Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Binəqədi rayonunda keçidin bağlanması sakinlərə ciddi çətinlik yaradıb - VİDEO

Tarix 11.01.26, 11:37

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda keçidin bağlanması ətraf ərazidə yaşayan sakinlərə ciddi çətinlik yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsindəki keçiddən gedir. "Çinarlı Park" yaşayış kompleksi ilə Abay Kunanbayev küçələrinin kəsişməsində aparılan tikinti və layihələndirmə işlərinə görə keçiddən istifadə müvəqqəti olaraq dayandırılıb.

Sakinlər deyirlər ki, ötən il noyabrın 27-dən bu keçiddən istifadə edə bilmirlər. Nə vaxt açılacağı da sual altındadır, əsas yola, avtobus dayanacağına, eləcə də metroya getmək üçün onlar üçün ayrılan yol isə təhlükəli vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, tikinti işləri başa çatanadək piyada keçidinin müvəqqəti olaraq yenidən istifadəyə verilməsi və ya ərazidə təhlükəsizlik normalarına uyğunlaşdırılmış müvəqqəti piyada keçidi yaradılsa, ya da avtobuslar bu ünvandan keçsə, daha yaxşı olar.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirdilər ki, ərazi yeni piyada tuneli və avtomobil tunelinin inşası üçün hazırlanır. Layihə çərçivəsində "Çinarlı Park" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulub və hazırda piyada keçidinin söküntüsü aparılır. İşlərin bu ilin sonunadək tamamlanması nəzərdə tutulub. O da qeyd olundu ki, ərazidə alternativ piyada yolu var. Həmin yolun qaranlıq və şəraitsiz olması məsələsi isə aidiyyəti qurumlarla müzakirə edilir.





Xəbərin oxunma sayı : 1846




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap