Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Bakıda söküntü işləri zamanı nə qədər kompensasiya verilir? - Rəqəmlər açıqlandı

Tarix 22.01.25, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


"Ərazilər üzrə kompensasiyalar ayrı-ayrılıqda müəyyən olunmalıdır. Hansısa ərazi üzrə bir qiymət müəyyən olunması doğru deyil".

AzFakt.com xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.

O əlavə edib ki, söküntü aparılan ərazilərdə kompensasiya ödənişləri zamanı iki istiqamət var: "Birinci dövlət tərəfindən aparılan söküntülər, hansı ki, birbaşa dövlət proqramının tərkib hissəsi olaraq müəyyən dövlət təşkilatları - Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Maliyyə Nazirliyi və başqa qurumlar tərəfindən həyata keçirilir. Bu zaman təbii ki, qiymətləndiricilər prosesə cəlb olunur. Ərazi üzrə qiymətləndirmə işi aparılır. Hətta Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazi üzrə qiymətlərin müəyyən edilməsi ilə bağlı qiymətləndiricilər arasında dövlət satınalmaları yolu ilə seçimlər aparır.

İkinci istiqamət isə investisiya proqramlarıdır, yəni özəl şirkətlər tərəfindən investisiya proqramları çərçivəsində aparılan söküntü işləridir. Bu zamanda bir qayda olaraq daha çox əvəzləşdirmələrə üstünlük verilir. Yəni kiminsə orada mənzili varsa, ona yeni binadan mənzil təklif olunur. Razılaşmadığı təqdirdə isə təbii ki, qiymət məsələsi ortaya çıxır. Özəl şirkətlərin məsələyə yanaşması bir az fərqlidir, müxtəlifdir. Bəzi hallarda qiymətləndirici cəlb etmədən bu prosesi həyata keçirirlər. Bəzi hallarda bu məsələlər məhkəmə mübahisəsi yaradır və s. Hesab edirəm ki, daha çox qiymətləndiricilər prosesə cəlb olunsa və bu qiymətləndirmə aparıldıqdan sonra həyata keçirilsə, daha yaxşı olardı".


Qeyd edək ki, Bakı şəhəri üzrə aparılan söküntülər zamanı əhaliyə bir neçə ilə əvvəl 1500 AZN kompensasiya təklif olunub. Vətəndaşların bu məbləğdən narazı olmasından sonra kompensasiya 2000 AZN-ə qədər qaldırılıb.



Xəbərin oxunma sayı : 574




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap