“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

ANAMA 896 min manatlıq servis xidməti alır - Qalib şirkət kimindir?

Tarix 08.01.26, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "UDT-Texnika” MMC ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo xəbər verir ki, ANAMA şirkətdən xüsusi təyinatlı texnikalara servis xidməti alacaq. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 896 552,32 manatdır. 

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "UDT-Texnika” MMC 17 dekabr 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 1-ci Fəvvarələr, ev 13, Ağ Şəhər, 11-ci giriş, mənzil 151-də yerləşən şirkətin qanuni təmsilçisi Quliyev Elsevən Əbülfət oğludur. 

"UDT-Texnika” MMC-nin veb-səhifəsində yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət yol tikintisi, inşaat üzrə nəqliyyat vasitələrinin və xüsusi təyinatlı texnikaların istehsalçısı olan bir sıra dünya brendlərinin Azərbaycanda rəsmi nümayəndəsidir.

"UDT-Texnika” MMC generator və digər güc avadanlıqlarının satışını həyata keçirən "Cummins” şirkətinin rəsmi dileri kimi tanınır. Şirkətin qanuni təmsilçisi Elsevən Quliyevə gəlincə, onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

İnternet resurslarında yalnız onun "Respublika” qəzetində "Müstəqil Azərbaycan tarixində dinamik inkişaf epoxası” sərlövhəli məqaləsinə rast gəlinir. Məqalə 2019-cu ildə dərc edilib. 

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, şirkət satınalma müsabiqələrində fəal iştirak edir. 

"UDT-Texnika” MMC 2019-cu ildən bu yana 20 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 3 288 697,95 manat təşkil edir. 

ANAMA ötən il də şirkətlə xüsusi təyinatlı texnikalara servis xidmətlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb. Həmin müqavilənin maliyyə dəyəri 519 364,02 manat olub. 



Xəbərin oxunma sayı : 286




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap