“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Qaraçuxurda qanunsuz tikintiyə dövlət qurumları niyə göz yumur? - FOTO

Tarix 06.03.26, 10:37

Font ölçüsü : - / +
bitmap-img6


Aparılan tikinti barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi yoxdur

Paytaxtın Qaraçuxur qəsəbəsi ərazisində qanunsuz tikinti ilə bağlı növbəti qalmaqallı məlumat daxil olub. Məlumata görə, Sakit Qocayev küçəsinin yaxınlığında yerləşən ərazidə heç bir rəsmi icazə olmadan tikinti və artırma işləri aparılır. Hazırda ərazidə tikinti prosesinin davam etdiyi, obyektin qanunsuz şəkildə genişləndirildiyi bildirilir. Məsələ ilə bağlı apardığımız ilkin araşdırmalar zamanı məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma məlumat bazasında sözügedən tikinti ilə bağlı hər hansı icazə sənədi və ya rəsmi qeyd mövcud deyil. Bu isə tikinti işlərinin qanunsuz aparılması ehtimalını daha da gücləndirir. Sual doğuran əsas məqam isə budur ki, paytaxt ərazisində açıq-aşkar aparılan bu tikinti işlərini görəsən aidiyyəti qurumlar necə görmür? Axı tikinti fəaliyyətinə nəzarət bir neçə dövlət qurumunun səlahiyyətinə daxildir.

Mediatv.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu cür halların qarşısını almağa borcludur. Əgər rəsmi icazə yoxdursa, o halda sual yaranır, bu tikinti kimə arxayın olaraq aparılır? Niyə aidiyyəti qurumlar qanunsuz tikinti faktına operativ reaksiya vermir? Yoxsa paytaxtın bəzi ərazilərində qanunlar formal tətbiq olunur? Qeyd edək ki, qanunvericiliyə əsasən icazəsiz tikinti işlərinin aparılması qanun pozuntusu hesab olunur və belə hallarda tikinti dərhal dayandırılmalı, qanunsuz tikili sökülməli və məsul şəxslər barəsində tədbir görülməlidir. Lakin görünən odur ki, Qaraçuxur qəsəbəsində bu qaydalar ya unudulub, ya da bilərəkdən gözardı edilir.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.





Xəbərin oxunma sayı : 253




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap