktəbdə riyaziyyat müəllimimiz həm də məktəbin direktoru olan Əziz müəllim idi. Əziz müəllim öz dərsini deyirdi, eyni zamanda, dahi şairimiz Səməd Vurğundan şeirlər söyləyirdi, şairin “Vaqif” poemasından bəndlər səsləndirirdi. Bir növ, riyaziyyatı şeirlə birləşdirirdi. Məni kimi riyaziyyat fənnini yaxşı bilən bir şagirdin gələcəkdə ədəbiyyata, poeziyaya yönlənməsində Əziz müəllimin mühüm rolu olmuşdu.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, kitablarını sevə-sevə oxuduğum Nurəddin Babayevin oçerk sənətkarlığı mövzusunda zaçotundan necə qiymət almağım yadımdan çıxmaz. O vaxt zaçot almaq üçün oçerk yazırdıq və mən həmin oçerki Nurəddin müəllimə həsr etmişdim. Amma düşünürəm ki, bu, tamamilə ayrı müsahibənin, yaxud söhbətin mövzusudur.
Sizə təşəkkür edirəm ki, müsahibədə dəyərli pedaqoqları yada salmağıma imkan yaratdınız. Bir daha dünyasını dəyişən müəllimlərin ruhuna ehtiramımı bildirir, həyatda olanlara möhkəm cansağlığı arzulayıram.
Xəbərin oxunma sayı : 925
Müsahibə
Xəbərlər
-
Sevda çimərlik geyimində görüntülərini paylaşdı - VİDEO
-
Bəhlul Mustafazadə komandaya nə vaxt qoşulacaq? - Qurbanov açıqladı
-
Yeni dərs ili başlayan kimi əmək müqaviləsinə xitam verildi - VİDEO
-
Formula 1 zamanı şəhərin mərkəzindəki bu yollar açıq olacaq - SİYAHI
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO
-
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
“Eşitdiklərimdən şoka düşdüm“ - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ
-
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
-
99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub yarı qiymətə satışa çıxarılıb - Alan yoxdur
-
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb - TƏFƏRRÜAT
-
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
-
Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK
-
Nazirlik iki kənddə məktəb tikəcək - 13,8 milyon manat ayrılıb
-
Bakıda bu məktəblər onlayn tədrisə keçir-Siyahı
-
Afra Saraçoğlunun adı narkotik istintaqında - Aktrisa danışdı
-
Fransanın Azərbaycanla bağlı xəbərdarlığına - Rəsmi Bakıdan reaksiya
-
Bu şəxslərin borcları ilə bağlı yeni addım atılır - Nazirlik məlumat yaydı
-
Azərbaycanda abortların sayı rekord səviyyəyə yüksəlib - Son 18 ilin statistikası
-
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Aqrarkredit”in 10 milyonluq əmlakı hərracda - Üçü ucuz qiymətə satıldı
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
-
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - RƏQƏMLƏR
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
-
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində:Milyonlarla avroluq cinayət işinin detalları
-
Saxta əlillik verən həkimin məhkəməsində “povestka“ paylayan danışdı - ŞOK İFADƏ
-
Bu işlə məşğul olan vətəndaşların nəzərinə - Əlavə pul alacaqsınız
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
-
Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü
-
Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
-
Hansı ölkədə işçinin maaşından daha çox pul tutulur? - SİYAHI
-
Ayxan Abbasov millinin heyətini açıqladı - Kimlər çağırıldı?
-
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
-
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq - YENİ QANUN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
-
Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
-
İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? - VİDEO
-
Evlərinə tez çatmaq üçün düz xətti qırıq-qırıq xəttə “çevirdilər” – Video
-
Beyləqanda kənd təsərrüfatı ilə bağlı monitorinq keçirilib - Fotolar
-
Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı
-
Sabahdan Bakıda mərkəzi yollar bağlanır - SİYAHI
-
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
-
Kadırovun oğlunun çıxışı müzakirələrə səbəb oldu - VİDEO
-
Almaniyada terror aktı cəhdi: İraq vətəndaşının planı üzə çıxdı
-
Bakıda qızları tora salan “SEHİRLİ ŞAMLAR“ - İnanc, yoxsa pul tələsi
-
“Evsiz-eşiksiz qaldım“ - Məhkəmənin qərarı niyə icra olunmur?
-
Hökməli dairəsində piyadaların keçidi üçün şərait yoxdur? - VİDEO
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Bərpa olunan enerji sahəsində yeni mərhələ başlayır - VİDEO
-
Prezidentin Şamaxı rayonuna səfəri ilə bağlı paylaşım olunub - VİDEO
-
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
-
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
-
Şagirdlər axşama qədər məktəbdə qalır - Valideynlərdən NARAZILIQ
-
Metronun “Həzi Aslanov“ stansiyasında aparılan yenidənqurma işləri yekunlaşır - VİDEO
-
Əli Nağıyev Qazaxıstanda: “Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və...“
-
Ekspres avtobuslara minənlərin sayı açıqlandı - VİDEO
-
Yeni dələduzluq növü peyda olub - BELƏ ALDADIRLAR
-
Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
-
Ermənistan və ABŞ arasında birgə hərbi təlimlər - Müzakirə olundu
-
Yevlaxda yolları hər il bu şirkət təmir edir - Nə qədər pul xərclənib?
-
Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı?
-
Mehdiyev məhkəməyə müraciət edib - Nə yazıb?
-
35-50 yaşlı hərbi vəzifəlilər təlim toplanışına çağırılır - RƏSMİ
-
Prezident və birinci xanım Pir Ömər Sultan ziyarətgahında - FOTO
-
Növbəti 4 ildə pensiyaların nə qədər arta biləcəyi açıqlandı - Artım hər il aşağı düşəcək
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“ASAN Xidmət“ə “asan“ iş vədi - Astarada 4 min manatlıq dələduzluq
-
Moskva-Bakı münasibətlərindəki böhran həll olunub - Şoyqu
-
Bakıda piyada keçidində eskalatorların işləməməsindən narazılıq - VİDEO
-
Heyvan bazarları nə vaxt bərpa olunacaq? - Rəsmi açıqlama
-
“Azərbaycan Sənaye Bankı”na yeni sədr təyin edilib - Uzun müddətdir orada çalışırdı
-
Gələn il müdafiə xərcləri 1,1, kənd təsərrüfatı xərcləri 13,2 faiz artacaq - Siyahı
-
İlham Əliyev və birinci xanım “Nəsimi Bağları”nda - FOTOLAR
-
Faizlər aşağı salınmalıdır - Tramp FED-in qərarına etiraz etdi
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib - TƏFƏRRÜAT
-
Bərdədə bir gecədə 100-dən çox artezianı söküblər - Sakinlərdən şikayət
-
Prezident və xanımı “Meysari Grand Hotel & SPA”nın açılışında - Fotolar
-
“Tələbəni xaric etmək doğru deyil“ - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
-
Neft böhranı yeni investisiya bumuna səbəb ola bilər - “The Economist”
-
“Ramiz Mehdiyev işi”nin istintaqında daha kimlər şahidlik edib? - TAM SİYAHI
-
TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır - İlham Əliyev
-
Azərbaycanda nə qədər külək enerjisi istehsal edilir? - RƏQƏMLƏR
-
“Dövlət satınalmaları haqqında” Qanun dəyişir - Nələr olacaq?
-
Milli Məclisin bir qrup deputatı Rusiyaya gedir - SƏBƏB
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb - Bu tarixədək
-
“Bir aydır gördüyüm işin pulunu ala bilmirəm” - Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi
-
Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - Fotolar
-
Azərbaycanda 280 min nəfərdən çox işsiz var - RƏSMİ
-
Toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
-
Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama - Qarşıdakı 4 ildə necə olacaq?
-
25 ildən sonra Azərbaycana qayıtdı: Övladlarının vətəndaşlıq problemi yarandı (VİDEO)
-
AZAL-ın keçmiş prezidentinin qızı xaricdə bahalı əmlak alıb - 7,5 milyon dollara
-
Xətai rayonunda binaların həyəti baxımsız vəziyyətdə - VİDEO
-
Bakıda ticarət köşkü soyuducuları yola qoyaraq təhlükə yaratdı - VİDEO
-
Azərbaycan nefti 6 dollar ucuzlaşdı - Qara qızıl 122,15 dollara satılır
-
Səudiyyə bir neçə ölkədən yardım istədi - Tutucu raketləri tükənir
-
“Mübarək“ şadlıq sarayından yayılan tüstü və qoxudan ŞİKAYƏT - VİDEO
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - VİDEO
-
Türk dünyası ilə İslam aləmi arasında mənəvi körpü: Bakının beynəlxalq təşəbbüsləri
-
Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi
-
Tanınmışlar bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Mourinyu Arda gülər tərif yağıdırdı: “Oyun keyfiyyəti inanılmazdır“
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - Detallar - Video
-
Azərbaycan 3 milyard manata yaxın borc alacaq - Gələn il
-
Ermənistan Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasını tələb etməyib - Simonyan
-
Yaponiyada 100 yaşlıların sayı 100 mini keçdi - İlk dəfə
-
Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Bilik Günü metrodan istifadə edən sərnişinlərin sayı - Açıqlandı
-
Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir - Lavrov
-
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
-
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşdü - FOTO
-
Veyplərdə meyitlərin konservasiyasında istifadə olunan maddələr var - Həkim
-
Aİ Hörmüzdəki vəziyyətə görə nə qədər itirib? - AK Prezidenti açıqladı
-
Bakıdakı fantastik qiymətlər:1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev...
TOP 10
ARXİV






