Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azarkeşlər stadion almaq üçün milyonlar topladılar - Aksiyaya rəqibin prezidenti də qoşuldu

Tarix 14.04.25, 23:35

Font ölçüsü : - / +
bitmap-img6


2024-cü ilin noyabrında Avropada ilk fanat kooperativini təsis edən Almaniyanın "Sankt Pauli" klubunun azarkeşləri məqsədlərinə çatıblar.

Fanat.Az xəbər verir ki, tərəfdarlar "Millerntor" stadionunun xarici investorlara verilməsinə mane olmaq, arenanı Hamburq şəhər hakimiyyət orqanlarından almaq üçün lazım olan məbləği yığıblar. 

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Azarkeşlər altı ayda tələb olunan məbləği - 27 milyon avronu toplayıblar. Kooperativin hər bir üzvü paya görə ən azı 850 avro ödəyib. Aksiyaya 21 mindən çox insan qoşulub. Arenadan səhm almaq istəyənləri həvəsləndirmək üçün aksiyaya komandanın kapitanı Ceckson İrvayn ilə şam yeməyi, VIP paketlər, avtoqraflı köynəklər və digər hədiyyələr daxil edilib.

Kooperativə həmçinin 2003-cü ildə "Sankt Pauli"ni iflasdan xilas edən əfsanəvi funksioner, “Bayern Münhen”in fəxri prezidenti Uli Hönes də qoşulub. Bundan başqa, Münhen klubu Hamburqda yoldaşlıq oyunu keçirib və bilet satışından əldə olunan gəliri "Sankt Pauli"yə bağışlayıb.



Xəbərin oxunma sayı : 1330




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap