“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Trampdan Ərdoğana dəvət gəldi - Qəzza Sülh Şurasına qurucu üzv kimi çağırdı

Tarix 17.01.26, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ lideri Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Şurasında qurucu üzv qismində iştiraka dəvət edib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X"də yazıb.

O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsində ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinə son qoymaq üçün bəyan etdiyi Kompleks Planın (Comprehensive Plan to End the Gaza Conflict) dəstəklənməsi qərara alınıb.

"Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin olunması və yenidən qurulmasından məsul olacaq Sülh Şurası və onun orqanları təsis edilir. ABŞ Prezidenti Donald Tramp 2026-cı il yanvarın 16-da Sülh Şurasının qurucu sədri qismində bir məktub göndərərək Prezident Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasında qurucu üzv kimi yer almağa dəvət edib", - B.Duran yazıb.



Xəbərin oxunma sayı : 220




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap