“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Epşteyn həbsxanada öldürülmüş ola bilər - Məhkəmə-tibbi ekspert şübhəli məqamları açıqlayıb

Tarix 17.11.26, 11:26

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-da maliyyəçi Ceffri Epşteynin həbsxanada intihar etmədiyi, öldürülmüş ola biləcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb.

Məhkəmə-tibbi ekspert Maykl Friman Epşteynin yarılma materiallarını və hadisə ilə bağlı fotoşəkilləri araşdırdıqdan sonra onun boğularaq öldürülmüş ola biləcəyini bildirib. Bu barədə o, BBC Newsnight proqramına müsahibəsində danışıb.

Ekspertin sözlərinə görə, Epşteynin bədənində aşkar olunan bəzi xəsarətlər hücuma məruz qalması ehtimalını gücləndirir. Xüsusilə sol çiyin nahiyəsindəki dərin qanaxma, üz nahiyəsindəki zədələr və boynunda aşkarlanan izlər diqqət çəkir. Friman hesab edir ki, maliyyəçi arxadan ilgəklə boğulmuş, daha sonra isə həmin ilgəkdən istifadə edilərək meyiti çarpayıya asılmış ola bilər.

O, boyundakı ilgək izinin üzərində dırnaq cızıqlarının olmasını da qurbanın boğulmaqdan xilas olmağa çalışmasının mümkün əlaməti kimi qiymətləndirib.

Bununla belə, Friman Epşteynin meyitini şəxsən müayinə etməyib. Araşdırma mərhumun qardaşı Mark Epşteyn tərəfindən təqdim olunan yarılma materialları əsasında aparılıb və hələ elmi ekspertiza qiymətləndirməsindən keçməyib.

Qeyd edək ki, 2019-cu ildə Epşteynin yarılmasını həyata keçirən Nyu-York məhkəmə-tibbi ekspertizası onun ölümünü intihar kimi qeydə almışdı. Rəsmi mövqe dəyişməyib. ABŞ Ədliyyə Nazirliyinin materiallarında da aşkar olunan xəsarətlərin boğulma yolu ilə intihara daha uyğun olduğu, hücum zamanı gözlənilən müdafiə yaralarının isə müəyyən edilmədiyi bildirilir.

Xatırladaq ki, Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxana kamerasında ölü tapılıb. Həmin vaxt o, azyaşlı qızların cinsi istismarı və bu məqsədlə şəbəkə yaratmaq ittihamı ilə məhkəməni gözləyirdi. Ölümündən təxminən bir ay əvvəl mümkün intihar riski səbəbindən qısa müddətə xüsusi nəzarətə götürülmüşdü.

Friman isə öz araşdırmasının müstəqil olduğunu bildirərək digər mütəxəssisləri də gəldiyi nəticələri yoxlamağa çağırıb. Ekspert Epşteynin mümkün qətlində kimin əli ola biləcəyi barədə fikir bildirməyib.



Xəbərin oxunma sayı : 523




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap