“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” - VİDEO

Tarix 09.01.26, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhəri Novxanı bağ massivi 377A ünvanında yaşayan 66 yaşlı Novruz Əsgərov qonşu həyətdə saxlanılan heyvanların yaratdığı səs-küy və qoxudan şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, qonşunun saxladığı itlər və atlar ona və ailə üzvlərinə ciddi narahatlıq yaradır.

Vətəndaşın sözlərinə görə, qonşusuna məsələ ilə bağlı bir neçə dəfə müraciət etsələr də, həmin şəxslər narazılığa məhəl qoymayıblar: “Bir müddət əvvəl ürək əməliyyatı keçirmişəm, səhhətimlə bağlı problemlər yaşayıram, yoldaşım isə yüksək təzyiq xəstəsidir. Evimizdə 4 uşaq da var. Yaşadığım ünvanda qonşunun həyətində saxlanılan 9 it səbəbi ilə uzun müddətdir həm özüm, həm də ailə üzvlərim, xüsusilə uşaqlar ciddi narahatlıq keçirir. İtlərin gecə-gündüz fasiləsiz hürməsinə görə gecə yatmaq mümkün olmur, bu isə birbaşa olaraq səhhətimizə və psixoloji vəziyyətimizə mənfi təsir göstərir. Xüsusilə qeyd etmək istəyirəm ki, itlərin səsindən yoldaşımın təzyiqi tez-tez qalxır, 3 yaşlı nəvəm isə gecələr yuxudan oyanaraq qorxu içində ağlayır. Bu vəziyyət uşağın psixologiyasına ciddi zərər vurur, ailəmizdə daim həyəcan və stress yaradır. Bundan başqa, qonşumuz həyətinin kənarında atlar üçün xüsusi yer də hazırlayıb və orada 5 at saxlayır. Onların qoxusu da əlavə narahatlıqlar yaradır”.

N.Əsgərov əlavə edib ki, bəzi hallarda itlər sakitləşsin deyə həyətə daş atmağa məcbur qalırlar: “Lakin bununla bağlı dəfələrlə mühafizəçi tərəfindən hədələnmişik. Bizə bildirilib ki, “bir də bu həyətə daş atılsa, başınız ağrıyacaq”. Bu cür hədələr vəziyyəti daha da gərginləşdirir və biz özümüzü təhlükəsiz hiss etmirik. Yaranmış səs-küy, sanitar vəziyyət və təhlükə problemi ailəmizin normal yaşayış hüququnu pozur. Xahiş edirəm, məsələ yerində araşdırılsın və qanunvericiliyə uyğun tədbirlər görülsün”.

Şikayətçi həmin it və atların əsl sahibinin kim olduğunu öyrənməyə çalışdıqlarını və ev sahibinin general olduğunu eşitdiklərini qeyd edib: “Biz sonradan öyrəndik ki, həmin mülkiyyətlər Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin direktoru Fəlah Quliyevə məxsusdur”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev sorğumuza cavab olaraq bildirdi ki, vətəndaş problemlə bağlı onlara müraciət ünvanlamayıb: “Vətəndaş tərəfindən rəsmi müraciət Sumqayıt Şəhər İcra Hakimiyyətinə daxil olduğu təqdirdə, məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla birgə yerində araşdırıla bilər”.

Şikayətdə adı hallanan direktor Fəlah Quliyevlə bağlı ittihamlara aydınlıq gətirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi ilə də əlaqə saxladıq. Lakin günlər keçsə də, nazirlikdən müraciətimizə cavab ala bilmədik.

***

Bildirilib ki, Sumqayıt şəhəri Novxanı bağ massivi ərazisində heyvanların yaratdığı səs-küy, sanitar və təhlükəsizliklə bağlı iddialar polis əməkdaşları tərəfindən araşdırılır. Qeyd olunan ünvanda şikayətçinin müraciəti, həm də ərazidə mövcud olan faktiki vəziyyət qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymətləndirilməklə aradan qaldırılması üçün tədbirlər görülür.





Xəbərin oxunma sayı : 328




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap