“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Tramp ABŞ-nın Venesuelaya nəzarət edəcəyini iddia edir - Rodrigez isə...

Tarix 08.01.26, 18:11

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı diqqətçəkən açıqlamalar verib.

"New York Times" qəzetinə verdiyi müsahibədə Tramp bildirib ki, ABŞ-nin Venesuela üzərində siyasi və iqtisadi nəzarətinin nə qədər davam edəcəyinə dair konkret müddət yoxdur və bu proses bir ildən də çox, hətta daha uzun çəkə bilər.

Tramp yenə ABŞ-nin Venesuelanı faktiki olaraq idarə edəcəyini və ölkənin neft gəlirlərinə nəzarəti öz üzərinə götürəcəyini  iddia edib. Onun iddiasına  görə, Vaşinqtonla tam əməkdaşlıq edən müvəqqəti Venesuela hökuməti ABŞ-nin tələb etdiyi hər şeyi təqdim edir.

Təxminən iki saat davam edən müsahibə zamanı Tramp Venesuelanın böyük neft ehtiyatlarının ABŞ tərəfindən istismar ediləcəyini də iddia edib.

“Neftdən istifadə edəcəyik, nefti alacağıq. Neft qiymətlərini aşağı salırıq və Venesuelaya isə çox ehtiyac duyduqları pulu verəcəyik”, - Tramp qeyd edib.

Müsahibənin sonunda ABŞ Prezidenti Venesuelaya şəxsən səfər etmək istədiyini də bildirib, lakin tarix açıqlamayıb. Trampın sözlərinə görə, ABŞ-nin Venesuela üzərində nəzarəti möhkəmləndikdən sonra belə bir səfər mümkün ola bilər.

Bununla velə Venesuela hökuməti Trampın dediklərini təsdiqləməyib. VABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən sonra müvəqqəti prezident kimi and içən Delsi Rodrigez ölkənin suvenliyini qoruyacaqlarını və təbii sərvətləri heç bir dövlətin talan etməsinə imkab verməyəcəklərini bəyan edib.  



Xəbərin oxunma sayı : 406




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap