Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Yataqxanadakı amansız qətl: Elşad tələbə yoldaşına 40 bıçaq zərbəsi vurub...

Tarix 02.03.25, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda tələbə yoldaşını xüsusi amansızlıqla qətlə yetirən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Qətl hadisəsi yataqxanada başlayan kiçik mübahisə üstündə baş verib.

Musavat.com xəbər verir ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında baş verib.

2007-ci il təvəllüdlü Elşad Muxtarov otaq yoldaşı 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyevi qətlə yetirib.

Əliəkbərlə Elşad yataqxanada otaq yoldaşı olublar. Onlar arasında daha əvvəl heç bir münaqişə və narazılıq olmayıb. Hadisə günü Elşad yatmaq istədiyini deyərək Əliəkbərdən otağın işığını söndürməsini, telefonun da səsini almasını istəyib. Lakin bu sözlər Əliəkbərin xoşuna gəlməyib və onlar mübahisə etməyə başlayıb. Mübahisə zamanı Elşad otaqdakı masanın üzərində olan meyvə bıçağını götürərək Əliəkbərə zərbələr endirib.

İstintaqla müəyyən edilib ki, Elşad Əliəkbərə 40-dan çox bıçaq zərbəsi vurub.

Bu əməlinə görə ona xüsusi amansızlıqla qəsdən adam öldürmə və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddələri ilə ittiham irəli sürülüb. Elşad özünü qismən təqsirli bilib. Deyib ki, Əliəkbəri xuliqanlıq niyyəti ilə öldürməsi ittihamı ilə razılaşmır. O, həmin maddənin ittihamdan çıxarılmasını istəyib.

Elşadın vəkili bildirib ki, müdafiə etdiyi şəxs mərhumu öldürən zaman yanlarında heç kim olmayıb.

“Hadisə zərərçəkmiş şəxslə məhkum arasında şəxsi münasibətlər zəminində baş verib. İctimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməyib. Hadisə zamanı ətrafda heç kim olmayıb. Hadisə yerinə gələn şəxsləri isə məhkum özü zərərçəkmişə kömək etmək məqsədilə çağırıb. Elşad Əliəkbərin ölməsini istəməyib. Bu səbəbdən dəfələrlə təcili tibbi yardıma zəng edib. Hadisəni konkret olaraq xatırlamır. Mərhum onunla söyüşlə danışıb, işığı yandırıb onu əsəbləşdirib. Xəstəliyi səbəbindən bunun nəticəsində də onda gərgin psixi vəziyyət yaranıb və sonda bu hadisə baş verib”- deyə vəkil müdafiə çıxışında deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad 19 il azadlıqdan məhrum edilib. Onun apellyasiya və kassasiya şikayətləri təmin edilməyib və hökm qüvvədə qalıb.



Xəbərin oxunma sayı : 1093




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap