Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir“ - “Financial Times“

Tarix 12.10.25, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


Vaşinqton aylardır Ukraynaya Rusiyanın enerji infrastrukturuna edilən hücumlarda gizli kəşfiyyat dəstəyi göstərir. Məqsəd isə Kremlə iqtisadi təzyiqi artırmaq və Putin hakimiyyətini danışıqlara məcbur etməkdir.

Bu barədə "Financial Times" nəşri yazıb.

Qəzetin məlumatına görə, ABŞ kəşfiyyatı Ukraynaya Rusiya daxilindəki neft emalı zavodları və strateji enerji obyektlərini hədəf seçməkdə yardım edir. Ukraynalı və amerikalı rəsmilər bildiriblər ki, ABŞ tərəfi hücumların marşrutu, vaxtı və hədəf analizində iştirak edir.

Bu əməkdaşlıq nəticəsində Ukrayna cəbhə xəttindən çox uzaqda yerləşən strateji enerji müəssisələrinə zərbələr endirir. "Financial Times" qeyd edir ki, bu gizli əməkdaşlıq yay aylarından etibarən intensivləşib və Co Bayden dövründə məhdudlaşdırılan hücumların Tramp administrasiyası zamanı yenidən sürət qazandığı bildirilir.

Məqalədə qeyd olunur ki, Ukrayna Rusiyadakı 38 neft emalı zavodundan ən azı 16-sına zərbə endirib, bəziləri isə bir neçə dəfə hədəf alınıb. Bu hücumlar nəticəsində Rusiyanın gündəlik emal gücü 1 milyon barrel azalıb, dizel ixracı məhdudlaşıb və Moskva yanacaq idxalına yönəlib.

"Financial Times" bildirir ki, ABŞ kəşfiyyatı  bəzən isə prioritet hədəfləri özü müəyyən edib. Bir amerikalı rəsmiyə görə, Ukrayna hədəfləri seçir, Vaşinqton isə həmin obyektlərin kritik zəiflikləri barədə məlumat təmin edir. Bəzi mənbələr iddia edir ki, ABŞ bəzən hədəf sıralamasını birbaşa özü müəyyənləşdirib.



Xəbərin oxunma sayı : 466




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap