Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Vitkoff və Putin arasında görüş 5 saat çəkibmiş - Tramp təfərrüatları açıqladı

Tarix 13.10.25, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya lideri Vladimir Putinlə danışıqlar üçün Moskvaya səfər edərkən Rusiya, Putinin özü və ümumiyyətlə siyasət haqqında çox az şey bildiyini deyib.

Bu barədə Ağ Ev rəhbəri İsrail parlamentində çıxışı zamanı bildirib.

Trampın açıqlamalarında məlum olub ki, Putinlə Vitkoff arasındakı görüş 20 dəqiqə planlaşdırılsa da, beş saat davam edib.

"15-20 dəqiqə çəkəcəyini düşünərək onun üçün Putinlə görüş təşkil etdim. Stiv Rusiya, Putin və ya siyasət haqqında çox az şey bilirdi. O, bu barədə xüsusilə maraqlanmırdı. O, daşınmaz əmlakı yaxşı bilirdi, amma axtardığım xüsusiyyət onda idi və bu, nadir haldır", - Tramp deyib.

ABŞ prezidentinin sözlərinə görə, o, Vitkoff və Putin arasında danışıqların 15-20 dəqiqə ərzində yekunlaşmasını gözlədiyi an danışıqların hələ də davam etdiyini öyrənib:"Mən zəng etdim və Stiv işini bitiribmi deyə soruşdum. Yarım saat keçdi və cavab belə idi ki, yox o hələ də oradadır. O, Moskvada idi. Soruşdum ki, o necədir? Bilmirik o hələ də içəridədir cavabını aldın. Bir saat sonra mən zəng etdim və Stivlə danışmaq istəyirəm dedim. Öyrəndim ki, o, hələ də Putinin yanındadır. Mən təəccübləndim". 

Tramp daha sonra Vitkofdan beş saat ərzində Putinlə nə haqqında danışdığını soruşub.

"O cavab verdi ki, çox maraqlı şeylər danışıblar. O, qeyd etdi ki, bir çox maraqlı mövzuları, o cümlədən səfərin məqsədini müzakirə ediblər.Amma beş saat çox vaxtdır... Siz konkret vaxtdan danışa bilərsiniz, amma bu, istedaddır, bu, əsl istedaddır”, - Tramp bildirib.



Xəbərin oxunma sayı : 409




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap