“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Yeni sədrin müavinləri təyin edildi – FOTOLAR + DOSYELƏR

Tarix 10.02.26, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinə müavinlər təyin edilib.

AzFakt.com xəbər verir ki, Cəfər Babayev Agentlik sədrinin birinci müavini, İlqar Həsənov və Mirzə Mirzəyev isə Agentliyin sədr müavini vəzifələrinə təyin olunub.

Qeyd edək ki Cəfər Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub.

1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2002-2004-cü illərdə həmin universitetdə magistratura təhsili alıb.

2005-2006-cı illərdə Chevening Təqaüd Proqramı çərçivəsində İngiltərənin Uorvik (Warwick) Universitetində beynəlxalq iqtisadi hüquq üzrə magistr, 2014-2016-cı illərdə isə İspaniyanın İE Biznes Məktəbində MBA dərəcəsi alıb.

Açıklama yok.

Əmək fəaliyyətinə 2002-ci ildə "Baker & Mckenzie - Cis Ltd" şirkətində hüquqşünas olaraq başlayıb, 2003-2007-ci illərdə "OMNİ" QSC-də fəaliyyətini davam etdirib. 2007-2010-cu illərdə İslam İnkişaf bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasında hüquq məsləhətçisi olaraq fəaliyyət göstərib. 2010-2015-ci illərdə bir sıra özəl şirkətlərdə korporativ tənzimləmə və nəzarət üzrə müşavir, baş müdir müavini, baş menecerin müavini vəzifələrini icra edib. 2018-2021-ci illərdə "Veysəloğlu" MMC-də hüquq və daxili nəzarət üzrə rəhbər, biznesə dəstək üzrə direktor vəzifələrdə çalışıb. 2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

2025-ci ilin fevral ayından bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb.

Ailəlidir, 2 övladı var.

Açıklama yok.

İlqar Həsənov 1980-ci ildə Bakı şəhərində anadan olub.

1996-2000-ci illərdə Qərb Universitetində İqtisadiyyat, idarətmə və menecment ixtisası üzrə bakalavr təhsili alıb.

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr, 2020-ci ildə Kanadanın York Universitetinin Schulich Biznes Məktəbində MBA dərəcəsini alıb.

2013-cü ildə ABŞ-nin Stenford Universitetinin peşəkar inkişaf proqramında iştirak edib.

Əmək fəaliyyətinə 1999-cu ildə “AzEuroTel” Birgə Müəssisəsində mühəndis olaraq başlayıb, 2005-ci ilədək həmin müəssisədə iqtisadçı və şöbə rəisi vəzifələrində çalışıb. 2005-2016-cı illərdə "Aztrank" MMC-nin direktoru, "Stonepay Commercial Construction" şirkətində layihə direktoru və “AzEuroTel” MMC-nin direktoru kimi fəaliyyətini davam etdirib. 2017-2018-ci illərdə müstəqil biznes məsləhətçisi olaraq çalışıb. 2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunda Baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

 2025-ci ilin fevral ayından bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb.

Ailəlidir, 2 övladı var.

Açıklama yok.

Mirzə Mirzəyev 1992-ci ildə Bakı şəhərində anadan olub. 

2012-ci ildə Bakı Dövlət Universitetinin iqtisadi kibernetika ixtisası üzrə bakalavr təhsilini başa vurub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə magistr təhsili alıb. Əlavə olaraq, Böyük Britaniyanın Queen Mary universitetində dövlət proqramı çərçivəsində maliyyə və bank işi ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsi əldə edib.

2011-ci ildə mühasibatlıq və maliyyə sahəsi üzrə beynəlxalq səviyyədə tanınan CIMA sertifikatına yiyələnib.

2016-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

2010-2013-cü illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, 2014-2018-ci illərdə Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.

2018-ci ildən bu təyinata qədər Vergilər Nazirliyinin Vergi auditi baş idarəsində dövlət vergi müfəttişi, şöbə rəisi və baş idarə rəisinin müavini vəzifələrində çalışıb.

M.Mirzəyev isə 2024-cü il aprel ayından bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi vəzifəsində işləyib.





Xəbərin oxunma sayı : 331




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap