Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

General Ramiz Zeynalovun qardaşı oğlunun Dubaydakı mülkləri üzə çıxıb - SƏNƏDLƏR

Tarix 10.10.25, 19:42

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, general-polkovnik Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalov Dubayda ümumi dəyəri 620 min manat olan iki mənzilini yeli əmlak satışı platformasında satışa çıxarıb.

AzFakt.com xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli yazıb.

Dubayın əmlak portalında yerləşdirilmiş elana görə mənzillərdən biri “Əzizi Rivera”da yerləşir və dəyəri 700 min BƏƏ dirhəmidir (təxminən 324 min manat). İkinci mənzil isə Xalianın (Dubay) 18-ci rayonunda yerləşir, qiyməti 640 min BƏƏ dirhəmi (296 min manatd).

O qeyd edib ki, mənzillər Aqil Zeynalovun Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş “ZEYNALOVS REAL ESTATE L.L.C” (Zeynalovlar Daşınmaz Əmlak MMC) şirkəti tərəfindən satışa təqdim edilib. Daşınmaz əmlak bazarında 5 ildən bəridir ki, fəaliyyət göstərən şirkətin özünün internet səhifəsində isə daha bir neçə mənzil satış və ya kirayə məqsədilə təklif olunur.

media-bb5

media-bb9

media-bb8

media-bb7

media-bb6

Daşınmaz əmlak şirkətinin ofisi Dubayın Bay meydanındakı Bay Business binasında yerləşir.

Qeyd edək ki, Aqil Zeynalovun adı Azərbaycanda “YükTaksisi.Az” “Evakuator.Az” şirkətinin rəhbəri, “Evakuasiya.az” MMC-nin qanuni təmsilçisi olaraq da çəkilir.

“Generalın qardaşı oğlunun 2 il əvvəl İngiltərədə ortaqlıq əsasında qeydiyyatdan keçirdiyi “VERSATILE BUSINESS VENTURES LTD” isə bu ilin yanvarında fəaliyyətini dayandırıb. Şirkət proqram təminatı və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib. 

Cavanşir Həsənli bildirir ki, onun şəriki Cəfər Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının sabiq rəis müavini Xosrov Nəcəfovun oğludur. Cəfər Nəcəfov 50-dən çox mobil oyun və tətbiqin müəllifidir. Zeynalovla Nəcəfovun daha bir ortaqlığı “NEXTOOL” layihəsinə bağlı şirkətdə təmin olunub. Nextool layihəsi hazırda 10 mindən çox süni intellekt (AI) alətini təqdim edən kataloqa malikdir. Ortaqlar hazırda “NEXTOOL” süni intellekt alətləri platformasını genişləndirmək üçün 1 milyon dollar vəsait toplayır. Cəfər Nəcəfov 2010-cu ildə ABŞ-da, San Fransiskoda onlayn ticarət platforması kimi “JOOPZY LLC”ni təsis edib, 2017-ci ildə onu Gürcüstanda da qeydiyyatdan keçirib.

Azərbaycanda evakuator, Dubayda əmlak, İngiltərədə süni intellekt biznesi ilə məşğul olan Aqil Zeynalov Polşa paytaxtında yükdaşıma xidməti ilə də məşğuldur. “166 CARGO AND LOGİSTİCS Sp. Z O.O.” 2023-cü il mayın 11-də qeydiyyatdan keçib və aktiv statusa malikdir. Fəaliyyət sferasına yükdaşıma ilə yanaşı anbar, lizinq və icarə xidmətləri də daxildir. 2023-cü il maliyyə hesabatında göstərilir ki, şirkətin balansında olan nəqliyyat vasitələrinin dəyəri 457.915,71 zloti (124 min dollar) təşkil edir”, - Cavanşir Həsənli yazır.

r.media-bb3 media-bb1

Jurnalist qeyd edib ki, Zeynalovun investor kimi çıxış etdiyi ölkələrdən biri də Özbəkistandır. 2024-cü ildə Zeynalov Daşkənddə 100 milyonluq nizamnamə kapitalı ilə “AZ PAK” MAS’ULIYATI CHEKLANGAN JAMIYAT-ini (AZ-PAK MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ) qeydiyyatdan keçirib. Təbii ki, Özbəkistan somu valyutası ilə. Bu cəmi 8239 dollar təşkil edir. Şirkətin rəsmi təsisçisi 100 faiz payla Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalov, direktoru isə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının keçmiş komandir müavini polkovnik XOSROV ADİL OĞLU NƏCƏFOVdur. Xosrov Nəcəfov xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.

 






Xəbərin oxunma sayı : 1327




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap